Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Təfəkkür və düşüncə.

Təfəkkür və düşüncə.
+1
  • 06 may 2018
  • Bölmə: ---
  • Baxış: 1 936
  • Şərhlər: 0
  • Müəllif: imameli.az
Mətndə qrammatik səhv var?
Təfəkkür və düşüncə.


İmam Sadiq(ə) buyurur: "Təfəkkür və düşüncə yaxşılıqların güzgüsü, pisliklərin örtüyü, qəlblərin nurlandırıcısı, xoşbəxtliyin açarı və qəlbin genişliyidir. Təfəkkür vasitəsilə insan qiyamət gününün xeyrindən, öz işinin aqibətindən xəbərdar olur, elm və biliyi günbəgün artır. Təfəkkür etməkdən yaxşı ibadət yoxdur.» Peyğəmbər(s) buyurur: "Bir saat təfəkkür, bir illik ibadətdən (əlbəttə, burada söhbət müstəhəb ibadətlərdən gedir) daha fəzilətlidir. Yalnız o kəslər bu məqama yetişərlər ki, Allah-təala onları mərifət və tövhid nuru ilə işıqlandırmışdır."(«Üsuli-kafi», II c, səh.76, taət və təqva fəsli, hədis №7.)


"Xoş o şəxsin halına ki, qəlbini təfəkkürlə, dilini isə zikrlə məşğul edir"
"Hər kim öyrəndiyi şey barədə fikirləşsə, elmini möhkəmlədib qabaqca başa düşmədiklərini anlayar".
( Bu barədə həzrəti-Əli(ə)-nin Bəsrə valisi Osman ibn Hüneyfə yazdığı məktub daha çox diqqəti çəkir: "Ey Hüneyfin oğlu! Mənə xəbər verildi ki, Bəsrə dövlətlilərindən bir nəfər səni qonaqlığa dəvət etmiş və sən də bu dəvəti qəbul edib yubanmadan qonaqlığa getmisən. Müxtəlif yeməklər böyük qablarda bir-birinin ardınca sənin qarşına qoyulmuşdur. Mən güman etməzdim ki, sən yoxsullara laqeyd olub dövlətlilərin çağırıldığı belə bir cəmiyyətin dəvətini qəbul edəsən. Yediyin yeməyə fikir ver. (Bax gör halaldırmı, ya yox?) Bu zaman halallığına şübhə etdiyin yeməyi yemə, paklıq və halallığına yəqinin olsa, yeməkdən çəkinmə. Bil ki, hər məmum (hər hansı bir imamın ardıcılı) gərək öz imamına iqtida edib elminin nurundan bəhrələnsin. (Yəni bütün əməllərdə özünü ona bənzədərək onun biliyindən istifadə etsin.) Bil ki, sizin imamınız bu dünyada yalnız köhnə paltarla, yeməklərdən də vur-tut iki ədəd çörəklə kifayətlənmişdir. Əlbəttə, siz belə ola bilməzsiniz, lakin mənə təqva, səy, iffət, paklıq və doğru yolla kömək edin.)

İmam Sadiq(ə) buyurur: "Təfəkkür insanı yaxşılıq və saleh əməllərə dəvət edir".( Təbərsi yazır: "Bütün günahlar Allah qanunlarına itaət etməmək sayıldığından böyükdür. Günahların böyük və kiçik olması onlar arasındakı fərqlərə görədir. Bu bizim imamiyyədə olan əqidə məsələlərindəndir.» ( «Məcməül-bəyan» III c, səh.38))
"Əbuzərin ibadətinin çoxu təfəkkür etmək və hadisələrdən ibrət almaq idi."(«Üsuli-kafi»: II c, səh.79. «Fiqh» fəsli, hədis №4)

İmam Riza(ə) buyurur: "İbadət o demək deyil ki, çoxlu namaz qılıb, oruc tutasan. İbadət Allahın işləri barədə düşünməkdir." («Nəhcül-bəlağə» (Sübhi Salehi) hikmət №477)

Deyilənlərdən məqsəd budur ki həqiqi ibadət Allah, onun işləri və iradəsi haqda olan təfəkkürdür. Başqa bir ifadə ilə desək, ibadət odur ki, hər bir şey Allahın məxluqu, iradəsinin məzhəri, sifət və adlarının təcəllisi olduğundan insanın diqqət mərkəzində durmalıdır. Bu cür düşüncə həqiqi pərəstiş olub ibadətin vücuduna can verir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.