Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cəhənnəm haqqında

Cəhənnəm haqqında
+1
  • 12 sentyabr 2016
  • Bölmə: Quran
  • Baxış: 4 795
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Cəhənnəm haqqında

Cəhənnəm dərəcə-dərəcədirmi?


Cəhənnəmdə hər kəs etdiklərinin qarşılığını tamamilə alacaqdır. Əlbəttə, inkar dərəcəsinə, Allah`ın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün şiddətinə əsasən, insanlar arasında dərəcə fərqləri olacaq. Məsələn, Möminlərin ən böyük düşmənlərindən olan və əleyhlərində gizli fəaliyyət göstərən münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağı (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Bunun kimi hər inkar edənin mütləq cəhənnəmə girəcəyi və Allah`ın ədaləti ilə əməllərinin tam qarşılığını alacağı Quranda bu ayələrdə xəbər verilir:

Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz. (Əhqaf surəsi, 18-19)

Bununla yanaşı, bəzi insanların düşündüyünün əksinə, insanlar günahlarının cəzasını bir müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxa bilməyəcəklər. Cəhənnəmə girən hər inkarçı əbədi olaraq orada qalacaq. (Bəqərə surəsi, 80-81)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.