İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

  • Hüseyin_Aşiqi 09.06.2019
    Yalançı rəvayət (2)
    Hüseyin_Aşiqi-фото
    Çox gözəl idi.Allah Razı olsun sizdən
  • UMUD 09.03.2019
    Şəfa duası (1)
    UMUD-фото
    Salam.Haci Xaver xanimin "Allaha pənah Allaha təvəkkül".adli kitabi var .Mumkun olarsa bu kitabi sayitinizdan yuklemek isterdik.yani PDF formatinda oxumaq ve yuklemek.cox sax olun
  • Mudafeiherem 20.02.2019
    “Aşura mərasimi dini biznesdir ... (1)
    Mudafeiherem-фото
    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hprmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.

    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hörmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.
  • hacixanim49 25.06.2018
    Sorğu suallarınız (17)
    hacixanim49-фото
    sayta qebul etdiyinize gore teshekkur edirem.allah bizi qurani oxuyub derk edenlerden qerar versin hamimizin imanimizi kamil elsin. AMIN INSHSAALLAH
Qədir-Xum bayramı islamda varmı?

Məlum olduğu kimi, İslam dinində 4 bayram var. Bunlar Ramazan bayramı, Qurban bayramı, Qədiri-Xum bayramı və Cümə günləridir. Qədir-Xum günü Nəbi (s.) Həzrət Əli (ə.)-sı xəlifə təyin etdikdən sonra müsəlmanlar hamısı Həzrət Əli (ə.s)-sı təbrik etmiş və bu hadisəni qeyd etmişdirlər. O gündən sonra da hər ilin Qədiri Xum günü Əhli-Beyt (ə.s) və müsəlmanlar bu bayramı qeyd etmişdirlər. Amma nasibilər hər mövzuda olduğu kimi, bu mövzuda da müsəlmanlara müxalifət etmiş və Qədir-Xum bayramının bidət olduğunu iddia etmişdirlər. Nasibilərin azdırıcılarından olan tarixçi Mərqizi bu barədə deyir ki:


عيد الغدير لم يكن عيدا مشروعا ولا عمله أحد من سالف الأمة المقتدى بهم ، وأول ما عرف في الاسلام بالعراق أيام معز الدولة علي بن بويه فإنه أحدثه سنة 352 فاتخذه الشيعة من حينئذ عيدا


Qədir bayramı şəri bir bayram deyil və mütəqaddim sələf imamlarından da heç kəs bu günü bayram kimi qeyd etməmişdir. Bu gün, İslam aləmində ilk əvvəl Muizzuddövlə Əli b. Buveyhin zamanında İraqda bayram kimi tanınıb. Çünki o bu bayramı 352-ci ildə kəşf edib və o vaxtdan bəri Şiə o günü bayram kimi qeyd etməyə başladı.
Mərqizi , “əl-Xitat”, 2/254-255

Eyni iddialar digər nəsibi tarixçiləri Nuveyri və ibn Kəsir (bax: İbni Kəsir, “əl-Bidayə vən-Nihayə”, 15/261) tərəfindən də dilə gətirmişdirlər. Göründüyü kimi, nasibilər Qədir bayramını Buveyhi şahlarından Muizzuddövləyə əsaslandırmaqda və 352-ci ildə onun tərəfindən kəşf edildiyini iddia etməkdədirlər. Həqiqətdə isə Qədir-Xum bayramının Qurban və Ramazan bayramları kimi bir bayram olması Sünnə ilə sabitdir. Ancaq biz burada sünnətdən bu bayramın dəlilini vermək əvəzinə nasibilərin iddialarına cavab verəcəyik.

