Nəsr surəsinin oxunuşu,tərcüməsi və fəziləti.
ən-Nəsr (Kömək) surəsi (Məkkədə nazil olmuşdur, 3 ayədir) 110 cu surədir.
Nəsr surəsinin tərcüməsi.
Bismilləhir-rahmə:nir-rahi:m.
1. İza cə:ə nəsrullahi vəl - fəth.
2. Vəraəytən-nə:sə yədxulu:nə fi di:nillə:hi əfvacə.
3. Fəsəbbih bihəmdi rabbikə vəstəğfirhu innəhu: kə:nə təvvə:bə.
2. Vəraəytən-nə:sə yədxulu:nə fi di:nillə:hi əfvacə.
3. Fəsəbbih bihəmdi rabbikə vəstəğfirhu innəhu: kə:nə təvvə:bə.
Nəsr surəsinin tərcüməsi.
Bismillahir–rəhmanir-rəhim!
1.(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;
2.İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman.
3.Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
Nəsr surəsinin ümumi məzmunu.
Bu surə Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən sonra Mədinə şəhərində nazil olmuşdur. Surədə böyük qələbədən, qələbədən sonra insanların dəstə-dəstə Allah dininə daxil olacağından xəbər verilir. Bu böyük nemətə görə də Peyğəmbərdən (s) Allaha həmd və tərif deməsi istənilir, eyni zamanda da bağışlanma diləməsi göstəriş verilir.
İslam dinində çox zəfər və fəthlərin baş verməsinə baxmayaraq, Məkkənin fəthi kimi geniş miqyaslı fəth olmamışdır. Xüsusən də bəzi rəvayətlərə əsasən, ərəblər inanırdılar ki, əgər Peyğəmbər (s) Məkkəni fəth edərək ona hakim olarsa, deməli, həqiqətən, Allah tərəfindən gön- dərilmiş rəsuldur. Çünki əgər Allah tərəfindən göndərilmiş olmasaydı, heç vaxt Məkkənin fəthinə nail ola bilməyəcək və yarı yolda məğlub olacaqdı. Necə ki Əbrəhənin qoşunu Məkkənin fəthinə nail ola bilmədi və məğlub olaraq aradan getdi. Odur ki, Məkkənin fəthindən sonra müşrik ərəblər dəstə-dəstə İslama üz tutaraq iman gətirdilər.
Bəzilərinin rəyinə əsasən, bu surə hicrətin altıncı ilində, Hüdey- biyyə sülhündən sonra nazil olmuşdur. Amma bəzilərinin rəyinə görə, hicrətin onuncu ilində, yəni Məkkənin fəthindən sonra vida həcci zamanı nazil olmuşdur. Bu rəy isə o qədər də uyğun deyil. Çünki surənin bəzi ayələrinin məzmunu ilə uzlaşmadığı cəhətlər vardır. Həmçinin surənin ayələri keçmişlə deyil, gələcəklə daha çox əlaqəlidir.
Bu surənin adlarından biri də “tudi”dir. “Tudi” sözünün mənası “vida” deməkdir. Çünki surənin ayələrinin batini mənalarından Peyğəmbərin (s) vəfatı da başa düşülür.
Hədislərdə deyilir ki, bu surə nazil olduqdan sonra Peyğəmbər (s) surəni səhabələr üçün oxudu. Hamısı bu surənin ayələrini eşitdikdə xoşhalolaraq sevindilər. Amma Peyğəmbərin (s) əmisi Abbas bunu eşitdikdə ağlamağa başladı. Peyğəmbər (s) ondan nə üçün ağladığını soruşduqda dedi:
Ey Allahın Rəsulu! Mənə elə gəlir ki, sizin vəfat xəbəriniz bu surədə qeyd olunmuşdur.
Peyğəmbər (s) buyurdu:
-Bəli, düşündüyün kimidir.
Amma surənin hansı ayəsindən bu mətləbin başa düşülməsi təfsirçilər arasında müzakirəli mövzudur. Çünki ayələrin zahirində fəth və qələbədən savayı ayrı mövzudan danışılmır.
Görünən budur ki, Məkkənin fəthindən sonra artıq Peyğəmbərin (s) risaləti tamamlanmış və İslam dini təkmilləşdiyi üçün belə ehtimal verilmişdir. Əlbəttə, fani dünyadan əbədiyyətə tərəf köç etmək ehtimalını vermək olduqca asan məsələdir.
