Cümə gününüz mübarək
Cümə günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. Bu günün əhəmiyyətli olmasını Peyğəmbər Əkrəm (s)-ın hədisində daha aydın hiss etmək olar. Peyğəmbər (s) buyururlar: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfli günlərdəndir".
(Xisal,səh.316)
Əmirəl-Möminin (ə) buyurur: "Cümə günün gecəsi çox parlaq, gündüzü isə nuranidir. Hər kim cümə axşamı dünyadan köçsə, qəbr əzabından amandadır və hər kim cümə günü dünyadan köçsə, cəhənnəm atəşindən azad olar". (Usul-Kafi, c3-səh, 415) Əlbəttdə burda şərt budur ki,insan vaciblərə əməl edə, haramlardan çəkinə və başqalarının hüquqlarına əməl edə. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər kim cümə gününü dərk edərsə, o günü ibadətdən başqa heç bir şeylə məşğul olmaz və Allahın rəhmət yağışı onun üzərinə yağar. O, həzrət daha sonra buyurur: Cümə günüdə əməllərin savabı iki qat olar".
(Vəsailuş-Şiə c5-səh, 65)
Müstəhəbdir ki, insan cümə axşamı günüdən özünü cümə günü üçün hazırlasın. Paltarların təmizləsin, özünü ətirləsin və o maneələr ki, onu cümə gününün ibadətlərindən saxlayacaq onları aradan apara. Əsr vaxtı isə tövbə və istiğfar etmək, münacatla məşğul olmaq təkid olunmuşdur.
Cümə gününün ədəbləri
1.Cümə qüslu
Cümə qüslu müstəhəb bir əməldir və bəzi fəqihlər onu vacib hesab edirlər. Cümə qüslun insan edə bilər sübh çağından günortaya qədər yerinə yetirə. Amma hər nə qədər günortaya yaxın olsa, bir o qədər yaxşıdır. Əgər kimsə cümə qüslun cümə gününə qədər ala bilməsə, əsr vaxtı ala bilər. Əgər cümə günü gün ərzində qüslu yerinə yetirə bilməsə şənbə günü yerinə yetirə bilər. Ehtimal versə ki, cümə günü qüsl ala bilməyəcək cümə axşamı edə bilər cümə qüslun yerinə yetirsin. İmam Sadiq (ə) buyurur: "Cümə qüslu insan paklığı və həftəlik günahlarının kəffarəsidir
".(Vəsailuş-Şiə c2-səh,945, Biharul-Ənvar c78-səh,128)
İmam Əli (ə) tənbəl və işsiz insanları məzəmmət edərək buyurur: "Sən həftə boyu bir qüsulla, paklıqla yaşaya bilən və cümə qüslunu tərk edəndən belə acizsənmi?"
(Usuli-Kafi c3-səh,42)
2. Təmizlik (bəzənmək)
Müstəhəbdir insan cümə günüdə özünü təmizləyə,təmiz paltarlarını geyinə, gözəl iyli ətirlərdən istifadə edə. İmam Sadiq (ə) buyurur: "Sizlər cümə günündə zinətlənin, qüsl edin, ətirlənin, saqqalınızı düzəldin və özünüzü cümə namazı üçün hazır edin".(Usul-Kafi c3-səh,417, Vəsailuş-Şiə c5-səh,78)
O, həzrət daha sonra buyurur: "Cümə günüdə hər müsəlmana lazımdır ki, öz saqqalın səliqəyə sala, dırnaqların tuta və özünü ətirləyə"
.(Usuli-Kafi c6-səh, 511)
Cümə günüdə öz maddi imkanı həddində ailəsinin ehtiyacların ödəyə. Necə ki, Peyğəmbər Əkrəm (s) buyururlar: "Cümə günü ailənizə bir miqdar ət və meyvə alıb hədiyyə aparın ki, o günü xoş keçirəsiniz"
.(Mən la yəhzur..c1-səh,423, Kafi c6-səh,229)
3. Cümə namazı
Müsəlmanların həftəlik ictimai toplantılarından biri cümə namazıdır. Müsəlmalar cümə günü zöhr namazının yerinə cümə namazı qıla bilərlər. Cümə namazının qılınması zöhr namazının qılınmasından daha fəzilətlidir. Cümə sürəsi möminləri cümə namazında iştirak etməyə dəvət edir. Cümə namazı iki rəkətdir və eyni ilə sübh namazı kimi qılınır. Amma onun iki xütbəsi vardır ki, imam cümənin vasitəsi ilə oxunur.
İkinci Şəhid yazır: "Cümə namazı ona görədir ki, agah olasan və unutmaysan ki, cümə günü əzəmətli gündür və cümə bayramı şərəfli bayramdır. Allah-təala o, günü bu ümmmətə məxsus edib və bu şərəfli vaxtı öz bəndələri üçün qərar verib ki, bəndələri onun civarına daha da yaxın olsunlar. Cümə namazı hicran dərdinə dərman və cəhənnəm qorxusundan amandır. Ona görə də öz bəndələrin şövqləndirir ki, bu gündə yaxşı və saleh əməllər yerinə yetirələr və həftə ərzində hər nə səhlankarlıq və süstlük ediblər, əvəzin çıxalar. Allah cümə namazını ən mühüm itaət və özünə yaxınlaşmaq üçün vasitə qərar vermişdir. C ümə namazı yeganə namazdır ki, Qurani-Kərimdə zikr olunmuşdur. Allah-təala "Cümə surəsi"ndə buyurur: "Ey iman gətirələr, cümə günü namaza çağrılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir".
(cümə sürəsi ayə,9)
Bu ayədə çox sirlər yatmışdır. Ayədə namazı "zikr" adlandırmışdır ki, insanlar başa düşələr namazdan hədəf Allahı qəlblə yad etmək və onun əzəmətini düşünməkdir. Bundan əlavə namaz insanları pis və çirkin işlərdən çəkindirir"
.(Əsrarus-Səlatsəh,221)
Subhanə rabbikə rabbil izzəti əmma yəsifun, vəssalamu ələl-mursəlin vəlhəmdulillahi rabbil-aləmin.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.