Göründüyü kimi, nasibilər Qədiri Xum bayramını ilk dəfə 352-ci ildə Buveyhi şahlarından Muizzuddövlənin kəşf etdiyini iddia edirlər. Biz burada inşəallah hicri 352-ci ildən əvvəl vəfat etmiş alimlərin kitablarından Qədiri Xum bayramı haqqındakı hədisləri çatdıracağıq. Baxaq, hicri 352-ci ildə ortaya atıldığı iddia edilən Qədir-Xum bayramı haqqında hicri 352-ci ildən əvvəl vəfat etmiş alimlərin dediyi hədislər ortaya qoyulanda nasibilərin iddiaları nə olacaq.
علي بن إبراهيم، عن أبيه، عن القاسم بن يحيى، عن جده الحسن بن راشد، عن أبي عبدالله (ع) قال: قلت: جعلت فداك للمسلمين عيد غير العيدين؟ قال: نعم يا حسن أعظمهما وأشرفهما، قلت: وأي يوم هو؟ قال: هو يوم نصب أميرالمؤمنين صلوات الله وسلامه عليه فيه علما للناس، قلت: جعلت فداك وما ينبغي لنا أن نصنع فيه؟ قال: تصومه يا حسن وتكثر الصلاة على محمد وآله وتبرء إلى الله ممن ظلمهم فإن الانبياء صلوات الله عليهم كانت تأمر الاوصياء باليوم الذي كان يقام فيه الوصي أن يتخذ عيدا، قال: قلت: فما لمن صامه؟ قال: صيام ستين شهرا، ولا تدع صيام يوم سبع و عشرين من رجب فإنه هو اليوم الذي نزلت فيه النبوة على محمد (صلى الله عليه وآله) وثوابه مثل ستين شهرا لكم
Əli b. İbrahim mənə atasından, o Qasım b. Yəhyadan, o cəddi Həsən b. Rəşiddən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))- a dedim ki: “Sizə qurban olum, Müsəlmanların Ramazan və Qurban bayramından qeyri bayramı varmı?” İmam (ə.s) dedi ki: “Bəli, ey Həsən, onlardan daha böyük və daha şərəfli bayram var”. Dedim ki: “O gün hansı gündür?” Dedi ki: “Həzrəti Əlinin xalqa imam olaraq təyin edildiyi gündür” dedim ki: “Sənə fəda olum, o gündə bizlər nə etməliyik?” Dedi ki: “Ey Həsən, O gündə oruc tutarsan, Məhəmməd və Əhli-beytinə çox salavat gətirərsən və onlara zülm edənlərdən Allaha təbərri edərsən. Çünki bütün peyğəmbərlər xalqa vəsilərini təyin etdikləri günü bayram etmələrini əmr edirdilər”. Dedim ki: “O gündə oruc tutanın savabı nədir”? Dedi ki: “O gündə oruc tutana altmış ay oruc tutanın savabı verilir”.
سهل بن زياد، عن عبدالرحمن بن سالم، عن أبيه قال: سألت أبا عبدالله (ع) هل للمسلمين عيد غير يوم الجمعة والاضحى والفطر؟ قال: نعم أعظمها حرمة قلت، وأي عيد هو جعلت فداك؟ قال: اليوم الذي نصب فيه رسول الله (صلى الله عليه وآله) أمير المؤمنين (عليه السلام) وقال: من كنت مولاه فعلي مولاه، قلت: وأي يوم هو؟ قال: وما تصنع باليوم إن السنة تدور ولكنه يوم ثمانيه عشر من ذي الحجة، فقلت: وما ينبغي لنا أن نفعل في ذلك اليوم؟ قال: تذكرون الله عز ذكره فيه بالصيام والعبادة والذكر لمحمد وآل محمد فإن رسول الله (صلى الله عليه وآله) أوصى أميرالمؤمنين (ع) أن يتخذ ذلك اليوم عيدا وكذلك كانت الانبياء (عليهم السلام) تفعل كانوا يوصون أوصيائهم بذلك فيتخذونه عيدا
Əshabımızdan bir dəstə mənə Səhl b. Ziyaddan, o Əbdürrəhman b. Səlimdən, o da atasından rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))- a belə soruşdum: “Müsəlmanların Cümə, Qurban və Fitrə bayramlarından qeyri bir bayramları varmı?” İmam (ə.s) dedi ki: “Bəli, ehtiramı daha çox olan bir bayram var”. Dedim ki: “Sənə fəda olum, o hansı bayramdır?” İmam (ə.s) dedi ki: “Həzrət Rəsulullahın “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” deyərək Möminlərin Əmiri (imam Əli (ə.s))-ı xəlifə olaraq təyin etdiyi gündür”. Dedim ki: “O gün hansı gündür?” Dedi ki: “Hansı gün olduğunu nə edəcəksən il dəyişir, ancaq o gün Zilhiccə ayının 18-i idi”. Dedim ki: “O gündə nə etməliyik?” Dedi ki: “O gündə oruc tutaraq, ibadət edərək Allahı xatırlayın və Məhəmmədə və Əhli-beytinə salavat gətirin. Çünki Rəsulullah Möminlərin Əmiri (imam Əli (ə.s))– a bu günü bayram etməsini əmr etmişdir. Keçən Peyğəmbərlər (ə.s)- də vəsilərini təyin edəndə o günü bayram etmələrini əmr edərdilər”.
Kuleyni (r.ə), “əl-Kafi”, 4/90, Oruc kitabı, Səfər babları, bab 16, hədis 6610 və 6612
Bu hədislərdən birincisini (Həsən b. Rəşidin imam Cəfər əs-Sadiq (ə.s)-dan olan rəvayətini) Şeyx Səduq (r.ə) “Fəqih”, 2/60, Oruc kitabı, bab 5, hədis 1816-də öz sənədi ilə Həsən b. Raşiddən və yenə “Səvabul-Əməl”, səhifə 74-75–də 2 müxtəlif sənəd ilə Həsən b. Raşiddən və o da imam Cəfər əs-Sadiq (ə.s)-dan; Şeyx Tusi (r.ə) “Təhzib”, 4/325–də Kuleyni (r.ə)-dan nəqlən rəvayət etmişdir ki, bu da bütövlükdə hədisin 3 sənədi (Kuleyninin 1 sənədi + Səduqun “Fəqih” və “Səvabul-Əməl” kitablarındakı 1 sənədi + Səduqun “Səvabul-Əməl” kitabındakı 1 sənədi) olduğu deməkdir. Sənədlərin səhihliyinə gəlincə, Səduq (r.ə)-ın “Səvabul-Əməl” kitabındakı 1 sənədi zəifdir, çünki bu sənəddə Əli b. Süleyman b. Yusif adlı ravi naməlumdur. Kuleyni (r.ə)-ın “əl-Kafi” –dəki sənədi isə səhihdir.
Sonuncu 3-cü yəni Şeyx Səduq (r.ə)-ın “Fəqih” və “Səvabul-Əməl” kitablarındakı sənədə gəlincə, bu sənəd də müttəsil (kəsintisiz)-dir və sənəddə olan bütün ravilər siqa (etibarlı)-dırlar. Yəni bu hədis Qasım b. Yəhya adlı sənəddən etibarən 3 fərqli sənəd ilə gəlir. Bunlardan ikisi (“əl-Kafi” -dəki 1 sənəd və “Fəqih” ilə “Səvabul-Əməl” kitablarındakı 1 sənəd) səhih, biri (“Səvabul-Əməl” –dəki 1 sənəd) isə zəifdir.

