Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Kimlər aldandı?

Kimlər aldandı?
0
  • 22 sentyabr 2023
  • Bölmə: Quran
  • Baxış: 447
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Bunları bilirsinizmi bilirikmi?

Bu dünyada kimlər aldandı?

- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )

- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )

- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )

- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!akar (ikiüzlü) aldandı..!

- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44)

- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )

- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )

- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )

- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )

- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?
- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )

- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )

- Kiçik günahlara göz yumanlar aldandı..!

- “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )

- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!
( Təkasur )

Daha Kimlər aldandı..?


- Yadlardan örtünməyən qadınlar aldandı,

- Şəhvətinə uyan cahillər aldandı,

- Faiz yeyən iblislər aldandı,

- Vaxtını boş-boş keçirən qafillər aldandı,

- Axirətini unudanlar aldandı,

- "..Hələ gəncəm.." deyənlər aldandı,

- Fani olduğunu unudanlar aldandı,

- Başqalarının hicab geyinib günah işlədiyini görən,

özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!

- Başqasının namaz qılıb günah işlədiyini görən,

Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!

- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!

- Zamanın durmadığını, unudanlar aldandı..!

- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!

- Quranı bir kərədə olsun oxumayanlar aldandı..!

- Haqqa göz yumanlar aldandı..!

Daha Kimlər aldandı..?

- Bunu oxuyub,özümüze nəticə çıxarmayan bizler aldandıq..!
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.