Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allaha təvəkkül etmək insana nələri verir?

Allaha təvəkkül etmək insana nələri verir?
0
Mətndə qrammatik səhv var?
Allaha təvəkkül etmək insana nələri verir?


Allaha təvəkkül etmək insana nələri verir?

Allaha təvəkkül edən insan Allahın sonsuz qüdrətinə etimad edərək, öz daxilində xüsusi bir hüzura çatır və rahatlıq əldə edir. Bu hüzurun sayəsində Allahın lütfünə daha çox ümidvar olur. Təvəkkül etmək bizə nə verir? (Tebyan)



1. Qəlb rahatlığı və hüzuru. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28). Bəli, imanlı insanların ürəyində elə bir hüzur vardır ki, başqalarında belə bir rahatlıq yoxdur. Allaha təvəkkül edən insan imanı sayəsində bu hüzura çatmışdır. Əlbəttə hər bir kəsin iman səviyyəsi Allaha olan diqqətin səviyyəsindən asılıdır.



2. Allaha ümidvar olmaq. Təvəkkülün bizə verdiyi bərəkətlərdən biri də Allaha ümidvar olmağımızdır. “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin”. (“Zumər” 53). “Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»”. (“Hicr” 56).

Əmirəl-möminin (ə) buyurur: “Necə qorxum ki, Sən mənim ümidimsən?”.


3. Razı olmaq. Allaha təvəkkül edən insan onun bütün istəkləri qarşısında təslim olar və təqdirinə razı olar. İnsanın Allahın ona verdiklərindən razı olması - Allahın insana verdiyi nə böyük hədiyyələrdən biridir. İmam Əli (ə) buyurur: “Hər kəs Allahın ona nəsib etdiyinə razı olarsa, rahat və asidə olar”. Allaha təvəkkül edən insan özündən başqa Qadir bir zata söykənər ki, heç bir zaman məşğlub edilməzr. Qorxunun daxilinə varmasına yol verməz.



4. Həyatda fəal olmaq. “Əl-Mizan” təfsirində oxuyuruq: “Bəşər maddi həyatda müvəffəq qazanmaq üçün iki şeyə ehtiyac duyur: biri maddi şeylərdir və biri də ruhi və mənəvi. İnsan öz hədəfinə çatmaq üçün lazım olan təbii vəsaitləri hazır etdikdən sonra, qarşısındakı maneələr ancaq mənəvi maneələr olar. O cümlədən: qorxu, qəm, süstlük, qəflət, bədbinlik. O zaman ki, insan öz ruhunu Allahın rəhmət kəndirinə bağlayar, ruhu o qədər güclənər ki, heç kəsə məğlub olmaz və qəti müvəffəqiyyətə çatar”. Bəli, təvəkkül insana qəlb qüvvəsi verər. Quranın bizə tövsiyə etdiyi təvəkkül - səy və çalışma ilə bir yerdə olan təvəkküldür.



5. Müqavimət göstərmək. Təvəkkül insanı güclü edər. İnsanın çətinliklər qarşısındakı müqavimətini gücləndirər. “Və onlara Nuhun hekayətini oxu. O zaman o, öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim”. (“Yunus” 71). İmam Baqir (ə) buyurur: “Hər kim Allaha təvəkkül edərsə və hər kim Allaha söykənərsə, döyüş və cihad meydanından qaçmaz”. Ona görə də hər kim güclü və müqavimətli olmaq istəyirsə gərək Allaha təvəkkül etsin. İmam Əli (ə) buyurur: “O kəs ki, Allaha təvəkkül edər, şübhələrin qaranlığı ona aydın olar. Qələbə qazanması üçün amillər hazır olar. Çətinliklərdən xilas olar”.



6. Şücaətli olmaq. Şücaətli olmaq daxili güc istəyir. Allaha söykənmədən bu iş mümkün deyildir. “Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər”. (“Əhzab” 48). İmam Əli (ə) buyurur: “Ey insanlar! Allaha təvəkkül edin və Ona etimad edin. Çünki insanı özündən qeyrisindən e htiyacsız edər”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.