Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Yəqinin nişanələri. Yəqin və vərə.

Yəqinin nişanələri. Yəqin və vərə.
+2
Mətndə qrammatik səhv var?
Yəqinin nişanələri. Yəqin və vərə.


İmam Əli (ə) buyurur: “Üç şey yəqinin nişanələrindəndir: arzuların qısa olması, əməldə ixlas, dünyaya rəğbətsizlik”. (Avini)

İmam Sadiq (ə) buyurur: «Allah imanı yeddi hissəyə bölüb: yaxşılıq, düzlük və doğruçuluq, yəqinlik, razılıq, vəfadarlıq, elm və səbir».

İmam Əli (ə) buyurur: «İmanın ən üstünü (Allah barəsində) yəqinliyin gözəl şəkildə olmasıdır».

İmam Sadiq (ə) buyurur: «Mömin dində qüvvətli, yumşaqlıqda uzaqgörəndir. İmanı yəqinliklədir. (Dini) başa düşməyə həris, doğru yolu getməkdə şövqlüdür... İş və çətinliklərinin olmasına baxmayaraq, namazını tərk etmir».

Allahın Peyğəmbəri (s) buyurur: «İman 10 şeydədir: tanımaq, (Allaha) itaət, elm, əməl, pəhrizkarlıq, çalışqanlıq, səbir, yəqinlik, razılıq, (Allah qarşısında) təslim olmaq. Bu on sütundan hər hansı biri çatmasa, imanın nəzmi pozular».

İmam Sadiq (ə) buyurur: «Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz».

İmam Səccad (ə) buyurur: «Zahidliyin ən ali dərəcəsi, «vərə»nin (günahlardan çəkinməyin) ən aşağı dərəcəsidir, «vərə»nin ən yüksək dərəcəsi yəqinin ən aşağı dərəcəsidir. Yəqinliyin ən yüksək dərəcəsi (Allahdan) razılığın ən aşağı dərəcəsidir».

İmam Əli (ə) buyurur: «Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir».

İmam Əli (ə) buyurur: «Yəqinlik qəm-qüssəni necə də gözəl yox edir».
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.