Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Maun surəsinin oxunuşu,tərcüməsi,fəziləti və təfsiri.

Maun surəsinin oxunuşu,tərcüməsi,fəziləti və təfsiri.
0
  • 23 fevral 2026
  • Bölmə: Quran
  • Baxış: 1 153
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Maun surəsi Quranın 107-ci surəsidir.
Maun surəsinin ərəbcə oxunuşu.


Bismilləhir-rahmə:nir-rahi:m.
1. Əraəytəlləzi: yukəzzibu biddi:n.
2. Fəzə:likəl ləzi: yədu’ul yəti:m.
3. Vələ: yəhuddu alə: taə:mil miski:n
4. Fə vəylul lil musalli:n
5. Əlləzi:nə hum an salə:tihim sə:hu:n
6. Əlləzi:nə hum yura: u:n.
7. Və yəmnəu:nəl mə:u:n

Maun surəsinin tərcüməsi.


Rəhman və Rəhim Allahın adı ilə!
1.Sorğu-sual gününü durmadan inkar edən adamı gördünmü?
2.O, elə adamdır ki, yetimi kobudluqla qovar.
3.və (başqalarını da) kasıba əl tutmağa həvəsləndirməz.
4. Vay halina namaz qılanların –
5. o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
6. Onlar riyakardırlar
7. və başqalarına ən zəruri məişət vasitələrini verməkdən imtina edirlər.

Maun surəsi haqqında ümumi məlumat.

Maun surəsi (سورة الماعون) və ya Ərəəytəlləzi surəsi Qurani-Kərimin 107-ci və Məkkədə nazil olmuş surələrindəndir. Bu surə Qurani-Kərimin 30-cu cüzündə yerləşir. Adı sonuncu ayədə keçən "Maun" sözündən götürülmüşdür və zəkat və ya faydalı bir şey mənasını verir. Bu surədə qiyamət gününü inkar edənlərin xüsusiyyətlərindən bəhs olunur. Quranda deyilir ki, bu insanlar infaq etməz, namaza səhlənkar yanaşar və riya edərlər.

Bildirilir ki, "Maun" surəsi Əbu Süfyan haqqında nazil olmuşdur. Bu surənin oxunmasına aid bəzi fəzilətlər qeyd edilmişdir. Məsələn, kim "Maun" surəsini işa namazından sonra oxusa, Allah onu bağışlayar və sübh azanına qədər qoruyar.
Maun surəsi 7 ayə, 25 kəlmə və 114 hərfdən ibarətdir. Həcminə görə "Müfəssəlat surələr" (qısa ayələrdən ibarət) qrupuna aiddir.[6]
Maun surəsinin nazilolma səbəbi haqqında deyilir ki, bu surə, Əbu Süfyan barəsində nazil olmuşdur. O, hər gün özünün və dostlarının istifadəsi üçün iki böyük dəvə kəsirdi. Lakin bir gün bir yetim gəlib ondan bir şey istədi. Əbu Süfyan isə onu əsası ilə vuraraq qovdu.[10]

Peyğəmbərdən (s) nəql edilmişdir ki, hər kim Maun surəsini işa namazından sonra oxuyarsa, Allah onu bağışlayar və sübh azanına qədər qoruyar.[11] İmam Sadiqdən (ə) də belə nəql edilmişdir ki, hər kim Maun surəsini əsr namazından sonra oxuyarsa, növbəti günün əsrinə qədər Allahın qoruması altında olar.[12] Digər rəvayətlərdə deyilir ki, Maun surəsinin vacib və müstəhəb namazlarda oxunması insanın namaz və orucunun qəbul olmasına səbəb olar və Allah onun digər əməllərini hesaba çəkməz.[13]

Nazilolma yeri və sırası.


"Maun" surəsi Məkkədə nazil olmuş surələrdən sayılır və nazilolma sırasına görə Peyğəmbərə (s) enən 17-ci surədir. Quranın hazırkı düzülüşündə 107-ci surədir[4] və 30-cu cüzdə yerləşir. Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu surənin həm Məkkədə, həm də Mədinədə nazil olma ehtimalını qeyd etmiş və bəzilərinin onun yarısının Məkkədə, yarısının isə Mədinədə nazil olduğunu söylədiklərini bildirmişdir.[5]

Maun surəsinin təfsiri.


