Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allahdan qeyrisinə ağız açmağın məzəmməti.

Allahdan qeyrisinə ağız açmağın məzəmməti.
0
Mətndə qrammatik səhv var?
Allahdan qeyrisinə ağız açmağın məzəmməti.





Allahdan qeyrisinə ağız açmağın məzəmməti.

İmam Sadiqin (ə) bəzi qədim peyğəmbərlərin kitablarından nəql etdiyi qüdsi bir hədisdə belə nəql olunur: "Allah-taala buyurur: "İzzət və cəlalıma, ərş üzərində rəfət və hökmümə and olsun, məndən qeyrisinə ümid bağlayanın ümidini puça çıxararam. Xalq arasında ona zillət libası geydirər, onu özümə yaxınlıqdan və fəzlimdən məhrum edərəm. Çətinliklər müşküllər mənim əlimdə olduğu halda o necə başqalarına ümid bağlayır?! Bütün bağlı qapıların açarı mənim əlimdə olan vaxt o necə məndən başqasının qapısını döyür?! Mənim evimin qapısı məni çağıranların üzünə açıqdır... O kimdir ki, çətinliklər vaxtı mənə ümid bağlayıb və mən onun ümidini puça çıxarmışam? O kimdir ki, böyük işlərdə mənə ümid edib və mən onun ümidini qırmışam? Mən bəndələrimin arzularını yadda saxladım, amma onlar bununla razılaşmadılar. Səmaları mənim təsbihim və mənə sitayişdən yorulmayanlarla (mələklərlə) doldurdum və onlara tapşırdım ki, heç vaxt bəndələrimlə mənim aramda olan qapıları bağlamasınlar. Amma onlar mənim sözlərimə (vədələrimə) etimad göstərmədilər. Məgər bəndəm bilmirmi ki, bir hadisə onun qapısını döydüyü vaxt mənim iznim olmadan kimsə onu qoruya bilməz?! Axı nə üçün məndən üz döndərirlər? Mən öz səxavətimlə məndən istəmədiklərini ona verdim. Verdiyimi geri alanda məndən istəmədi ki, ona bir daha əta edim. Yoxsa elə düşünür ki, məndən istəməmiş ona əta edərəm?! Məndən istəsə onun istəyinə cavab vermərəmmi?! Mən xəsisəmmi ki, bəndəm mənim haqqımda belə düşünür? Məgər bütün ətalar məndən deyilmi?! Məgər əfv və rəhmət mənim əlimdə deyilmi?! Məgər mən arzuların ünvanı deyiləmmi?! Beləsə, məndən savayı kim bu arzuları təmin edə bilər?! Ümid edənlər məndən qeyrisinə göz dikməyə qorxmurmu?! Əgər göylərin və yerin bütün əhli mənə ümid bağlasa, onların hər birinə bütün başqalarının arzu etdiyi qədər verərəm və mülkümdən qarışqa ayağı qədər azalmaz. Mənim ixtiyarımda olan bir mülk necə azalar?! Mənə itaətsizlik edib məndən qorxmayanın vay halına!”
Əlhəmdulillahi-Rəbbil-Aləmin!

(Üsuli-kafi”, c. 2, bab 218, s. 66, h. 7)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.