Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Yuxudan oyanmaq

Yuxudan oyanmaq
+1
  • 08 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 11 799
  • Şərhlər: 1
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Yuxudan oyanmaq


Şeyx Bəhai (r.a.) Şeyx Məhəmməd ibni Yəqub Kuleyninin (r.a.) "Kafi" kitabından nəql etmişdir ki, İmam Cəfəri Sadiq (ə.) buyurmuşdur: "Hər kəs yatan vaxtı "Kəhf" surəsinin sonuncu ayəsini oxuyarsa, niyyət etdiyi hər hansı bir saatda yuxudan oyanar." Şeyx Bəhai (r.a.) buyurmuşdur: "Bu təcrübə olunmuş və haqqında heç bir şübhə olmayan qəribə sirlərdən sayılır."

Ayə belədir: "Qul innəmə ənə bəşərum-mislukum yuha iləyyə ənnəmə iləhukum ilahuvvahidun fəmən kənə yərcu liqa-ə Rabbihi fəlyəaməl amələn salihəvva lə yuşrik biibadəti Rabbihi əhədə."

Gecə namazına oyanmaq üçün dua
İmam Cəfəri Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, gecə namazı üçün oyanmaq istəyən şəxs, yatarkən belə desin:
"Əllahummə la tu'mini məkrəkə və la tunsini zikrəkə və la təc'əlni mə'əl-ğafilin. Əquvu saətə kəza və kəza."
"Kəza və kəza" sözlərinin əvəzinə oyanmaq istədiyi saatı desin.
Bunu dedikdə, Allah Təala onu yuxudan ayıltmaq üçün bir mələk məmur edər.
jale
1 jale ♥ İstifadəçi ♥ 8 avqust 2016 18:20
Cox sagolun, heqiqetende duzdur, kim inanmirsa gece oxusun istediyi vaxta yuxudan oyanacaq, buna shubhe olada bilmez.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.