"Ey qılınclar doğrayın məni" yanlış sözdür
- 07 avqust 2016
- Bölmə: Mübahisəli məsələlərə cavab
- Baxış: 3 435
- Şərhlər: 0
- Müəllif: movlan
Bismilləh. Bir suala cavab.
İmam Hüseyn ( ə ) Ey qılınclar doğrayın məni hədisini demişdirmi?
Həqiqətdə hədis kitablarında belə bir hədis mövcud deyil. Bu kəlmə böyük alimlərin də qeyd etdiyi kimi , bir şairin qələmə aldığı beytdir. Bu Beyt ilə və müəllif haqqında qısa tanış olaq.
..Əgər Muhəmmədin ( s.ə.ə.v ) dini mənim qətlim ilə yaşayacaqsa, ey qılınclar doğrayın məni..
Bu beyt Nuniyyə adlı qəsidədəndir. Müəllifi Kərbəlanın Xusmiyyə qəbiləsindən olan mərhum şiə xətibi , ədibi , şairi Şeyx Muhsin Əbul Həb əl-Kəbirdir. Əsl adı isə Şeyx Muhsin Hairidir. Hicri 1225 -ci ildə dünyaya gəlmiş , 1305 ci ildə vəfat edərək İraqda dəfn edilmişdir.
Bu beytin hədis yox bir şairin İmamın ( ə ) halını vəsf etməsi olduğunu bir çox üləma təsdiq etmişdir. Biz bəzilərindən misal gətirib kifayətlənəcik.
Mərhum Əllamə Seyyid Murtəza Əsgəri -Məalimul Mədrəsəteyn kitabında -3-cü cilddə qeyd edir ki , bu Beyti bir şair İmamın dilindən vəsf edərək deyib.
Ayətullahul uzma Seyyid Sadiq Ruhani ağaya edilən istiftaatda buyurur ki , bu beyt bir şairin kəlməsidir və İmam Hüseynə ( ə ) nisbət edilib.
Mərhum Ayətullahul uzma Seyyid Muhəmməd Şirazi özünün Kəramətuş Şuhəda kitabında qeyd edir ki , bir şair İmamın ( ə ) dilindən halını bəyan edərkən bu beyti qeyd edib.
Həmçinin Ayətullahul uzma Seyyid Təqi Mudərrisi özünün Hudəl Qur'an adlı təfsirində - Ğafir surəsini təfsir edərkən qeyd edir ki , şairlərdən biri bu beyti Seyyiduş Şühəda haqqında yazıb.
Bu siyahını çoxaltmaq olar. Lakin uzunçuluq olmasın deyə bununla kifayətlənirik. Nəticə olaraq - bu formada , cümlədə bir hədis gəlməmişdir. Və bunu hədis kimi demək İmam Hüseynə ( ə ) yalan nisbəti verməkdir. Allah bizi haqqa qovuşanlardan və əməl edənlərdən qərar versin. Möhtaci dua əzizlər.
Bəşir Badkubəi
Vəlhəmdulilləh.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.