Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir. Ona görə də arif hər şeyi Allahın ixtiyarına buraxar və Allahın qəzavü-qədərinə razı olar.
Təvəkkül nədir?
Peyğəmbər(s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: “Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur. ”
Həsən ibn Cəhm adlı bir şəxs deyir:
İmam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: “Təvəkkülün mənası nədir? ” İmam Riza (ə) buyurdu: “Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.”
Başqa bir rəvayətdə Əli ibn Süveyd deyir: İmam Museyi Kazim(ə)-dan “Təlaq” surəsinin üçüncü ayəsinin (Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) təfsirini soruşduqda Həzrət buyurmuşdur:
“Təvəkkülün müxtəlif mərhələləri var. Təvəkkülün mərhələlərindən biri də bütün işlərdə Allaha təvəkkül edib Tanrının sənin rəftarından razı olmasıdır. Allahın sənin üçün xeyir və fəzilətdən başqa bir şey istəmədiyini, bütün işlərin onun ixtiyarında olduğunu bilməsidir. Deməli, işlərini ona həvalə etməklə Allaha təvəkkül et. ”
Bir sözlə, bəndə hər bir işin Böyük Yaradan tərəfindən olduğuna inanıb onun sonsuz qüdrətini dərk etməlidir. Bununla dəryaya qovuşan damcı kimi özünü dalğalar arasına ataraq heç bir şeydən qorxmamalıdır.
“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“...Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“...Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” - 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülü
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.