Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əli Əsğər ağanın qəbri

Əli Əsğər ağanın qəbri
0
Mətndə qrammatik səhv var?
Əli Əsğər ağanın qəbri

Kərbəla zəvvarlarından bir dəstəsi böyük alim Seyid Mürtəza Kəşmirnin (r.ə) görüşünə gedirlər. Görüşdə onlar alimdən həzrət Əli Əsğərin (ə) qəbrinin harada yerləşdiyini soruşurlar. Alim bu sualı eşidəndə göz yaşlarını saxlaya bilmir, çoxlu ağlayır və deyir ki, bilmirəm. Səhər sübh vaxtı gəlin, sizə qaneedici cavab tapım. Həmin gecə alim yuxuda həzrət Seyyidüş-şühədanı (ə) görür. İmam (ə) ona buyurur: Seyid Mürtəza! Nə üçün zəvvarlara cavab vermədin? Seyid deyir: Ya Əba Əbdillah! Mən onlara nə deyəydim?! O əzizin qəbrinin harada olmasını bilmirəm. İmam Hüseyn (ə) buyurdu: Bil! Və onlara de! Əzizimin cənazəsi mənim sinəmin üstündədir.

Qaynaq: “Məqtəli Şeyxur-rəis” (Şahkari afərineş), səh. 263. (“Məqtəli Came”dən nəql etməklə: c. 1, səh. 450)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.