Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Fəth surəsinin Azərbaycan dilində ərəbcə oxunuşu və tərcüməsi

Fəth surəsinin Azərbaycan dilində ərəbcə oxunuşu və tərcüməsi
+13
  • 10 yanvar 2024
  • Bölmə: Quran
  • Baxış: 5 306
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?



Diqqət: hansı hərifdən sonra qoşa nöqtə (:) varsa həmin hərif uzaldılamlıdır.


1) İnnə fətəhnə ləkə fəthən mubinə.
2) Liyəğfira ləkəlləhu mə: təqaddəmə min zəmbikə və mə təəxxara və yutimmə ni'mətənu aleykə və yəhdiyəkə siratan mustəqimə.
3) Və yənsurakəlləhu nəsran azizə.
4) Huvəlləzi ənzələs- səkinətə fi qulubul mumininə liyəzdəduu imənən məa imənihim və lilləhi cunudus-səməvati vəl-ərd, və kənəllahu əlimən həkimə.
5) Liyudxiləl mumininə vəl muminəti cənnətin təcri min təhtihəl ənhəru xalidinə fihə və yukəffira ənhum səyyiətihim və kənə zəlikə indəllahi fəuzən azimə.
6) Və yuazzibul munəfiqinə vəl munəfiqati vəl müşrikinə vəl müşrikətiz Zanninə billəhi zannəs səu.i aleyhim dəiratus- səu.i və ğadibəllahu aleyhim və ləanəhum və əaddə ləhum cəhənnəmə və sə:ət məsira.
7) Və liləhi cunudus səməvati vəl ərdi və kənəllahu azizən həkimə.
8) İnnə ərsəlnəkə şəhidən və mubəşşirən və nəzira.
9) Lituminu billəhi və rasulihi və tuazziruhu və tuvaqqiruhu və tusəbbihuhu bukratən və əsilə.
10) İnnəlləzinə yubə:yiu:nəkə innəmə: yubə:yiu:nəllahə yədullahi fouqə əydihim fəmən nəkəsə fəinnəmə yənkusu alə nəfsihi və mən əufə bimə a:hədə aleyhullahə fəsəyu tihi əcran azimə.
11) Səyəqulu ləkəl muxalləfunə minəl ə'rabi şəğalətnə: əmvə:lunə: və əhlu:nə: fəstəğfir lənə: yəqu:lu:nə biəlsinətihim mə ləysə fi: qulu:bihim. Qul fəmən yəmliku ləkum minəllahi şəy'ən in əradə bikum darran əu əradə bikum nəf'am bəl kə:nəllahu bimə: tə'məlu:nə xabi:ra:
12) Bəl zanəntum əllən yənqalibər-rasu:lu vəl-mu'minu:nə ilə: əhli:him əbədəvvə zuyyinə zə:likə fi: qulu:bukum və zanəntum zannəs- səu'i və kuntum qauməm bu:ra:
13) Və məlləm yu'mim billəhi və rasu:lihi fəinnə ə'tədnə: lilkə:firi:nə səi:ra.
14) Və lilləhi mulkus- səmə:və:ti vəl- ərdi. Yəğfiru liməy- yəşə:u və yuazzibu məy-yəşə:u. Və kə:nəllahu ğafurar rahi:mə.

