Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Tövbə (istiğfar) namazının qılınma qaydası

Tövbə (istiğfar)  namazının qılınma qaydası
+3
  • 15 oktyabr 2016
  • Bölmə: Namaz
  • Baxış: 19 499
  • Şərhlər: 2
  • Müəllif: movlan880
Mətndə qrammatik səhv var?

Mərhum Ayətullah Mirzə Cavad Mələki Təbrizi “Əl-Muraqibat” kitabında tövbə namazının fəzilətlərinə toxunmuş və yollarını bizə öyrətmişdir.

Hər birimiz məsum olmadığımız üçün, gün ərzində çox sayda günahlar edirik. Ayıq və bəsirətli insanlar günahını dərk edən kimi tövbə edir və Allaha qayıdır. Etdikləri işdən peşman olub, bir daha həmin günaha qayıtmayacaqlarına söz verirlər.Tövbə istiğfar demək ilə bitməz.Öz şərt və şəraiti vardır ki,bilmək faydalıdır.

Peyğəmbərdən (s.a.v.v) belə bir hədis gəlib çatmışdır. Peyğəmbər (s.a.v.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?. Hər kəs tövbə etmək istədiklərini bildirdilər. Peyğəmbər (s.a.v.v) buyurdu: Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın.Sonra dörd rükətli namaz qılın.Hər rükətdə 1 dəfə Həmd, 3 dəfə Tövhid, 1 dəfə Fələq və 1 dəfə də Nas surələrini deyin.Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın.Sonra isə bu duanı oxuyun: "Ya Əzizu,ya Ğəffar.İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt." (Ey Əziz! Ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı bütün mömin qadın və kişilərin günahlarını bağışla.Çünki Səndən başqa heç kim günahları bağışlamaz.)

Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: "Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla." Başqa mələk ona deyər: "Ey Allahın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə." O biri mələk deyər: "Ey Allahın bəndəsi! İman ilə öləcəksən,din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun." Cəbrail (ə) nida edər: “Qəlbini xoş saxla ki,mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəm ki,səninlə merhiban olsun.Səni heç incitməsin.Ruhunu cismindən yavaş çıxartsın".

Peyğəmbərdən (s.a.v.v) soruşurlar ki,bu namazı başqa bir aylarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə,həmin savaba malik olacaqmı? Həzrət (s.a.v.v) buyurur: “Həmin savaba malikdir."

İSTİĞFAR NAMAZI
(Tövbə namazı)



Mərhum Ayətullah Nəsrullah Şahabadi(r,ə) bu namazı xüsusilə Qədr gecələrində hər sıxıntı və çətinlinliyin həll üçün qılmağı təkid etmişdir.


Əziz Peyğəmbərimizdən(s,ə,v) rəvayət olunmuşdur:
"Hər vaxt ruzin azaldıqda,işlərin düyünə düşdükdə bu namazı tərk etmə"


Namaz 2 rukətdir.
Niyyət: İstiğfar namazı qılıram qurbətən iləllah

Hər rukətdə Fatihə surəsi deyilir(İxlas surəsi oxunmur)sonra Qədr surəsini deyib 15 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər deyib rukuya get,


Rukunun zikrini deyib,rukuda 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" de,


Rukudan qalxıb 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" de,

Allahu Əkbər deyib səcdəyə get,

1 ci səcdə də səcdənin zikrini deyib, səcdə halında 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" de,

Səcdədən qalxıb(oturan halda) 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər de,

2 ci səcdəyə gedib səcdənin zikrini deyib səcdə halında 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" de,

Səcdədən qalxıb(oturan halda) 10 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh" deyib Allahu Əkbər deyib 2 ci rukətə qalx.

İkinci rukət də, eyni bu şəkildə qılınır.


Mənbə: Məkariməl-Əxlaq,Şeyx Həsən ibni Fəzl Təbərsi,cild 2,səh 46.
movlan880
2 movlan880 « Qonaq » 15 oktyabr 2016 23:44
Sitat: Doctor
Salam aleykum bu sureler ardicil deyilmelidirde?70 défe istigfar edin deyildikde ne nezerde tutulur? evvelceden Allah razi olsun.

salam aleykum.bəli ardıcıldır. orda yazıldığı kimi. namazı bitirdikdən sonra isə istiğfar edirsən 70 dəfə
Doctor
1 Doctor ♥ İstifadəçi ♥ 15 oktyabr 2016 21:12
Salam aleykum bu sureler ardicil deyilmelidirde?70 défe istigfar edin deyildikde ne nezerde tutulur? evvelceden Allah razi olsun.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.