Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Quranda qeyri-müsəlmanlar haqqında.

Quranda qeyri-müsəlmanlar haqqında.
0
  • 25 noyabr 2023
  • Bölmə: Quran
  • Baxış: 193
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 62)

Onlar: “Yəhudi və ya xaçpərəstdən başqası əsla cənnətə girməyəcək!” - dedilər. Bu, onların boş xülyalarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
(Bəqərə surəsi, 111)

Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Bəqərə surəsi, 113)

Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar. (Bəqərə surəsi, 120)

Onlar: “Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De: “Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”.
(Bəqərə surəsi, 135)

Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)

İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
(Ali İmran surəsi, 67)

Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman etməzlər. (Nisa surəsi, 46)

Yəhudilər zülm etdiklərinə və bir çox kimsəni Allahın yolundan döndərdiklərinə görə (daha əvvəl) özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik.
(Nisa surəsi, 160)

Yəhudilər və xristianlar: “Biz Allahın övladları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.
(Maidə surəsi, 18)

Ey elçi! qəlbi inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. (Maidə surəsi, 41)

Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş elçilər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil inkar edənlərdir.
(Maidə surəsi, 44)

Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 51)

Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz. (Maidə surəsi, 64)

Şübhəsiz, iman edənlər, yəhudilər, sabiilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Maidə surəsi, 69)

İman edənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman edənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Maidə surəsi, 82)

Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik. (Ənam surəsi, 146)

Yəhudilər: “Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl inkar edən olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər. (Tövbə surəsi, 30)

Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik. (Ənam surəsi, 146)

Yəhudilər: “Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl inkar edən olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər. (Tövbə surəsi, 30)

Sənə xəbər verdiklərimizi daha əvvəl yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər. (Nəhl surəsi, 118)

Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir. (Həcc surəsi, 17)

De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!” (Cümə surəsi, 6 )
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.