Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri.

İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri.
+1
Mətndə qrammatik səhv var?
İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri.


Şəfa verən, qorxudan saxlayan, malı qoruyan – İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri.

İmam Sadiq (ə) buyurur: “Hüseynin (ə) qəbrinin torpağında hər dərdin şəfası vardır və o, böyük dərmandır”.

İmam Rza (ə) buyurur: “Hər bir torpaq - murdar, qan və Allahın adı çəkilməmiş kəsilmiş heyvan kimi (yeyilməsi) haramdır. İmam Hüseyn (ə) qəbrinin torpağından savayı ki, hər dərdin dərmanıdır”.

İmam Sadiq (ə) buyurur: “Hüseynin (ə) türbətinə səcdə etmək yeddiqatlı pərdələri kənara çəkər”.

İmam Sadiq (ə) buyurur: “Hüseyn (ə) qəbrinin torpağında şəfa vardır, hətta əgər milin ucu qədər olsa belə”.

İmam Sadiq (ə) buyurur: “Övladlarınızın ağzına İmam Hüseynin (ə) türbəti vurun ki, bu türbət amandır”.

İmam Sadiq (ə) buyurur: “Hər kimə xəstəlik hakim olar, hər bir dərmanı içməzdən əvvəl İmam Hüseyn (ə) qəbrinin türbətini yesin. Mənnan Allah ona həmin xəstəlikdən şəfa verəcəkdir, məgər ölümdən başqa”.

İmam Rza (ə) buyurur: “İmam Hüseyn (ə) türbəti Allahın izni ilə malın qorunmasına səbəb olar”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman sultan və ya hakimdən qorxun olsa, ya başqa bir qorxun olsa evindən bayıra çıx və Hüseyn (ə) türbəti yanında olsun. Onu götür və de: “Allahım, bu, Sənin vəlin və vəlinin oğlu olan Hüseynin (ə) qəbrinin türbətidir ki, qorxduğum şeydən məni qoruması üçün onu götürmüşəm””.

İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) türbəti – dərdin şəfasıdır. Üç halda türbət fasid olur və təsirini itirir:

a) Türbətə qarışan şey şübhəli və ya çirkli olarsa.

b) Türbəti istifadə edən türbətin şəfa verməsinə inanmazsa və ya şübhəli olarsa.

c) Şeytan və ya əcinnə ona toxunar və onu fasid edər”.

Ona görə də türbətin sağlam qalması üçün onu gizlətmək lazımdır və ona Allahın adlarını çoxlu oxumaq lazımdır.

İmam Sadiq (ə) buyurur: “Hər kim Qiyamət günü nur süfrəsində əyləşmək istəyirsə, gərək Hüseyn ibn Əlinin (ə) zəvvarı olsun”.

İmam Sadiq (ə) buyurur: “Mənnan Allah hər səhər və axşam Hüseyn (ə) zəvvarına behişt yeməyindən nazil edər və onlara xidmət edənlər mələklərdirlər. Allah bəndələrindən heç bir kəs Allah Təaladan elə dünya və axirət hacəti istəməyib, məgər o halda ki, Allah ona əta etmiş olsun”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Peyğəmbərin (s), Həzrət Fatimənin (s.ə) və Əlinin (ə) qonşusu olmaq istəyirsə, Hüseyn ibn Əlini (ə) ziyarət etməyi tərk etməsin”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Hüseyni (ə) Aşura günü ziyarət edər, o kəs kimi olar ki, Həzrətin qarşısında qanına qəltan olmuşdur”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.