Həzrəti İsadan (ə) qəlbi qəsavətləndirən çox mühüm bir amilə işarə.
Həzrəti İsadan (ə) qəlbi qəsavətləndirən çox mühüm bir amilə işarə.
Xırda hesab etdiyimiz lüzumsuz işlər nəticədə böyük bir bəlaya çevrilir. Həm də qəlbin pərdələnməyi (qaralmağı) kimi. Bu məsələ çox önəmlidir. Çünki insan həqiqətləri qəlbi ilə (ruhu) dərk edir.
Həzrət İsa (ə) ulul-əzm peyğəmbərlərdəndir. Yəni şəriət sahibi bir peyğəmbərdir. Hər bir peyğəmbərin dediyi söz və etdiyi əməl sırf Allahın rizası və hikməti ilədir. Allah Taala bu cür şəxsiyyətləri sirrlərlə dolu dünyaya vaqif etmiş, bütün aləmin sirlərini onlara öyrətmişdir. Peyğəmbərlərin oxuyaraq öyrənməyə ehtiyacı yoxdur. Onların dünyadakı işi öyrənmək yox, məhz öyrətməkdir.
İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə buyurulur:
“Həzrəti Məsih buyurdu: Allahın zikrindən başqa deyilən sözlərinizi azaldın. Kim Allahın zikrindən başqa olan sözlərini çoxaldarsa (çox danışsa) qəlbi qəsavət bağlayar (qaralar). Öz xəbəri belə olmaz”.
عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: كَانَ الْمَسِيحُ (ع) يَقُولُ لَا تُكْثِرُوا الْكَلَامَ فِي غَيْرِ ذِكْرِ اللَّهِ فَإِنَّ الَّذِينَ يُكْثِرُونَ الْكَلَامَ فِي غَيْرِ ذِكْرِ اللَّهِ قَاسِيَةٌ قُلُوبُهُمْ وَ لَكِنْ لَا يَعْلَمُونَ.
("Kafi", 2. səh.114)
Söz danışmaq Allahın insana bir nemətidir. İnsan söz vasitəsi ilə fikirlərini ifadə edir. Bu da o deməkdirdir ki, söz və danışıq fikir ifadə etmək üçündür. Bundan artığı, ehtiyac olmadan danışmaq lüzumsuzdur. Təbii ki, heç bir ağıl sahibi lüzumsuz iş görməz.
Xırda hesab etdiyimiz lüzumsuz işlər nəticədə böyük bir bəlaya çevrilir. Həm də qəlbin pərdələnməyi (qaralmağı) kimi. Bu məsələ çox önəmlidir. Çünki insan həqiqətləri qəlbi ilə (ruhu) dərk edir. Lüzumsuz şeylərin rəğbəti ilə dolan qəlb təbii ki, mənəviyyatdan və insani dəyərlərdən boş olacaq. Quran bu mətləbə toxunaraq buyurur:
“Onların qəlbləri də bomboşdur”. ("İbrahim", 43)
İnsanın qəlbi yalnız Allahı zikr etməklə “dolur” və ya aram olur. (Rədd-28).
Qeyd edilən hədisə və ayələrə diqqət etdikdə kiçik bildiyimiz lüzumsuz işlərin və ifadələrin insan mənəviyyətina, hətta insan taleyinə nə qədər təsirli və əhəmiyyətli olduğunu görürük.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.