Mǝadı inkar etməyin mənfi təsirləri.
Qurani Kərim surənin əvvəlində ilk olaraq Peyğəmbərə (s) xitabla cəza və mükafat gününü inkar edənlərin pis əməlləri barəsində ona xəbər verǝrǝk gileylənir.
"Sorğu-sual gününü durmadan inkar edən adamı gördünmü?”
(أَرَأَيْتَالَّذِييُكَذِّبُبِالدِّينِ)
Daha sonra sualın cavabını gözləmədən davam edir:
“O, elə adamdır ki, yetimi kobudluqla qovar." "və başqalarını da kasıba əl tutmağa həvəsləndirməz.”

“O, elə adamdır ki, yetimi kobudluqla qovar." "və başqalarını da kasıba əl tutmağa həvəsləndirməz.”

Ayədəki "din” sözü cəza və mükafat gününü bildirir. İnsanın belə bir məhkəmə gününü inkar etməsi onun əməllərində ciddi təsirə malikdir. Bu surədə həmin mənfi təsirlərin bəzisinə işarə olunmuşdur: Yetimləri qəzəblə aşağılanmış şəkildə qapıdan qovmaq, başqalarını yetim və miskinləri doyurmaq işinə təşviq etməkdən boyun qaçırmaq, yəni nə özü bu gözəl əməli yerinə yetirir, nə də başqaları üçün belə bir şərait yaratmır.

Bəzi təfsirçilərin dediklərinəəsasən, burada “din” sözünün mənası Qurani-Kərim və ya İslam dininin tam özüdür. Amma birinci məna və açıqlama daha uyğun və münasibdir. Buna bənzər aşağıdakı ayələri misal göstərmək olar:
كَلَّابَلْتُكَذِّبُونَبِالدِّينِ
"Xeyr! Elə deyil (siz düşündüyünüz kimi deyil). Siz Qiyamət gününü yalan hesab edirsiniz!"
فَمَايُكَذِّبُكَبَعْدُبالدِّينِ
"Bütün bunlardan sonra haqq-hesab gününü inkar etməyinə nə səbəb oldu?"

Amma ümumi məzmundan başa düşülən budur ki, buradakı “din" sözünün mənası cəza və mükafat günləridir.
Ayədəki (yǝdu-u) feili qəzəbli şəkildə sürgün etmək və qovmaq mənasındadır.
Üçüncü ayədəki (yǝhuzzu) "həzzə" söz kökündən olub, digərlərini bir işdən uzaqlaşdırmaq, çəkindirmək mənalarındadır. Rağib İsfahani “Müfrədat” kitabında yazır: “Həss” sözü hansısa əmələ təşviq mənasındadır. Amma “həzzə” belə deyil.
(yəhuzzu) və (yǝdu-u) indiki davamlı feillərindən belə başa düşülür ki, yetimlərə olan bu münasibət davamlıdır.
Burada bir məsələyə də diqqət yönəltmək lazımdır ki, yetimlərin daim yeməkdən daha çox insani nəvaziş və qayğıya ehtiyacları vardır. Çünki yetimlər daha çox qayğı baxımından mənəvi aclıq yaşayırlar. Onların ən başlıca çətinlikləri məhz bu mövzudadır. Bədənin doyurulması isə onlar üçün daim ikinci mərhələdə durur.
Amma yenə də bu ayələrdəən xeyir və saleh əməl sayılan yetimlərin doyurulması məsələsi ilə qarşılaşırıq. Hətta bunu da qeyd edir ki, əgər özün verə bilmirsənsə, digərlərinə bu işdə mane olma və başqalarını çalış bu işə təşviq et!

Ayədəki (fəzalikə) sözü (burada “fa” hərfi səbəb bildirən ǝdatdır) belə bir məsələyə işarədir: Ölümdən sonrakı həyata və Qiyamət gününə inamsızlıq insanın əməllərində azğınlığa düşməsinə səbəb olur. Yəni insanın törətdiyi bütün cinayətlərin yeganə səbəbi onun məada inancının olmamasındandır. Bu, həqiqətən, belədir. Allaha, cəza və mükafat gününə, böyük ədalət məhkəməsinə, hesab-kitab saatlarına qəlbinin dərinliklərindən gələn imanla inanan insanların əməllərində bütün bu müsbət təsirləri müşahidə etməkdəyik. İnsanın məada olan etiqadı dərhal onun əməllərində nəticəsini büruzə verir. Eyni zamanda bunun əksi də belədir. İmansız və inamsız insanların əməllərində müxtəlif növ cinayətlərin olması aşkar görünməkdədir.
Bu dəstənin üçüncü vəsfində buyurulur: فَوَيْلٌلِّلْمُصَلِّينَ
Vay halına namaz qilanların“
"o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.

