Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Adiyat Surəsinin ərəbcə oxunuşu və tərcüməsi (Qaçan atlar)

Adiyat Surəsinin ərəbcə oxunuşu və tərcüməsi (Qaçan atlar)
+1
  • 21 dekabr 2024
  • Bölmə: Quran
  • Baxış: 229
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Qeyd. Oxunuşda qoşa nöqtədən əvvəl olan saitlər uzaldılmalıdır.


Əl-Adiyat surəsi, 100-cü surə
Bismilləhir-rahmə:nir-rahi:m.

1. Vəl adiyə:ti dabhə.
1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

2. Fəl mu:riyə:ti qadhə.
2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

3. Fəl muği:ra:ti subhə.
3. And olsun sübh çağı hücum edən atlara;

4. Fə əsərnə bihi nəq’a.
4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

5. Və vəsətnə bihi cəm’a.
5. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

6. İnnəl insə:nə lirabbihi ləkənu:d.
6. İnsan öz Rəbbinə qarşı çox nankordur.

7. Və innəhu alə zə:likə ləşəhi:d.
7. Və o özü də buna şahiddir.

8. Və innəhu lihubbil xayri ləşədi:d.
8. Həqiqətən, insan var-dövlətə çox hərisdir!


9. Əfələ: yə’ləmu izə: bu’sira mə: filqubu:r.
9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirildilib) çıxarlıcağı;

10. Və hussilə mə: fis sudu:r.
10. Ürəklərdə olanlar faş ediləcəyi zaman
\
11. İnnə rabbəhum bihim yəuməizil ləxabi:r.
11. Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

İmam Sadiq (ə) buyurdu: Bir kəs Adiyat surəsini oxusa, və onu oxumağı davam etdirsə, Allah Qiyamətdə onu Əmirəl-mömininlə (ə) məşhur edər və bir otaqda o Həzrətin həmdəmlərindən olar.

islam peyğəmbəri(s.ə.v.v) buyurdu: Hər kəs Adiyat oxusa, ona müzdəlifədə (məşərul-haramda yer adı) oyaq qalmış və Ərəfatda hazır olmuş kəslərin sayı qədər on həsənə verilər.

Hər kəs ağrıdan, aclıqdan, susuzluqdan, və borcdan xilas olmaq istəyirsə, Həzrət Əlinin (ə) adını sayı qədər, yə‎ni yüz on dəfə bu surəni oxusa, çox faydalıdır.
Və həmçinin ruzinin çoxalması üçün yazıb özündə saxlasın.

Hədisdə deyilir: “Adiyət surəsini bir dəfə oxumaq, Quranın yarısını oxumaq qədər savaba səbəb olar”.
“Adiyət” surəsinin oxunmaq pis gözə qarşıda effektlidir. Ayətəl Kürsi Fələq və Nas surələri qədər təsirlidir.
بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ


وَالْعَادِيَاتِ ضَبْحًا ﴿١﴾

فَالْمُورِيَاتِ قَدْحًا ﴿٢﴾

فَالْمُغِيرَاتِ صُبْحًا ﴿٣﴾

فَأَثَرْنَ بِهِ نَقْعًا ﴿٤﴾

فَوَسَطْنَ بِهِ جَمْعًا ﴿٥﴾

إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ ﴿٦﴾

وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ ﴿٧﴾

وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ ﴿٨﴾

أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ ﴿٩﴾

وَحُصِّلَ مَا فِي الصُّدُورِ ﴿١٠﴾

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ ﴿١١﴾
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.