15) Səyəqu:lul muxalləfu:nə izən taləqtum ilə: məğanimə litə' xuzu:hə: zəru:nə: nəttəbi'kum yuri:du:nə əyyubəddilu: kələ:məllah. Qul lən təttəbi'u:nə: kəzə:likum qaləlllahu min qablu. Fəsəyəqu:lu:nə bəl təhsudu:nənə: bəl kə:nu: lə: yəfqahu:nə illə: qali:lə.
16) Qul lil- muxalləfi:nə minəl-ə'rabi sətud'əunə ilə: qaumin uli bəsin şədi:din tuqatilu:nəhum əu yuslimu:n. Fəin tuti:u: yu' tikumullahu əcran həsənə. Və in tətəvəlləu kəmə: təvəlləytum min qablu yuazzibkum azə:bən əli:mə.
17) Ləysə aləl ə'mə: həracuv-vələ: aləl-ə'raci həracuv-vələ: aləl-məri:d hərac. Və mən yuti illəhə və rasu:ləhu yudxilhu cənnə:tin təcri: min təhtihəl - ənhə:r. Və mən yətəvallə yuazzibhu azə:bən əli:mə.
18) Ləqad radiyəllahu anil-mu' mini:nə iz yubə:yiu:nəkə təhtəş-şəcərati fəalimə mə: fi: qulu:bihim fə ənzələs- səki:nətə aləyhim və əsə:bəhum fəthən qari:bə:
19) Və məğanimə kəsi:ratən yə'xuzu:nəhə: və kə:nəllahu azi:zən həki:mə.
20) vəadəkumullahu məğanimə kəsi:ratən tə'xuzu:nəhə: fəaccələ ləkum hə:zihi vəkəffə əydiyən-nə:si ənkum vəlitəku:nə ə:yətən lilmu'mini:nə və yəhdiyəkum siratən mustəqi:mə .
21) Və uxra ləm təqdiru: aləyhə qad əhə:tallahu bihə:. Və kə:nəllahu alə kulli şəy'in qadi:ra
22) Və ləu qatələkumulləzi:nə kəfəru: ləvalləvul ədbə:ra summə lə: yəcidu:nə vəliyyən və lə: nəsi:ra
23) Sunnətəllahil ləti: qad xalət min qablu və lən təcidə lisunnətilləhi təbdi:lə
24) Və huvəlləzi kəffə əydiyəhum ənkum və əydiyəkum ənhum bibətni Məkkətə min bə'di ən əzfərakum aləyhim. Və kə:nəllahu bimə: tə'məlu:nə bəsi:ra
25) Humulləzinə kəfəru: və saddu:kum anil-məscidil-hərami vəl-hədya mə'ku:fən əyyəbluğa məhilləh. Və ləulə: ricə:lun mu'minu:nə və nisə:un mu'minə:tul ləm tə'ləmu:hum təta' u:hum fətusi:bəkum minhum məarratum biğayri ilmil liyudxiləllahu fi: rahmətihi məyyəşə:. Ləu təzəyyəlu: ləazzəbnəl ləzi:nə kəfəru: minhum azə:bən əli:mə.
26) İz cəaləlləzi:nə kəfəru: fi: qulu:bihimul həmiyyətə həmiyyətəl- cə:hiliyyəti fə ənzələllahu səki:nətəhu alə rasu:lihi və aləl mu'mini:nə və əlzəməhum kəlimətət təqva və kə:nu: əhəqqa bihə: və əhlihə:. Və kə:nəllahu bikulli şəy'in ali:mə
27) Ləqad sadəqallahu rasu:ləhur ru'yə: bilhəqqi lətədxulunnəl məscidəl həra:mi inşə: Əllahu ə:mini:nə muhəlliqi:nə ru' u:səkum və muqassiri:nə lə: təxa:fu:nə. Fəalimə mə: ləm tə'ləmu: fəcəalə mindu:ni zə:likə fəthən qari:bə
28) Huvəlləzi: ərsələ rasu:ləhu bilhudə: və dinil həqqi liyuzhirahu: aləd-dini kullih. Və kəfə: billəhi şəhi:də
29) Muhəmmədun rasu:lullahi vəlləzi:nə məahu əşiddə:u aləl kuffə:ri ruhəmə:u bəynəhum. Təra:hum rukkəən succədən yəbtəğu:nə fədlən minəllahi və ridvə:nən si:mə:hum fi: vucu:hihim min əsəris sucu:d. Zə:likə məsəluhum fit Toura:ti və məsəluhum fil İnci:li kəzər'in əxracə şət əhu fə ə:zərahu fəstəğləza fəstəva alə: su:qihi yu'cibuz zurra:ə liyəği:za bihimul kuffə:r. Vəadəllahul ləzi:nə ə:mənu: və amilus-salihə:ti minhum məğfiratən və əcran azi:mə.

