Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Təkasur surəsinin ərəbcə oxunuşu və fəziləti

Təkasur surəsinin ərəbcə oxunuşu və fəziləti
+1
  • 05 yanvar 2025
  • Bölmə: Quran
  • Baxış: 246
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

“Təkasur” – Qurani-Kərimin 102-ci surəsidir və Məkkədə nazil olub. 8 ayəsi vardır. İmam Əli (ə) buyurur ki, bu surə qəbir əzabının haqq olduğu barədə nazil olmuşdur.


Qeyd. Oxunuşda qoşa nöqtədən əvvəl olan saitlər uzaldılmalıdır.

Bismilləhir-rahmə:nir-rahi:m.
1.Əlhə:kumut təkə:sur.
1.(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,

2.Həttə: zurtumul məqabir.
2.Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].

3.Kəllə: səufə tə’ləmu:n.
3.Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

4.Summə kəllə: səufə tə’ləmu:n
4.Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

5.Kəllə: ləu tə’ləmu:nə ilməl yəqi:n.
5.Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!

6.Lətəravunnəl cəhi:m.
6.(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!

7.Summə lətərəvunnəhə: aynəl yəqi:n.
7.Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!

8.Summə lətus əlunnə yəuməizin anin nəi:m.
8.Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!


1-İmam Sadiq (ə) buyurdu: Hər kəs Təkasur surəsini özünün vacibi namazlarında oxusa, Allah onun üçün yüz şəhidin savabını yazar. Bunlardan əlavə onun vacibi namazında qırx cərgədən ibarət olan mələklər onunla birlikdə namaz qılarlar. (İnşaallah).
2-İmam Sadiq (ə) buyurdu; Allah Rəsulu (s.ə.v.v) belə buyurdu: Hər kəs Təkasur surəsini yatan zaman oxusa, qəbrin fitnəsindən və giriftarçılığından amanda qalar.
3-Übəyy ibn Kəbdən nəql olunmuş rəvayətdə yazılıb ki, hər kəs Təkasur surəsini oxusa, Allah dünyada ona əta etdiyi nemətlərinin hesablamaz, və ona min ayənin (oxumağının) savabını verər.

Rəvayətdə vardır ki, aşağıdakı qayda ilə qılınan iki rükət namazın çoxlu xeyri vardır.

Birinci rükətdə Fatihə surəsi ilə “Ayətəl-kürsü”nü və iki dəfə Tovhid surəsini oxusun. İkinci rükətdə Fatihə surəsini bir dəfə və Təkasur surəsini isə on dəfə oxumaqla namazı tamamlayıb, onu nəzərində olan vəfat etmiş şəxsə hədiyyə etsin. Sonra belə desin: "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəbəs il Qəbri filan-rəhmətə gedənin adı."

4-İmam Cəfər Sadiq (ə) buyurdu: Təkasur surəsini (xəlvətdə) iyirmi dəfə oxuyun və sonra min dəfə salvat göndərib öz hacətinizi Allahın dərgahından istəyin. Çünki Allah onua qəbul edər (İnşaallah)
Hər kəs bu surəni başı ağrıyan üçün oxusa, Allahın izni ilə ağrısı aradan gedər.


“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (Təkasur 8)
Ayədə qeyd olunan nemətdən məqsəd məsum imamların (ə) vilayətidir. Əllamə Təbatəbai buyurur: “Su və çörək neməti barəsində ona görə sual olunar ki, bu nemətlərdən alınan güc və qüvvət Allah rizası yolunda və peyğəmbərlərinin xəttində sərf olunmalı olduğu halda haraya sərf olunub?
(Əllamə Məclisi, VII cild, səh-272)

Maddi nemətlər barəsində ona görə sual olunur ki, niyə bu nemətlər öz yolunda sərf olunmamılıdır? Bu yol Allaha bəndəçilik və Onun məsum övliyalarına itaət etmək yoludur. Yox, əgər o kəslər maddi nemətlərdən Allah yolunda istifadə etmişlərsə, heç vaxt sorğu-sual olunmayacaqlar.

