Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Huməzə surəsinin oxunuşu,tərcüməsi və fəziləti .

Huməzə surəsinin oxunuşu,tərcüməsi və fəziləti .
0
  • 17 noyabr 2025
  • Bölmə: Quran
  • Baxış: 163
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

104. Huməzə Surəsinin Azərbaycan dilində oxunuşu.
Bismilləhir-rahmə:nir-rahi:m.

1. Vəylul likulli huməzətil luməzəh.
1. Hər bir qeybət edən və tənə vuranın vay halına!

2. Əlləzi: cəməa mə:lən və addədəh.
2. O, mal-mülk yığar və onu dönə-dönə sayar.

3. Yəhsəbu ənnə mə:ləhu: əxlədəh.
3.O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər

4. Kəllə: ləyumbəzənnə fil hutaməh.
4.Xeyr! O mütləq Hütəməyə atılacaqdır

5. Və mə: ədra:kə məl hutaməh.
5.Sən haradan biləsən ki, Hütəmə nədir?!

6. Nə:rullahil mu:qadəh.
6.O, Allahın alovlandırılmış odudur.

7. Əlləti: təttaliu aləl əf’ idəh.
7.O od (yandıra-yandıra) ürəklərə çatar.

8. İnnəhə: aləyhim mu’ sadəh.
8.Həqiqətən, o od onların üzərini örtəcəkdir.

9. Fi: amədim muməddədəh.
Onlar uzun sütunlara bağlanacaqlar.

Huməzə Surəsinin fəziləti.


1.İmam Sadiq (ə) buyurdu: Bir kəs Huməzə surəsini özünün vacibi namazlarında oxusa, Allah yoxsulluğu ondan uzaq edər, ruzinin ona yaxınlaşdırar, və pis ölümü ondan dəf edər.

2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Huməzə surəsini oxusa, Allah Həzrət Məhəmməd (s.ə.v.v) və onun dostlarını istehza edənlərin sayı qədər ona on həsənə əta edər.

3.Hər kim bu surəni ağrıyan gözə oxusa, Allah o ağrıdan ona şifa verər.
4.Hər kəs Huməzə surəsini müstəhəbbi namazında çox oxusa, ruzisi və malı çoxalar.


Göz dəyməyin qarşısını alar, göz ağrısına əlac edər – “Huməzə” surəsinin fəzilətləri
“Huməzə” surəsi – Quranın 104-ci surəsidir ki, Məkkədə nazil olmuşdur 9 ayəsi vardır.

Bu surə o kəslərdən eyb tutur ki, malları və sərvətləri ilə qürurlanırlar. Surənin sonunda onların aqibətindən söhbət açır.

Təfsirçilərin nəzərinə görə, bu surə Vəlid ibni Məğirə haqqında nazil olmuşdur ki, Peyğəmbərin (s) arxasınca qeybət edərdi. Qarşılaşan zaman isə tənə vurub istehza edərdi.

İmam Sadiq (ə) bu surə ilə bağlı buyurur: “Hər kim “Huməzə” surəsini vacib namazlarında oxuyar – yoxsulluğu aradan gedər, ruzi ona tərəf cəlb olar və pis ölümlər ondan uzaq olar”.

Başqa bir hədisdə oxuyuruq: “Hər kim namazlarında “Huməzə” surəsini oxuyar – dünya qədər ona savab verilər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyar, Həzrət Muhəmmədi (s) və dostlarını məsxərə edənlərin sayı qədər on həsənə verilər”.

Bu surənin bərəkətləri:

1. Göz dəyməyin qarşısını alar. Hədislərdə oxuyuruq ki, hər kim bu surəni göz dəyməmək üçün oxuyar Allahın izni ilə gözün təsiri aradan gedər.

2. Göz ağrısını aradan aparar. Bu surəni ağrıyan gözə oxusanız, Allah ağrısına rahatlıq verər.

Huməzə surəsinin Nazil olduğu yer və sırası.

Hüməzə surəsi Məkkədə nazil olmuşdur və nazilolma sırasına görə Quranda 32-ci surədir. Hazırkı Quran düzülüşündə isə 104-cü surədir[3] və Quranın 30-cu cüzündə yerləşir.

Huməzə surəsinin Ayə və sözlərin sayı

Hüməzə surəsi 9 ayə, 33 söz və 134 hərfdən ibarətdir. Bu surə, "Müfəssəlat" (qısa ayələrdən ibarət olan) surələrindən biridir və Quranın qısa surələrindən sayılır.
Al-Humazah
وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ ١

ٱلَّذِى جَمَعَ مَالًۭا وَعَدَّدَهُۥ ٢

يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ ٣

كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ ٤

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ ٥

نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ ٦

ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ ٧

إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌۭ ٨

فِى عَمَدٍۢ مُّمَدَّدَةٍۭ ٩

104:9
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.