Ayədəki "" (sahun) sözü “səhv” kəlməsindən alınmış və insanın qafillikdən etdiyi səhv və xətaya deyilir. Burada artıq səhv və xətanın baş verməsində kimin təqsirkar olması önəmli deyil. Əlbəttə, bilmədən baş verən xəta bağışlanan və üzrlü, qəsdən edilən xətalar isə bağışlanmazdır.

Diqqət edək: Ayədə “namazlarında səhf edənlər” deyilmir, namazı ümumiyyətlə köklü şəkildə inkar edənlər deyilir. Yəni Qurani-Kərim namaza yanaşmada köklü düşüncə xətasının olduğunu çatdırır. Əks- halda, namazda səhv etmək hamı üçün olan bir işdir.
Hansısa üzrlü səbəbdən insanın namazı unutması mümkündür. Əlbəttə, bu, onun üçün ciddi qüsur sayıla bilər. Amma ümumiyyətlə, bütün namazları unutmaq və ya əhəmiyyətsiz saymaq ciddi əqidə boşluğundan xəbər verir. Yəni həmin şəxsin namaza inamı yoxdur, 366 sadəcə, insanların qınağından ehtiyat edib bir neçə dəfə camaatla birgə olanda namaz qılmışdır.
(sahun) sözünün izahı barəsində yuxarıda dediklərimizdən savayı sair təfsirçilərin də önəmli rəyləri mövcuddur. Onların bir neçəsini aşağıda qeyd edirik:
Namazı fəzilətli və ilk vaxtından geri atmaq, müştərək vaxtda qılmaq,
Məqsəd münafiqlərdir. Hansı ki nə namaz qılmağın savab olmasına inanır, nə də qılmadıqda bunun üçün cəzalanacağına imanı var.
- Namazlarında riyakarlıq edənlər nəzərdə tutulur. (Əlbəttə, bu təfsir ayənin məzmunu ilə uyğun deyildir.)
- Əlbəttə, bütün bu təfsirlərin sırasında yenə də ilk dediyimiz təfsir daha uyğun və münasibdir.
- Hər halda, namaz vaxtlarını unudan şəxslər "vəyl”ə layiqdirlər. Namazlarını daim unutqanlıqla yad edənlər və namazı, ümumiyyətlə, tərk edənləri hansı aqibət gözləyir?!
- Dördüncü mərhələdə onların ən pis əməllərindən birinə işarə edilǝrǝk buyurulur:
- الَّذِينَهُمْيُرَاؤُونَ
- Onlar riyakardırlar”
Sonuncu mərhələdə buyurulur:
və başqalarına ən zəruri məişət vasitələrini verməkdən imtina edirlər.”
وَيَمْنَعُونَالْمَاعُونَ
Aydın məsələdir ki, riyakarlığın əsas qaynaq nöqtəsi və onun insanda yaranma amili Qiyamət gününə, insanların mükafat və cəza alacaqları saata imanın olmamasıdır. Axı Qiyamət gününə, Allahın xüsusi nəzarəti ilə verilən mükafatlara göz yumub xalqın əlinə və dilinə necə ümid bəsləmək olar? Hansı ağıllı insan belə bir əbədi səadəti gör- məzdən gələrək ötəri və fani olan alqışlara bel bağlayar?