2-ci (Əbdürrəhman b. Səlimin atasından olan) hədis isə zəifdir. Çünki hədisin sənədində qırmızı ilə işarə etdiyim və cərh edilmiş bir ravi olan Səhl b. Ziyad vardır. Amma yuxarıda dediyimiz Həsən b. Raşid hədisi ilə bu hədisin mətni eynidir. Həsən b. Rəşidin hədisi də səhih olduğundan bu hədisin şahididir və buna əsasən bu hədisin də mətni mötəbərdir.

Məsələni uzatmamaq üçün Qədir-Xum bayramı haqqında mövcud olan digər hədis və rəvayətləri bölüşmürük. Dediyimiz 2 hədisi isə Kuleyni, Səduq və Tusi (r.ə) rəvayət etmişdirlər. Bu 3 hədis alimlərindən Kuleyni, hicrətin 329-cu ilində vəfat etmişdir. Nasibilərin isə Qədir-Xum bayramını Buveyhi şahlarından Muizzuddövlənin hicri 352-ci ildə ortaya atdığını idda edirlər. Bəs o zaman 329-cu ildə vəfat edən Kuleyni (r.ə) 352-ci ildə, yəni ölümündən 23 il sonra “ortaya çıxmış” bir bayramı necə rəvayət edir?

Bütün müsəlman qardaşlarımızın bayramını təbrik edirik, Rəbbim bizləri həqiqi İslam dini olan Əhli-Beyt (ə.s) vilayətindən ayırmasın.

Oxşar xəbərlər
Təbliğ ayəsi
Təbliğ ayəsi / آية التبليغ BİSMİLLAHİR RƏHMANİR RƏHİM HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ Əziz qardaşlarımız Qurani-Kərim işığında Əhli-Beytin (ə.s) vilayətinin dəlillərini sizə təqdim etməyə

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?
Bu barədə sünni və şiə məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, aşura günündə oruc tutmaq sünnətdir. Özü də bu zaman yalnız aşura günü deyil, ya mühərrəm ayının 9-u və 10-u, ya 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u,

Azan və İqamədə "Əliyyən Vəliyullah" demək olarmı ?
Əhli şiəyə bidət əhli deyən əsl əhli bidətə cavab Söhbət azanda bidətdən gedir. Hz Əlinin (ə) adını azanda işlətməyə bidət deyən nadanlar bilsinlər ki, bu bidət deyil, bunu səhabələr də deyib, peygəmbər də bunu yaxşı bir şey adlandırıb. Biz də

Novruz keçirmək olarmı?
Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi? Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan

Qədir Xum bayramının əməlləri
Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”. İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



       
      Cəmi istifadəçilər: 2
      Qonaqlar: 2

      Online İstifadəçilər: 
      ---

       Saytda olmuş ən son 20 nəfər: 
      ---