Azərbaycan dilində tərcümə.
1
Həqiqətən, Biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik ki,
2
Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin
3
Və Allah sənə şanlı bir zəfər bəxş etsin.
4
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
5
(Bütün) bunlar Allahın mömin kişiləri və mömin qadınları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil etməsi və onların günahlarının üstünü örtməsi üçündür. Bu, Allah dərgahında böyük bir uğurdur!
6
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
7
Göylərin və yerin orduları Allaha məxsusdur. Allah qüdrətlidir, hikmət sahibidir.
8
Şübhəsiz ki, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir peyğəmbər olaraq göndərdik ki,
9
Allaha və Rəsuluna iman gətirəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
10
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh müqaviləsinə və bu əsnada edilən beyətə işarə edir. Beyət əsnasında əllər üst-üstə qoyulduğu üçün Allah-Təala: “Allahın əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlmanların əslində Allaha beyət etdiklərini vurğulamışdır. )
11
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlblərində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
12
Əksinə, siz Peyğəmbərin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlblərinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.
13
Kim Allaha və Onun Peyğəmbərinə iman gətirməzsə, bilsin ki, Biz kafirlər üçün alovlu bir od hazırlamışıq.
14
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir.
15
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla birlikdə Xeybər səfərinə çıxmış və oranı fəth etmişdi. Bu fəth əsnasında müsəlmanlar çoxlu qənimət əldə etmişdilər. Bu səfərdə iştirak etməyənlər də qənimətdən pay almaq istəyirdilər. Ancaq onlara qənimət verilməyəcəyinə hökm olunmuşdu. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
16
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
17
(Döyüşə getmədiklərinə görə) kora, topala və xəstəyə günah yoxdur. Kim Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kim də üz döndərərsə, Allah ona acı bir əzab verəcəkdir.
18
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
19
Həmçinin Allah onları əldə edəcəkləri bir çox qənimətlərlə mükafatlandırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir.
20
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Bunu (Hüdeybiyyə müqaviləsini) sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlər üçün (zəfərə) işarə olsun və sizi doğru yola yönəltsin.
21
Hələ əldə etmədiyiniz başqa qənimətlər də vardır ki, Allah onları elmi ilə əhatə etmişdir. Allah hər şeyə qadirdir.
22
Əgər kafirlər sizinlə döyüşsəydilər, arxalarını çevirib qaçacaqdılar. Sonra onlar nə bir dost, nə də bir yardımçı tapa biləcəkdilər.
23
Bu, Allahın əzəldən qoyduğu qanunudur. Allahın qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən.
24
Onlara qarşı sizə zəfər bəxş etdikdən sonra Məkkənin yaxınlığında (Hüdeybiyyədə) onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Odur. Allah sizin etdiklərinizi görür.
25
Onlar kafir olub sizin Məscidi-haramı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan kafir olanlara acı bir əzab verərdik. (Hüdeybiyyədə qüreyşlilər müsəlmanların Məkkəyə girmələrinə, Məscidi-haramı ziyarət etmələrinə və gətirdikləri qurbanlıq heyvanları Minada kəsmələrinə mane olmuşdular. Bundan sonra müsəlmanlara döyüş izni verilməməsinin səbəbi də Məkkədə müsəlman olduqlarını gizli saxlayanların olması idi. Həmin müsəlmanlar Qüreyş kafirlərindən seçilmədikləri üçün Məkkənin fəthi təxirə salınmışdı.)
26
Kafirlər öz qəlblərinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah Peyğəmbərinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
27
Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmadan əvvəl röyasında özünün və səhabələrin əmin-amanlıq içində başlarını qırxdıraraq Məkkəyə girdiklərini görmüş və bunu səhabələrə bildirmişdi. Onlar da buna çox sevinmişdilər. Lakin Məkkəyə girə bilməyib Hüdeybiyyədən geri qayıtdıqları zaman buna çox kədərlənmişdilər. Ancaq bunda bir hikmətin olduğu bildirilmiş və Məkkənin fəthinin mütləq gerçəkləşəcəyi ifadə edilərək daha əvvəlki Xeybər fəthi xatırladılmışdır.)
28
Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər!
29
Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.