İmam Sadiq (ə) buyurur: “Bu ayədə qeyd olunan nemətdən məqsəd, biz Əhli-Beytin vilayətidir”.
(Əllamə Məclisi, “Biharul-ənvar”, X cild, ayə-22)

İmam Sadiq (ə) buyurub;
"Hər kim bu surəni yatdığı zaman oxusa, qəbr əzabından amanda qalar və hər kim bu surəni bazar ertəsi və ya çərşənbə günü 40 dəfə oxusa, ona təsəvvürünə gətirə bilməyəcəyi böyük bir mal və ya böyük bir xeyir əta olunar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yatan zaman “Təkasur” surəsini sadiq niyyətlə
oxuyarsa, ona 70 min həsənə verilər. 70 min günahı pak olar. 70 min dərəcə ona əta olunar. Bu surəni qiraət edən ailəsinə, qonşularına və qohumlarına görə şəfaət edə bilər. Allah Nəkir və Münkir mələklərinin çətin rəftarını onun üçün hamar edər

İmam Sadiq (ə) buyurur: “Hər kim “Təkasur” surəsini vacib və ya müstəhəb namazlarda oxuyarsa, Allah ona yüz şəhidin savabını yazar. Hər kim onu müstəhəb namazda oxuyarsa, ona 50 şəhidin savabı yazılar ”

Bu surəni 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin.

Təfsirçilərin nəzərinə görə “Təkasur” surəsi o qəbilərlər üçün nazil olmuşdur ki, bir-biri ilə lovğalanırdılar. İnsanlarının, mallarının sayına görə. O yerə qədər ki, qəbirstanlığa gedir və qəbirləni sayırdılar. 

Həzrət Peyğəmbər (s) buyurur: “Bu surəni qiraət etmək Quranın 1000 ayəsinə bərabərdir”.

Rəsuli-Əkrəm (s) yenə buyurur: “Kər kim “Təkasur” surəsini qiraət edərsə, mələkutda şükrü əda edən kimi çağırılar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Təkasur” surəsini vacib və ya müstəhəb namazlarda oxuyarsa, Allah ona yüz şəhidin savabını yazar. Hər kim onu müstəhəb namazda oxuyarsa, ona 50 şəhidin savabı yazılar”.

Həzrət Peyğəmbər (s) nəql edir ki, hər kim bu surəni oxuyarsa, Allah dünyada ona verdiyi nemətlərin hesabını çəkməz. Hər kim yağış yağan zaman onu oxuyarsa, onu sona çatdıran zaman Allah günahlarını bağışlayar.

Başqa bir hədisdə oxuyuruq ki, hər kim əsr namazında bu surəni oxuyarsa, o biri gün batana qədər amanda olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yatan zaman “Təkasur” surəsini sadiq niyyətlə oxuyarsa, ona 70 min həsənə verilər. 70 min günahı pak olar. 70 min dərəcə ona əta olunar. Bu surəni qiraət edən ailəsinə, qonşularına və qohumlarına görə şəfaət edə bilər. Allah Nəkir və Münkir mələklərinin çətin rəftarını onun üçün hamar edər”.

Bu surənin bərəkətləri.

Böyük mal əldə edər.

Nəql edilir ki, hər kim bazar ertəsi və ya çərşənbə günü “Təkasur” surəsini 40 dəfə oxuyarsa, ona böyük bir mal çatar və elə bir xeyir əldə edər ki, zehninə belə sığmaz.

Hacəti yerinə yetər.

İmam Sadiq (ə) buyurur: “Xəlvətdə “Təkasur” surəsini 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin ki, Allah yerinə yetirər”.


Hər kim bu surəni başı ağrıyan insana oxuyar, Allahın izni ilə ağrısı gedər.

Hədislərin birində oxuyuruq ki, bu keyfiyyətdə iki rükət namaz qılmaq ölülər üçün çox fəzilətlidir: birinci rükətdə “Həmddən” sonra “Ayətül-kürsü”, iki dəfə “Tövhid” və ikinci rükətdə “Həmddən” sonra 10 dəfə “Təkasur” surəsini oxu. Sonra onu ölən yaxınına hədiyyə et.

Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.

Cəfəri-Sadiqdən nəql olunan hədisdə bu surənin 8-ci ayəsi barədə deyilir: "Bu ümmət Allah-taalanın ona bəxş etdiyi Allahın Rəsulunun (s) vücudu və sonra onun Əhli-Beytinin (ə) vücudunun neməti barədə sorğu-sual olunacaq."Biharul-Ənvar, c. 7, səh. 272, hədis 39.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ

حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ

كَلَّا سَوۡفَ تَعۡلَمُونَ

ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ

كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ

لَتَرَوُنَّ ٱلۡجَحِيمَ

ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ

ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.