Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Kimlər cəhənnəmə girəcək?

Kimlər cəhənnəmə girəcək?
0
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 4 660
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Kimlər cəhənnəmə girəcək?


Quranda bir çox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətlərindən bəhs edilir. Bu xüsusiyyətlərdən bir qismini belə sadalamaq olar: Allah`ı inkar edən, Allah`dan başqasını ilahlaşdıran, Allah`a şərik qoşan, özünü ilahlaşdıran, Ondan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allah`ın yolundan çəkindirən, Onun yolunda ziddiyyət axtaran, Allah`ın nazil etdiyi kitabdan bəzi şeyləri görməməzliyə vurub gizlədən, Allah`ın adının zikr olunmasına mane olan, yetimin malını zülm edib yeyən, insanların haqqına təcavüz edən, ayələri təkzib edən, faiz yeyən, peyğəmbərləri haqsız yerə öldürən, insanlardan ədaləti əmr edənləri öldürən, Allah`ın elçilərinə müxalif çıxan, qəsdən adam öldürən, insanların mallarını haqsız yerə yeyən, dinini oyun-əyləncəyə çevirən, Allah`ın ayələri və elçilərinə istehza edən, yenidən dirildilməyəcəyini düşünüb axirətə inanmayan, Allah`ın hüzuruna çıxacağına inanmayan, dünya həyatına qane olan, heç bir ciddi səbəbi olmadığı halda, Allah`ın fərz qıldığı ibadətləri yerinə yetirməyən, Allah`dan qorxub-çəkinməyən, namaz qılmayan, pis işləri təşkil edən, fitnə-fəsad törədən, Allah`ın ayələrini təkzib edən, təkəbbürlə Allah`a ibadətdən boyun qaçıran, möminlərə böhtan atan, əxlaqsızlığı yayan, həqiqəti gizlədən, Allah`ın hədlərini aşan, haramları yeyən, ölçüdə-tərəzidə ədalətsizlik edən, təkəbbürlü, xəsis, hörmətsiz, eqoist, nankor, xain, qudurğan, zalım, inadkar…

Allah bu xüsusiyyətlərə malik olub ölənə qədər bu əxlaqsız hərəkətlərdən əl çəkməyən hər kafirin mütləq cəhənnəmə girəcəyini və etdiklərinin əvəzində böyük əzab çəkəcəyini bildirmişdir. "Qaf" surəsində belə deyilir:

Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, (Allah`ın birliyinə) şəkk edəni! O kimsəni ki, Allah`la yanaşı, özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə! (Qaf surəsi, 24-26)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.