Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Can alan və sorğu-sual edən mələklər

Can alan və sorğu-sual edən mələklər
0
  • 26 sentyabr 2016
  • Bölmə: Quran
  • Baxış: 10 800
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Can alan və sorğu-sual edən mələklər


Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir.

Uca Allah buyurur:
“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11).

Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar insana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı əməl sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər.

Uca Allah buyurur:
“Nəhayət, sizlərdənbirinə ölüm gəldiyi zaman elçilərimiz mələklər onun canını alırlar və heç bir səhvə yol vermirlər” (əl-Ənam, 61).

Qəbirdə insanı sorğu-sual edən Münkər və Nəkir adlı iki mələk vardır. Bu mələklərin görkəmi və qəbirdəki insanları sorğu-suala tutmaları barədə bir çox səhih hədislər vardır. Peyğəmbər demişdir: “İnsan dəfn olunduqda yanına rəngi qara və göy olan iki mələk gəlir. Birinə Münkər, digərinə isə Nəkir deyirlər. Onlar qəbirdəkindən soruşurlar: “Bu kişi haqqında nə deyirdin?” Mömin bəndə deyir: “Şəhadət verirəm ki, Allahdan başqa haqq tanrı yoxdur və Muhəmməd onun qulu və elçisidir.” Onlar: “Bilirdik ki, belə deyəcəksən”– deyir, sonra da həmin şəxsin qəbri yetmiş arşının yetmiş arşına nisbətində genişləndirilər. Münafiq (ikiüzlü) olan kəs isə deyir: “Bilmirəm, insanlar nə deyirdilərsə, mən də onu deyirdim.” Onlar da ona: “Bilirdik ki, belə deyəcəksən”– deyir, sonra da yerə: “Sıxıl”– deyə buyurur və yer elə sıxılır ki, həmin şəxsin qabırğaları bir-birinə keçir. Allah insanları dirildənədək o, bu vəziyyətdə əzab çəkir.”
Hər bir müsəlman səhih hədislərdə göstərildiyi kimi, bu iki mələyə, onların adlarına, vəsflərinə, sorğu-sual etmələrinə, qəbirdə nemət və əzabın olmasına iman gətirməlidir.
Əməlisaleh mömin insanlar qəbirdə nemətlər içində olacaq, günahkar kafirlərə isə qəbirdə əzab veriləcək.

Uca Allah buyurur:
“Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (İbrahim, 27).
Uca Allah qəbirdə sorğu-sual olunan möminləri sabitqədəm edir və bunun ardından onlara nemətlər verilir. Peyğəmbər demişdir: “Mömin bəndə qəbirə qoyulduqda onun yanına iki mələk gəlir və mömin: “Şəhadət verirəm ki, Allahdan başqa haqq tanrı yoxdur və Muhəmməd Onun elçisidir”– deyir. Bu da Rəbbimizin: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar” ayəsinin təsdiqidir.” (Səhih əl-Buxari, 1369).
Peyğəmbər Uhud döyüşündə şəhid olanlar barəsində belə demişdir: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda sonra Allah onların ruhunu yaşıl quşlarını içinə yerləşdirdi, onlar da Cənnətin çaylarına geir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşən qızıl çıraqlara qonurlar.”

Qəbir əzabı barəsində isə Uca Allah buyurur:
“Allah Musanı onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!” (əl-Ğafir, 45-46).
Bu ayədə Firon nəslinin oda salınmasının qəbirdə baş verəcəyi bildirilir. Həmçinin, Peyğəmbər qəbir əzabı haqqında belə demişdir: “Biriniz öldükdən sonra səhər-axşam ona yeri göstərilir. Cənnət əhlindəndirsə, Cənnət, Cəhənnəm əhlindəndirsə, Cəhənnəm. Sonra ona deyilir: “Qiyamət günü Allah səni dirildənədək bu sənin qalacağın yer olacaq.”
Peyğəmbər demişdir: “Ölülərinizi dəfn edəsi olmasaydınız, Allaha dua edərdim ki, qəbir əzabını sizlərə eşitdirsin.” (Səhih Muslim, 2868).

Qəbirdəki nemətlər və əzab həm ruha, həm də bədənə veriləcəkdir. Ruh bədənlə birlikdə bütün nemət və əzabları dadacaqdır. Ola bilsin ki, bəzən yalnız ruha nemət və ya əzab verilsin.
Peyğəmbər demişdir: “Bəndə qəbirə qoyulduğu və yoldaşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və həmin anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: “Bu Muhəmməd deyilən adam haqqında nə deyə bilərsən?” Mömin: “Mən şahidlik edirəm ki, Muhəmməd Allahın qulu və elçisidir”– deyə cavab verir. Onda ona deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sənə Cənnətdə bir yer verdi.” O adam hər iki yerini görür. Münafiqə və kafirə gəlincə, ondan da: “Bu Muhəmməd deyilən adam haqqında nə deyə bilərsən?”– deyə soruşurlar. O: “Bilmirəm, mən insanların dediyini deyirdim.” Onda ona deyilir: “Sən haqqı başa düşməmisən və Quran oxumamısan!” Bundan sonra dəmir çəkiclə ona bir zərbə vurulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, ətrafdakıların hamısı onun səsini eşidir.”
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.