Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qureyş surəsinin oxunuşu,tərcüməsi və fəzilətləri.

Qureyş surəsinin oxunuşu,tərcüməsi və fəzilətləri.
+2
  • 29 yanvar 2026
  • Bölmə: Quran
  • Baxış: 1 617
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Qüreyş surəsinin oxunuşu.


Bismilləhir-rahmə:nir-rahi:m.
1. Li i:lə:fi Qurayş.
2. İ:lə:fihim rihlətəş-şitə:i vəs-sayf.
3.Fəl-yə’budu: rabbə hə: zəl bəyt.
4. Əlləzi: ətaməhum min cu:ivvə ə:mənəhum min xauf.


Qüreyş surəsinin tərcüməsi.


1.Qüreyşə asanlaşdırıldığı üçün, (Qüreyş qəbiləsi Kəbənin idarəçiliyinə və təmizliyinə nəzarət etdikləri üçün bütün ərəb qəbilələri tərəfindən böyük hörmət görürdülər. Buna görə də onlar rahat, təhlükəsiz və sərbəst bir şəkildə Taifə, Yəmənə və Şama ticarət səfərləri edə bilirdilər. Burada Allah-Təala, onlara verdiyi bu neməti xatırlatmaqdadır.)
2.Onların qış və yay səyahətləri asanlaşdırıldığı üçün,
3.Onlar bu evin Rəbbinə ibadət etsinlər!
4.O Rəbb ki, onlara aclıqdan sonra yemək, qorxudan sonra əmin-amanlıq verdi.

Qüreyş surəsini haqqında.


Qüreyş surəsi (ərəbcə: سورة قريش) və ya İlaf Quranın 106-cı surəsidir və Məkkədə nazil olan surələrdən biridir. Bu surə Quranın 30-cu cüzündə yerləşir. Sözügedən surəni Qüreyş tayfasının birliyindən bəhs etdiyi üçün Qüreyş və ya "İlaf" adlandırıblar. Surədə Allahın Qüreyş tayfasına verdiyi nemətlər və onların bu nemətlər qarşısında olan vəzifələri izah edilir. Peyğəmbərdən (s) rəvayət olunub ki, hər kəs Qüreyş surəsini oxusa, Allah ona Məscidül-Həramda təvaf edənlərin və orada etikaf saxlayanların sayı qədər on savab yazar.

Bu surə Qüreyş və ya "İlaf" adlandırılmışdır, çünki Qüreyş birliyindən (li ilafi Qürəyş) bəhs edir [1]
Qüreyş surəsi Məkkədə nazil olan surələrdəndir və nazilolma sırasına görə Peyğəmbərə (s) nazil olan 29-cu surədir. Hazırki Quran sırasına görə isə Quranın 106-cı surəsidir2] və 30-cu cüzdə yer alır.
Qüreyş surəsi 4 ayədən, 17 sözdən və 76 hərfdən ibarətdir. Həcminə görə, bu surə qısa surələrdən hesab olunur..[3]

Qüreyş surəsi əvvəldən sona qədər Qüreyş tayfasından bəhs edir və Allahın onlara bəxş etdiyi nemətləri izah edir. Surə bildirir ki, bu birlik və həmrəylik, Kəbə evinin sahibi olan Allaha ibadət əsasında qurulmalıdır. Allah Qüreyş tayfasının aclığını toxluqla, qorxularını isə əmin-amanlıqla dəyişdirmişdir.4]
Surədə Qüreyşin iki ticarət səfərindən məqsəd yayda Şama, qışda isə Yəmənə etdikləri ticarət səfərləridir. Həmçinin Allahın evinə (Kəbə) görə insanlar Qüreyş tayfasına hörmət edirdilər və onların karvanlarına, eləcə də Məkkə şəhərinə hücum etmirdilər...[5]

Təfsir alimləri Fil və Qureyş surələrinin bir surə olduğunu düşünürlər. Bunun səbəbi, bu iki surənin mövzularının bir-birinə çox bağlı olmasıdır. Buna görə də, namazın hər rükətində tam bir surə oxumaq üçün kimsə Qüreyş surəsini seçərsə, hər ikisini birlikdə oxumalıdır[6] . Übəy ibn Kəbin müshəfində də bu iki surə bir surə şəklində yazılmışdı, bu fərqlə ki, bu iki surə arasında "Bismillahir-rəhmanir-rəhim" yazılmamışdı.[7] Əllamə Təbatəbai bu iki surənin bir surə olmasını onların əlaqəsinə əsasən bəzi əhli-sünnə alimlərinə və şiələr arasında məşhur olan fikrə aid etmişdir. Ancaq bu iki surənin bir surə olduğunu sübut edən dəlilləri zəif və əsasız hesab etmişdir. O, rəvayətlərdən istifadə edərək, vacib namazların yalnız bir rükətində "Zuha" və "İnşirah", yaxud "Fil" və "Qüreyş" surələrinin birlikdə oxunmasının icazəli olduğunu bildirmişdir.[8]


Peyğəmbərdən (s) nəql edilmişdir ki, Qüreyş surəsini oxuyan şəxsə, Allah təvaf edən və Məscidül-Həramda etikafta olanların hər birinin sayı qədər on savab yazar.[9]

İmam Sadiqdən (ə) nəql edilmiş bir rəvayətə görə, Qüreyş surəsini çox oxuyan şəxs qiyamət günü Allah tərəfindən cənnət miniklərindən birinə mindirilmiş halda məhşərə gətiriləcək və nur süfrələrinin ətrafında oturacaq.[10]

Bəzi rəvayətlərdə bu surənin xüsusi bir şəkildə oxunmasının müəyyən faydaları qeyd olunmuşdur: Qida zəhərlənməsinin qarşısını almaq və ürək xəstəliklərini müalicə etmək..[11]

mənbələr.
1. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
2.Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.1, s.166
3.Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
4.Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1266-1268
5.Təbatəbai, Əl-Mizan, c.20, s.366
6.Əli Babayi, Bərqozide təfsire nümune, h.ş 1382, c.5, s.599
7.Mərifət, Ət-təmhid, h.q 1415, c.1, s.323
8.Təbatəbai, Əl-Mizan, c.20, s.365
9.Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.827
10.Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.126
11.Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1415, c.5, s.759
Quraysh (106:1)

لِإِيلَـٰفِ قُرَيْشٍ ١

Quraysh (106:2)

إِۦلَـٰفِهِمْ رِحْلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيْفِ ٢

Quraysh (106:3)

فَلْيَعْبُدُوا۟ رَبَّ هَـٰذَا ٱلْبَيْتِ ٣

Quraysh (106:4)

ٱلَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍۢ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ ٤
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.