Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Kafirun surəsi

Kafirun surəsi
+85
  • 08 avqust 2016
  • Bölmə: Quran
  • Baxış: 155 472
  • Şərhlər: 1
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?


Kafirun surəsi (ərəbcə: سوره کافرون) Quranın 109-cu surəsi və Məkkə surələrindən biridir ki, 30-cu cüzdə yerləşib. "Kafirun" surəsi Məkkədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan on səkkizinci surədir.
Bu surə Quranın hazırkı düzülüşündə 109-cu surədir[2] və Quranın 30-cu cüzündə yerləşib. "Əl-Mizan" təfsirinin müəllifi surənin Məkkədə və ya Mədinədə nazil olmasını ixtilaflı məsələ hesab edir, lakin o inanır ki, surəyə hakim olan konteks və nəzmdən onun Məkkədə nazil olması aydın görünür.

Bu surənin "Kafirun" adını daşımasının səbəbi kafirlərdən bəhs etməsidir. Allah bu surədə Peyğəmbərə (s) əmr edir ki, bütpərəstlikdən açıq şəkildə bəraət (nifrət) etsin və onların dininə meyl etməyəcəyini və onlarla razılaşmayacağını desin. Deyilənə görə, bu surə o zaman nazil oldu ki, bir qrup kafir bir müddət Peyğəmbərin (s) dininə tabe olmalarını və bir müddət də Peyğəmbərin (s) bütpərəstliyə tabe olmasını təklif etdi.

Hədislərdə bu surəni tilavət etməyin fəzilətləri haqqında gəlib ki, əgər yatmazdan əvvəl oxunsa təhlükəsizliyi təmin edər vacib namazlarda oxunsa isə həmin şəxsin, ata-anasının və övladlarının bağışlanmasına səbəb olar.

Bu surəni "Kafirun" adlandırıblar; çünki kafirlər haqqında nazil olub və onlara xitab etməklə başlayıb. Bu surə üçün "İbadət" və "Cəhd" kimi başqa adlar da qeyd edilmişdir. Bu surənin ibadət adlandırılması ona görədir ki, bu surədə "ibadət" sözü və ondan alınan kəlmələr çox işlədilir. Həmçinin "cəhd" inkar mənasındadır və "Kafirun" surəsində Allahın dinini inkar edənlərdən bəhs etdiyi üçün işlədilib

"Kafirun" surəsi 6 ayə, 27 söz və 99 hərfdən ibarətdir. Bu surə Quranın qısa və müfəssəlat (qısa ayələri olan) surələrindəndir. "Kafirun" surəsi Çaharquldan biridir. Yəni "qul" ifadəsi ilə başlayan dörd surədən biridir

Kafirun surəsinin tərkibi


Allah "Kafirun" surəsində öz elçisinə bütpərəstlikdən açıq şəkildə bəraət (nifrət) etməsini əmr edir və kafirlərin də onun dinini qəbul etmədiyindən xəbər verir. Beləliklə, nə Məhəmmədin (s) dini onların qəbul edəcəyi din olur, nə də onların dini Peyğəmbəri (s) cəlb edir. Buna görə də kafirlər Peyğəmbərin (s) onlarla razılaşmasından məyus olmalıdırlar.[

kafirun surəsinin nazil olma səbəbi

Təfsirçilər (o cümlədən, Təbəri, Tusi, Mibədi, Zəməxşəri, Təbərsi və Əbul-Futuh) bu surənin nazil olma səbəbi haqqında yazıblar: "Vəlid ibn Muğeyrə, As ibn Vail, Üməyyə ibn Xələf, Əsvəd ibn Əbdül-Müttəlib və Haris ibn Qeys kimi küfr və zəlalətin başçıları olan Qureyş böyüklərindən bəziləri Peyğəmbərin (s) yanına gələrək ikitərəfli razılaşma təklif etdilər və dedilər ki, bir müddət (bir il) sən bizim dinimizi qəbul et, bütlərimizə və tanrılarımıza ibadət et. Bir müddət (bir il) də biz sənin dinini qəbul edib Allahına ibadət edək. Peyğəmbər (s) onların təklifini qəti şəkildə rədd etdi və bu surə nazil oldu.
Kafirun surəsinin ərəbcə oxunuşu.

1.Bismillahir - rəhmanir - rəhim,
2.Qul ya əyyuhəl kafirun,
3.La ə'budu ma tə'budun,
4.Və la əntum abidunə ma ə'bud,
5. Və la ənə abidun ma əbədtum.
6.Və la əntum abidunə ma ə'bud,
7. Ləkum dinukum vəliyə din.


109 - cu ayə KAFİRUN
Kafirlerden danışarlar. Məkkə dövründə nazil olunmuşdur. 6 ayətdir.

Rəhman və Rahîm (olan) Allah'ın adıyla.
1. Ey Mühəmməd! De ki: "Ey kafirlər!
2. "Mən sizin tapdığlarnızı tapmaram."
3. "Mənim tapdığlarımıda siz tapa bilməzsiz."
4. "Məndə sizin tapdığınıza tapan deyiləm."
5. "Mənim tapdiğma da sizlər tapmaz."
6. "Sizin dininiz sizədir, mənim dinim mənədir."

“Kafirun” surəsinin fəziləti

1- İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Qul ya əyyuhəl kafiriun" və "Qul huvəllahu əhəd" surələrini oxusa, Allah onu, ata-anasını və onların övladlarının hamısını bağışlayar. Əgər o bədbəxtlərdən olmuş olsa, onun adını onların dəftərindən pozub, xoşbəxtlərin dəftərinə yazar, bu dünyada ona səadət bəxş edib, onu şəhid kimi öldürər, və şəhid kimi məşhur edər.
2- Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Kafirun surəsini oxusa, Quranın dörddə birini oxumuş şəxs kimi olar, Şeytanın nökərləri ondan uzaq şirkdən pak, böyük divin qorxusundan amanda qalar.
Cümə günü sübh namazından sonra günəş çıxmazdan əvvəl Kafirun surəsini on dəfə oxu və yüz dəfə bu tərzdə salavat göndər "Əllahummə səlli əla Muhəmmədin ummi və alihi və səlləm", hər hacətin olmuş olsa, hasil olar.


سورة الكافرون (109) ص 603
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ {1} لَا أَعْبُدُ مَا تَعْبُدُونَ {2}
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ {3} وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ {4}
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5} لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (6}
Aftandil Mevludoglu
1 Aftandil Mevludoglu ♥ İstifadəçi ♥ 13 may 2020 19:24
Salam,qalın-incə hərflərə diqətt edilməyib
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.