Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Yetimə görə cənnət qazanan günahkar

Yetimə görə cənnət qazanan günahkar
+2
Mətndə qrammatik səhv var?
Yetimə görə cənnət qazanan günahkar

Həyatını günahlarla doldurmuş bir adam, yağışlı və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır. Yıxılan zaman üstündəki paltarları çirklənməsin deyə əlləri ilə yerdən tutur və ayağa qalxır.Yerdən tutuduğu üçün sağ əli daha çox çirklənmişdi. Amma bu bədəvi və mədəniyyəti olmayan biri, əlini yumaq yerinə, bir yerə silməyi üstün tutur. Siləcək bir yeri olmadığından, həmin anda yoldan keçən bir uşağın başını oxşayaraq əlini silir və ordan ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə olmur. Adam qısa bir müddət sonra günahlarına tövbə edəcək fürsət belə tapmamış vəfat edir.
Getdiyi yer mələklər tərəfindən göstəriləcəyi zaman çox qorxur, çünki həyatı büs-bütün günahlarla dolu idi. Cəhənnəmi gözləyərkən həmin anda mələklər ona cənnət bağçalarından bir bağça göstərirlər. Adam çaşıb qalır və bu qədər günahı olduğu bir halda necə olur ki, Allah ona cənnəti bəxş edir? O quluma söyləyin, bir gün əli palçığa bulaşdığında, o, əlini silmək üçün bir uşağın başını oxşamışdı. Etdiyi hərəkət yalnış olsa belə, o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb başını oxşamamışdı. O qulum pis niyyətli olsa da, o yetimi o qədər sevindirdi ki; mən də, o, gözəl yetim qulumun hörmətinə, o, günhkar qulumu bağışladım.

Nisa surəsi 2 Yetimlərə mallarını verin. Təmiz pis olanla (halalı haramla) satmayın. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Çünki bu, böyük bir günahdır.

Nisa surəsi 10

Həqiqətən, yetimlərin mallarını haqsız yerə yeyənlər, ancaq və ancaq qarınlarını doldurarsa atəş yemiş olurlar və artıq onlar yandırıb-yaxan oda (cəhənnəmə) girəcəklər

Ənam surəsi 152

Rüştünə çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə yaxınlaşın. Ölçünü və çəkini ədalətlə tam edin. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədəriylə məsul müqəddəssən. (Biri haqqında) danışdığınız zaman yaxınınız belə olsa, ədalətli olun. Allaha verdiyiniz sözü tutun. Bunları Allah sizə öyüd-nəsihət alasınız deyə əmr etdi.

Peyğəmbərimizdən bir hədis: Kim məhəbbətlə əlini bir yetimin başına çəksə, Allah qiyamət günü yetimin başındakı tükün sayı qədər ona nur bağışlayacaq»

Allahın Peyğəmbəri (s.a.v.v) (Özünün daşürəkliyindən şikayətlənən kişiyə): Qəlbinin yumşalmasını və diləyinə çatmağını istəyirsənmi? Yetimə mehribanlıq göstər və əlini nəvazişlə onun başına çək, xörəyindən ona da yedirt. Belə olan halda qəlbin yumşalar və istəyinə çatarsan. (Əmali-Səduq, səh.395, hədis 1 )

İmam Əli (ə.s) (Şəhadətindən öncə vəsiyyətindən): Yetimlərə görə Allahdan qorxun ki, məbada bir gün qarınlarını doydurub bir gün ac saxlayasınız. Məbada, siz olan bir yerdə onlar aradan getsinlər.Çünki Allahın Peyğəmbərindən(s.a.v.v) belə buyurduğunu eşitmisən. Kim bir yetimə həyan olsa, onu ehtiyacsız etsə, vacib etdiyi kimi Allah bu işinə görə cənnəti ona vacib edər. Yetim malı yeyənə cəhənnəm odunu vacib etdiyi kimi. (Təfsirul-Əyyaşi,cild 1, səh.225, hədis 47 )
-
Yetimlərin malını zülmkarlıqla yeyənlər öz qarınlarına cəhənnəm odu atar və tezliklə (cəhənnəmdə) yanan alova daxil olarlar.(Biharul-Ənvar, cild 79, səh.268)
-
İslam Peyğəmbəri (s.a.v.v): Qiyamət günü bir dəstə ağızlarından alov saça-saça qəbirlərindən çölə çıxar. Ərz olundu: Ya Rəsulallah (s.a.v.v)! Onlar kimlərdir? Buyurdu: Yetim malı yeyənlər. (Əmali-Səduq, səh.395)
-
Fatimə Zəhra (s.ə) (Öz nitqlərindən birində): Allah Təala yetimin malını yeməkdən çəkinməyi,zülm və haqsızlığın qarşısını almaq üçün vacib buyurmuşdur. (Biharul-Ənvar, cild 70, səh.176, hədis 33)

aşağıda göstərilən sosial şəbəkələrdə və vatsapda paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.