Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qiyamət günü inkarçılar

Qiyamət günü inkarçılar
0
  • 26 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 3 939
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Qiyamət günü inkarçılar


Qiyamət günü insan üçün ən dəhşətli, qorxulu gündür. O gün inkarçılar onlara vəd edildiyi halda, heç düşünmədikləri həqiqəti açıq-aşkar görəcəklər. Lakin artıq insanların dünyada etdikləri səhvləri düzəltmək üçün geriyə dönüş imkanları olmayacaq. O gün inkar edənlər qorxu içində ölümün, əslində, yox olmaq deyil, əksinə, əbədi davam edəcək əzabın başlanğıcı olduğunu anlayacaqlar. Allah Quranda o gün insanların keçirdiyi qorxudan bir növ sərxoşa çevriləcəklərini bildirmişdir:

… İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)

Qiyamət günü inkarçıların dəhşətdən bütün dəyər mühakimələri dəyişəcək. Ən çox dəyər verdikləri mallar, övladları bir anda bütün əhəmiyyətini itirəcəkdir. Allah Quranda insanların o gün ancaq özlərini xilas etməyə çalışacaqlarını və bir-birlərindən qaçacaqlarını xəbər vermişdir:

O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 34-37)

O gün insanların düşdüyü vəziyyət ayələrdə belə bildirilir:

… Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir… (Ənbiya surəsi, 97)

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)

Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?! (Müzzəmmil surəsi, 17)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.