Sonuncu ayədəki (maun) kəlməsi (məən) sözündən alınmış, “cüzi və az miqdar" mənasındadır. Təfsirçilərin rəyinəəsasən, burada bu sözün mənası, “adətən, qonşuların bir-birlərindən aldıqları cüzi məişət və qida məhsulları” mənasındadır. O cümlədən duz, od, su, qab-qaşıq və sair.
Təbii ki, yuxarıda qeyd etdiyimiz az miqdarlı ehtiyacları öz qonşusundan, eləcə də digərlərindən əsirgəyən şəxs simic, paxıl və imansızdır. Bu kimi insanlar o qədər paxıl və simicdirlər ki, kiçik bir şeyi, hətta borc olsa belə, verməyə çətinlik çəkirlər. Amma onlar bilməlidirlər ki, onların nəzərində olan bu kiçik əşya digərlərinin böyük ehtiyaclarını həll edə bilər. Belə kiçik ehtiyacların ödənilməsində çətinlik çəkənlər camaatın ümumi yaşayışı üçün bir sıra müşküllər yaradırlar.
Bəzi təfsirçilər deyirlər: Burada (maun) sözü zəkat mənasındadır. Çünki adətən, zəkat əsl malla müqayisədə olduqca azdır. Bəzən malın onda biri, bəzən beşdən biri, bəzən isə iyirmidən biridir.
Əlbəttə, zəkatın özündən də çəkinmək, yəni zəkatdan boyun qaçırmaq ən pis xüsusiyyətlərdən biridir. Çünki zəkat ictimaiyyətin iqtisadi problemlərinin həllində ciddi təsirə malikdir.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə “maun” sözünə belə izah verilir:
هُوَالْقَرْضُيُقْرِضُهُ،وَالْمَتَاعُيُعِيرُهُ،وَالْمَعْرُوفُيَصْنَعُهُ
"Maun" başqasına verilən borc, digərlərinə müvəqqəti verilən gündəlik məişət əşyaları və başqaları üçün edilən xeyir əməllərdir." İmamdan (ə) bu məzmunda nəql olunan digər bir hədisdə ravi belə nəql edir: Bir nəfər İmamdan soruşur:- Biz əşyalarımızı bəzi qonşularımıza verdikdə onu sındırıb və ya xarab edib gətirirlər. Olar ki, biz onlara əşyalarımızı verməyək? İmam buyurur:
- Bəli. Müşkülü yoxdur.
- (maun) sözü barəsində digər ehtimallar da verilmişdir: Qurtubi təfsir kitabında bu söz barəsində on bir məna qeyd etmişdir. Əlbəttə, onları məzmun baxımından birləşdirib bir neçə bənddə xülasə etmək olar. Amma əsas məsələ bundan ibarətdir ki, həmin bəndlər yuxarıda qeyd etdiyimiz izahdan xaric deyil. Yəni yeni söz deyilmir.
- "Riyakarlıq” və “maun” sözlərinin izahı bundan ibarətdir ki, Allah üçün ediləcək işi kiçildərək xalq üçün edirlər. Həmçinin xalq üçün olan işdən boyun qaçırırlar. Bu minvalla heç bir haqq öz yerini tutmur.
- Bu mövzunu Böyük İslam Peyğəmbərinin (s) sözü ilə yekunlaşdırırıq:
- القيامة،وَوَكُلَهُإلىنَفْسِهِ،وَمَنْوَكَلَهُمَنْمَنَعَالْمَاعُونَجَارَهُمَنَعَهُاللَّهُ
- إِلىنَفْسِهفَماأَسْوَأَحَالُهُ؟!
- خيرهيوم
- "Zəruri və kiçik əşyaları qonşusundan əsirgəyən adamı Allah Qiyamət günü Öz xeyrindən məhrum edir, özbaşına buraxır. Özbaşına buraxılanın vəziyyəti necə də pis olacaq.”
İncəliklər:

- 1. "Maun" surəsinin xülasəsi.
- Bu kiçik, eyni zamanda geniş və dərin mənalı surədə qeyri-insani sifətlərin toplusu qeyd olunmuşdur. Bu sifətin kimdə olmasından asılı olmayaraq, surə onu imansızlıqda ittiham edir. Bütün bunların ümdə səbəbini isə cəza və mükafat gününə imansızlıqda görür. Yəni Qiyamət və hesab-kitab gününə imanı olmayan şəxslərin riyakarlıq və hər cür qeyri-insani əməllər etməsi mümkündür. O cümlədən yetimlərin təhqir olunması, acları doyurmaqdan boyun qaçırmaq, namazdan qafil olmaq, insanlarla həmkarlıqdan yayınmaq və hətta onlardan mahiyyətcə kiçik əşyaları əsirgəmək kimi halları buna nümunə göstərmək olar. Surədə bu minvalla xalq və Xaliqlə düzgün rabitəsi olmayan paxıl və riyakar insanlar ifşa edilir. Qəlbində iman nuru parlamayan insanlar üçün nə Allahın ona hədiyyə edəcəyi mükafat, nə də verəcəyi dəhşətli əzab düşündürücüdür
- 2. Riya və "mənəm”lik böyük ictimai bəladır
- Hər bir əməlin dəyəri onun failinin düşüncəsi ilə sıx əlaqəlidir. Başqa sözlə desək, İslam dini baxışında hər bir əməlin əsasını onun niyyəti təşkil edir. Əlbəttə, əgər niyyət xalis olarsa.
- İslam dinində istintaq hər şeydən öncə niyyət dəftərindən başlanır. İslam Peyğəmbərindən (s) nəql olunan hədisdən oxuyuruq:
- إِنَّمَاالأَعْمَالُبِالنِّيَاتِ،وَلِكُلِّامْرِئٍمَانَوى
- Hər bir əməlin necəliyi onun niyyətindən asılıdır və buna rəğmən, hər kəsin bəhrəsi niyyəti qədərdir.Hədisdə deyilir: Allah yolunda cihad edənlərin savabını Böyük Allah verəcəkdir. Dünya malı üçün çalışanların niyyətləri necədirsə, bəhrələri də elə olacaqdır. (Hətta dəvənin ayağına bağlanan kiçik ip olsa belə.)

