Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
İnsan daima öz Pərvərdigarı ilə rabitədədir. Allah ilə rabitə yaratmaq elə də çətin bir iş deyildir. Allah Peyğəmbərinə (s) belə buyurur: “Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq”. (“Qaf” 16).
Duanın əhəmiyyəti.
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır. İslam təlimlərində ona xüsusi diqqət edilmişdir. Quran həmişə bəndələrinə dua etməyi tövsiyə edir və duaları yerinə yetirəcəyini vəd edir. O, bəndələrin nidasını eşidər və cavab verər. Niyə Onunla münacat etməyək və Ona dua etməyək?! Allah buyurur: “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar». (“Ğafir” 60).
Allahın elə nemətləri və bərəkəti vardır ki, bəndələrinin halına şamil olur. Ancaq şərtləri vardır. Şərtlərdən biri budur ki, Onun qapısına gedib, əlimizi dua üçün açaq. Ruhumuzu pak edək və Ona yaxınlaşaq. Dua sayəsində İlahi rəhmət hasil olar və Onun lütf yağışı yağmağa başlayar. (Tebyan)
Dua etməyin faydaları.
Dua ona görə həmişə diqqət mərkəzində olmuşdur ki, onun çox sayda faydaları vardır. Xüsusilə də Məsumların (ə) duası başdan-başa tərbiyəvi dərsdir. Duanın bəzi faydalarına toxunaq:
1. Mərifət əldə etmək. İmam Əli (ə) 46-cı xütbəsində buyurur: “Allahım! Sən səfərdə bizimlə bir yerdəsən. Vətəndə qalanlarımız üçün isə başçı və gözətçisən. Bu ikisinin cəminə Səndən başqa heç kim malik ola bilməz”.
2. Əxlaqi tərbiyə və mənəvi təkamül. Duanın faydalarından biri də mənəvi təkamül və əxlaqi tərbiyədir. Ərəfə duasında oxuyuruq: “Allahım! Mənim ehtiyacsızlığımı daxilimdə qərar ver”. Xarici ehtiyacsızlıq odur ki, sərvətə və rifaha malik olasan. Ancaq biz daxili ehtiyacsızlıq istəyirik. Bu zaman insanın canı və ruhu doymuş olar. Çünki əks halda əgər bütün dünyanı ona versələr, yenə də doymaz.
3. Təqva. Dua edən bəndə Allahın sonsuz himayəsindən və gücündən istifadə edərək, Onunla rabitəsini möhkəmləndirir. Onun Müqəddəs Zatına yaxınlaşır. İnsan “Kumeyl” duasında bu mənalı sözlərə çatanda deyir: “Allahım, günahlarımı bağışla”. Başa düşür ki, dualarının çoxunun yerinə yetməsinə günahları mane olur. Bu zaman Allahın bəyənmədiyi işlərdən uzaq olmağa çalışır. Qəflət pərdəsini kənara çəkər. Günahın və təqvasızlığın ən mühüm amili qəflətdir. Duanın faydası odur ki, insan qafil olduğu məsələlərə dua vasitəsilə diqqət edir.
4. Günahların bağışlanması. Duaların bəzisi insanlara tövbə yolunu öyrədir. “Kumeyl” duası da bu cür dualardandır. Bu dua bizə tövbə etməyi, nəfsi islah etməyi öyrədir. Həmçinin Həzrət Fatimənin (s.ə) təsbihini namazdan sonra demək bu cür dualardandır. Belə ki, bu haqda gələn hədisdə oxuyuruq: “Hər kim bu duaları və təsbihatı deyərsə, sanki anasından təzə dünyaya gəlmişdir və heç bir günahı yoxdur”. Əlbəttə diqqət etmək lazımdır ki, bu hədisdə haqqun-nas nəzərdə tutulmamışdır.
5. Bəlalar dəf edilər. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Haqq sahibi dua edən zaman Allah yerinə yetirər. Bəlanı ondan uzaq edər”.
6. Daxili rahatlıq tapar. Həyatdakı səylərin səmərə verməməsi bəzən insanı məyus edir. Yerdə qalan enerjisi də tükənər. Yeni düşüncələri silib aparar. Ancaq dua insana ümid verər. Həyatında olan naümidlik buludunu dağıdar. Bu da insana daxili rahatlıq hissi bəxş edər.
Allah Təala bizləri dua əhlindən qərar versin, inşəallah.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.