Zəlzələ (Zilzal) surəsinin oxunuşu və tərcüməsi.
Məkkədə nazil olmuşdur, 8 ayədir.
Diqqət: hansı hərifdən sonra qoşa nöqtə (:) varsa həmin hərif uzaldılamlıdır.
Bismilləhir-rahmə:nir-rahi:m.
1. İzə: zulzilətil ərdu zilzə:ləhə.
Yer şiddətlə titrəyəcəyi zaman,
2. Və əxracətil ərdu əsqaləhə.
Yer öz yükünü (qəbirdəkiləri, yaxud yeraltı mədənləri) çıxardacağı zaman,
3. Və qaləl insə:nu mə: ləhə.
Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman,
4. Yəuməizin tuhəddisu əxbə:rahə.
O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.
5. Biənnə rabbəkə əuhə: ləhə.
Çünki bunu ona Rəbbin vəhy etmişdir.
6. Yəuməiziy yəsdurun nə:su əştətəl liyurau a’mə:ləhum.
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən)
ayrılacaqlar.
7. Fə məyyə’məl misqalə zərratin xayray - yərah.
Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,
8. Və məyyə’məl misqalə zərratin şərray yərah.
Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.
“ Zilzal ”(Zəlzələ) surəsinin fəziləti
İmam Sadiq (ə) buyurdu: "İza zulzilətil ərzu" surəsini oxumaqdan yorulmayın, çünki bir kəs nafilə (müsətəhəb) namazlarında bu surəni oxusa, Allah onu heç vaxt zəlzələ, ildırım vurması və bunun kimi dünya bəlaları ilə həlak etməz. Necəki o dünyadan köçdü və Behiştə getmək əmrini alsa, o zaman Allah-taala onun fərmanını verib buyurar: Ey mənim bəndəm Behiştimi sənə Mubah etdim, indi heç bir maneə olmadan onun hər hansı yerində istəyirsən özünə mənzil seç.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Bir kəs bu surəni (Zilzal) oxusa, elə bil ki, Bəqərə surəsini oxumuşdur, və ona həmin surəni oxumağın əcrini verərlər, (yəni Quranın dördə birini oxumağın).
Nəbiyyi-Əkrəm (s.ə.v.v) əshabələrindən bir kişiyə xiğab edərək buyurdu: Evlənmisən? Dedi: Yox, çünki evlənmək üçün əlimdə bir şeyim yoxdur. Həzrət buyurdu: "Qul huvəllahu əhəd" surəsini bilirsənmi? Dedi: Bəli, Həzrət yenə buyurdu: Bu surə Quranın dörddə biridir. Həzrət sonra buyurdu:
"Qul ya əyyuhəl kafirun" surəsini bilirsənmi?
O kişi dedi: Bəli.
Həzrət buyurdu: Bu surədə Quranın dörddə biridir. Sonra buyurdu:
"İza zulzilət" surəsini bilirsənmi?
O kişi dedi: Bəli.
Həzrət yenə buyurdu: Bu surə də Quranın dörddə biridir. Həzrət sözünün davamında buyurdu: Evlən, evlən, evlən. (Bu surələri həyat yoldaşın üçün məhriyyə ünvanında qərar ver.)
İmam Rza (ə) buyurmuşdur: “Bu surəni dörd dəfə oxuyan şəxsə Quranın hamısını oxuyub qurtaran şəxsin savabı verilər.”
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, dünyada zəlzələ və ildırım kimi böyük bəlalara düçar olmaz.”
سُوۡرَةُ الزّلزَلة
بِسۡمِ ٱللهِ ٱلرَّحۡمَـٰنِ ٱلرَّحِيمِ
إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا (١) وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا (٢) وَقَالَ ٱلۡإِنسَـٰنُ مَا لَهَا (٣) يَوۡمَٮِٕذٍ۬ تُحَدِّثُ أَخۡبَارَهَا (٤) بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا (٥) يَوۡمَٮِٕذٍ۬ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتً۬ا لِّيُرَوۡاْ أَعۡمَـٰلَهُمۡ (٦) فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرً۬ا يَرَهُ ۥ (٧) وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ۬ شَرًّ۬ا يَرَهُ ۥ (٨)
بِسۡمِ ٱللهِ ٱلرَّحۡمَـٰنِ ٱلرَّحِيمِ
إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا (١) وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا (٢) وَقَالَ ٱلۡإِنسَـٰنُ مَا لَهَا (٣) يَوۡمَٮِٕذٍ۬ تُحَدِّثُ أَخۡبَارَهَا (٤) بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا (٥) يَوۡمَٮِٕذٍ۬ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتً۬ا لِّيُرَوۡاْ أَعۡمَـٰلَهُمۡ (٦) فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرً۬ا يَرَهُ ۥ (٧) وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ۬ شَرًّ۬ا يَرَهُ ۥ (٨)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.