Niyyət özünü daim əməldə göstərir. Allah üçün və ona xatir əməl edənlər niyyətlərini xalis edir, bu yolda möhkəm dayanır və daim çalışır ki, xalq bundan səmərəli istifadə edərək daha çox bəhrələnsin. Amma bunun əksi olaraq, riyakarlıq və mənəm-mənəmlik üçün əməl edənlər daha çox əməlin zahiri bər-bəzəyinə diqqət yetirər, xalqın ondan bəhrələnməsi haqqında düşünməzlər. Yəni bu kimi insanlar üçün ehtiyaclıların nə qədər bəhrələnməsi qətiyyən önəm daşımır.
Riyakarlıq və yalançı təriflərə adət etmiş cəmiyyət Allahdan, gözəl əxlaqdan və mənəvi fəzilətdən uzaq olmaqla yanaşı, gördüyü işlərin nəticəsi də özü kimi kiçikdir. Onların bütün fəaliyyət konsepsiyaları zahirdə böyük görünsə də, kiçik mahiyyətdə xülasələşmişdir. Bu şəkildə formalaşmış ictimaiyyətin necə də acı və dərdli sonluğu var?!
Riyanı məzəmmət edən çox sayda hədislər nəql olunmuşdur. Hətta bəzi hədis və rəvayətlərdə riyakarlığın şirkin növlərindən olduğu bildirilmişdir. Biz aşağıda bu mövzuda təkan verən, qəflətdən oyadan və insanın vücudunu silkələyən üç hədislə kifayətlənirik:
Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir:
سَيَأْتِيعَلَىالنَّاسِزَمَانٌتَحْبَثُفِيهِسَرَائِرُهُمْ،وَتَحْسُنُفِيهِعَلانِيْتُهُمْ،طَمَعاًفِيالدُّنْيالايُرِيدُونَبِهِماعِنْدَرَبِّهِمْ،يَكُونُدِينُهُمْرياءً،لايُخالِطُهُمْخَوْفٌ،يَعُمُّهُمُاللهُفَيَدْعُونَهُدُعاءَالْغَرِيقِفَلَايَسْتَجِيبُلَهُمْ!
بعقاب
“Elə bir zaman gələcək ki, insanların batinləri dünya tamahlarına görə olduqca çirkli olsa da, zahirləri gözəl görünəcəkdir. Bu onların Allahla əlaqələrinin olmadığı zaman baş verəcəkdir. Onların dinini riyakarlıq bəzəyəcək və Allah qorxusu ürəklərində olmayacaqdır. Sonda Allah-taala onları dərdli əzaba düçar edəcəkdir. Bu zaman onlar Allahı bağışlanmaq sədaları ilə çağırsalar da, səsləri eşidilməyəcəkdir." İmam Sadiqin (ə) yaxınlarından olan Zürarəyə buyurduğu hədisdən oxuyuruq:
مَنْعَمِلَلِلنَّاسِكَانَثَوابُهُعَلَىالنَّاسِيازُرارَةُكُلَّرِيَاءشِرْكَ!
"El gözünə iş görən adamın savabı elin öhdəsindədir. Ey Zürarǝ! Hər bir riya şirkdir!”
Peyğəmbərdən (s) nəql olan digər bir hədis də gəlmişdir:

إِنَّالْمُرَائِيَيُدْعَىيَوْمَالْقِيامَةِبِأَرْبَعَةِأَسْمَاء: ياكافرايافاجِراياغادِرُ! ياخاسراحَبِطَعَمَلُكَ،وَبَطَلَأَجْرُكَ،فَلاخَلاصَلَكَالْيَوْمَ،فَالْتَمِسُأَجْرَكَمِمَّنْكُنْتَتَعْمَلُ
Riyakar şəxs Qiyamət günündə dörd sifətlə çağırılar; Ey Kafir! ey Facir! ey Hiyləgər! ey Ziyankar! Əməllərin məhv, mükafatın zay oldu. Bu gün artıq heç bir nicat yolun qalmamışdır. Öz mükafatını kimə görəəməl etmisənsə, ondan da istə!”



mənbələr.
1.Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269
2.Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.6, s.316
3.Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269
4.Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.168
5.Təbatəbai, Əl-Mizan, c.20, s.367
6.Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269
10.əkarim Şirazi, Nümunə təfsiri, c.27, s.356
11.Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1415, c.5, s.767
12.Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1415, c.5, s.767
13.Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.126
107-1
أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ ١

107-2
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ

107-3
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ٣

107-4
فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ

107-5
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ

107-6
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ

107-7
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.