Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ələm nədir

Ələm nədir
0
Mətndə qrammatik səhv var?
Ələm nədir

İslamın əvvəllərində və hətta ondan əvvəl edilən döyüşlərdə adətən ələmdən istifadə olunardı. Bu ələm o zaman bizim bu gün bayraq adlandırdığımız simvol olmuşdur. Döyüşlərdə ələmi ən igid və şücaətli insanın əlinə verərdilər.

Əmirəl-möminin (ə) buyurduğu hədisdə oxuyuruq: “Həmişə döyüş bayrağını ən şücaətli və qeyrətli insanın əlinə verərdilər. Çünki bu insanlar bayrağı tək qoymazdılar və onu buraxmazdılar”.

Seyid Hüseyn yazır: “Ələmin tarixi çox qədimdir. İslamda və ondan əvvəl ölkələr, şəhərlər və cəmiyyətlər arasında ələm bir adət idi”.



Aşura günü də ələmdən istifadə olunmuşdur. O ələm bugünkü ələmlər kimi olmamışdır. İmam Hüseyn (ə) Aşura günü döyüşün bayrağını qardaşı Həzrət Abbasa (ə) tapşırır. O zaman ki, Abbas qardaşının xidmətinə gəlir, ondan döyüşə getmək üçün icazə alır, İmamın gözündəş yaş axır. İmam (ə) buyurur: “Sən – mənim ələmdarımsan. Əgər sən şəhid olsan, ordum dağılmaq təhlükəsinə məruz qalar”.



Beləliklə deyə bilərik ki, ələm hələ qədim zamanlardan bəri ərəblərin və sonradan müsəlmanların döyüşlərində bayraq rolunu oynamışdır. Ona görə də onu Aşura günü də müşahidə etmişdilər.

Ancaq bu, o demək deyildir ki, ələm başqa simvola malikdir. Xeyr, onun döyüşdəki rolu bayraq simvolu olmuşdur, başqa heç bir xüsusiyyətə malik olmamışdır. Ona görə də bu gün onu müqəddəsləşdirmək doğru deyildir.



Diqqət etmək lazımdır ki, xristianlar xaçı Məsihin çarmıxa çəkilməsinin əlaməti qəbul edərək, insanı paklaşdırma vasitəsi kimi tanıyırlar. Və möminlər bunu nəzərə alaraq, eyni səhvi təkrarlamamalı, ələmə ifrat xüsusiyyətlər verərək, günaha batmamalıdırlar. (Həvzəh)



Əgər hər kim xristianlar kimi bu əqidədə olarsa ki, xaç gəzdirmək kimi, ələm gəzdirmək də insanı günahlardan paklayır – yolunu azmış olar.



Bu haqda Seyyid Hüseyn yazır: “Elm və idrak sahibləri bu əqidədirlər ki, ələmi kənara qoyub, onun yerinə İmam Hüseynin (ə) qara, yaşıl və qırmızı bayrağını götürmək daha məntiqli və münasib əməldir”.



Yəni, bir simvol olaraq, ələmi yaşatmaq bir mövzudur, onu hansısa xüsusi və fövqəladə funksiyalara malik bilmək isə tamamilə səhv yanaşmadır.



/Deyerler.org/
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.