Nəsr surəsini oxumağın fəziləti
Surənin oxunmasının savab və fəziləti barəsində Peyğəmbər (s) buyurmuşdur:
"Bu surǝni tilavət edən şəxs, sanki Məkkənin fəthində iştirak etmişdir.
İmam Sadiqdən (ə) nəql olan digər hədisdə oxuyuruq:
"Fəth" surəsini nafilə və vacib namazlarında oxuyan şəxsi Allah- taala düşmənlərinin üzərində qalib edər. Qiyamət səhnəsinə daxil olanda qəbirdən onunla birlikdə danışan amannamə gələr. Həmin amannamə onu Cəhənnəm atəşindən xilas edər.
Aydın məsələdir ki, bu barədə deyilən hədislər yalnız surəni oxuyaraq əməl edən, özünü Peyğəmbərin (s) yolunda möhkəm tutan möminlərə aiddir. Yəni yalnız surəni oxuyaraq ağızı tərpətməklə deyil, əməllə birlikdə bu məqama nail olmaq mümkündür.
İmam Cəfər Sadiq (ə) bu surə haqqında buyurur: “Hər kim “Nəsr” surəsini vacib və ya müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənlərinə qarşı yardım edər və Qiyamət günü elə halda gələr ki, onunla danışan kitab olar. Allah bu kitabı qəbrinin daxilindən çıxardar. Orada cəhənnəm atəşinin istiliyindən aman vardır. Bu surənin qarisi üçün dünyada xeyir vasitələri hazır olar ki, kimsə görməmiş və qəlbinə daxil olmamışdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Nəsr” surəsini oxuyar, ona Məkkənin fəthində Peyğəmbərlə (s) birlikdə vuruşan və şəhid olanların savabı verilər. Hər kim “Həmd” surəsindən sonra oxuyarsa, namazı ən yaxşı şəkildə qəbul olunar”.
Həzrət Məhəmməd peyğəmbər(s) başqa yerdə buyurur: “Hər kim Rəcəb ayının 13-cü gecəsində on rükət namaz qılar və hər rükətdə “Həmd”dən sonra 5 dəfə “Nəsr” surəsini oxuyarsa, Allah behiştdə onun üçün saray inşa edər ki, uzunluğu və eni dünyanın 7 bərabəri olar”.
Nəsr surənin bərəkətləri:
1. Duaların qəbul olması. Hər kim “Nəsr” surəsini nafilə namazlarında və ya cümə günü günəş batan zaman oxuyarsa, dua edərsə Allah duasını qəbul edər.
2. Allah düşmən qarşısında ona yardım edər. Hər kim “Nəsr” surəsini vacib və müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənləri qarşısında yardım edər.
Surah an Nasr
The Divine Support (110:1)
إِذَا جَآءَ نَصْرُ ٱللَّهِ وَٱلْفَتْحُ ١
1.When Allah’s ˹ultimate˺ help comes and the victory ˹over Mecca is achieved˺,
(110:2)
وَرَأَيْتَ ٱلنَّاسَ يَدْخُلُونَ فِى دِينِ ٱللَّهِ أَفْوَاجًۭا ٢
2.and you ˹O Prophet˺ see the people embracing Allah’s Way in crowds,
The Divine Support (110:3)
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَٱسْتَغْفِرْهُ ۚ إِنَّهُۥ كَانَ تَوَّابًۢا ٣
3.then glorify the praises of your Lord and seek His forgiveness, for certainly He is ever Accepting of Repentance.
The Divine Support (110:1)
إِذَا جَآءَ نَصْرُ ٱللَّهِ وَٱلْفَتْحُ ١
1.When Allah’s ˹ultimate˺ help comes and the victory ˹over Mecca is achieved˺,
(110:2)
وَرَأَيْتَ ٱلنَّاسَ يَدْخُلُونَ فِى دِينِ ٱللَّهِ أَفْوَاجًۭا ٢
2.and you ˹O Prophet˺ see the people embracing Allah’s Way in crowds,
The Divine Support (110:3)
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَٱسْتَغْفِرْهُ ۚ إِنَّهُۥ كَانَ تَوَّابًۢا ٣
3.then glorify the praises of your Lord and seek His forgiveness, for certainly He is ever Accepting of Repentance.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.