Quranda qəlb haqqında
Sağlam qəlb - "Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” (Qur'an | 26:89)
Haqqa dönmüş qəlb - "Rəhmandan görmədən qorxan və haqqa dönmüş qəlblə gələn bəndə üçündür!" (Qur'an | 50:33)
Arxayın qəlb- "Artıq ona inansınlar və qəlbləri ondan arxayın olsun." (Qur'an | 22:54)
Qorxan qəlb- "Qəlbləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verənlər." (Qur'an | 23:23)
Təqvalı qəlb - "Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin təqvasındadır." (Qur'an | 22:32)
Hidayət tapmış qəlb- "Kim Allaha iman gətirsə, onun qəlbini haqqa doğru yönəldər." (Qur'an | 64:11)
Aram qəlb - "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır." (Qur'an | 13:28 )
Diri qəlb - "Şübhəsiz ki, bunda qəlb sahibi... kimsə üçün öyüd-nəsihət vardır!" (Qur'an | 50:37)
Xəstə qəlb - "Buna görə də yumşaq danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər." (Qur'an | 33:32)
Kor qəlb - "Həqiqətən də gözlər kor olmaz, lakin sinələrindəki qəlblər kor olar." (Qur'an | 22:46)
Günahkar qəlb- "Onu gizlədən şəxsin qəlbi günahkardır." (Qur'an | 2:283)
Təkəbbürlü qəlb - "Allah hər təkəbbür sahibinin, zalımın qəlbini belə möhürləyər!" (Qur'an | 40:35)
Möhürlənmiş qəlb - "...qulağını və qəlbini möhürlədiyi... kimsəni gördünmü?" (Qur'an | 45:23)
Sərtləşmiş qəlb - "...qəlblərini sərtləşdirdik." (Qur'an | 5:13)
Daş qəlb- "Əgər sən kobud və daş qəlbli olsaydın, onlar sənin ətrafından dağılışardılar." (Qur'an | 3:159)
Qafil qəlb- "Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz... kimsəyə itaət etmə!" (Qur'an | 18:28)
Pərdələnmiş qəlb - dedilər: “Bizim qəlblərimiz pərdəlidir” (Qur'an | 2:88)
Azmış qəlb - "Qəlblərində azğınlıq olanlar... mənası aydın olmayanın ardınca düşərlər." (Qur'an | 3:7)
Şəkk şübhəyə olan qəlb - "Səndən izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və qəlbləri şəkk-şübhəyə düşənlərdir." (Qur'an | 9:9)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.