Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
0
Mətndə qrammatik səhv var?
İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat

On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.
Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir. Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.
Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

İmam Sadiq (ə) buyurur: “Qaim (ə.f) Ramazan ayının 23-də çatsın. Qələt dənizində qərq olarsa, (şərəli) adı ilə nida olunacaq və Hüseyn ibni Əlinin (ə) öldürüldüyü həm dünyada və həm də axirətdə zi- Aşura günündə qiyam edəcəkdir”- yana uğrayar. Başqa bir hədisdə isə oxuyuruq ki, Həzrət Qaim (ə.f) Aşura günü İmam Əli (ə) buyurur: “Allah Təala şənbə gününün səhəri zühur edəcək, günəş çıxandan sonra İbrahim Allahı yada salmağı qəlblərin səfa (ə) məqamının arxasında iki rükət namaz qılacaq, rüknlə məqamın mənbəyi qərar vermişdir. Allahı yada arasında dayanıb ilk xütbəsini dünya insanlarına çatdıracaqdır. salmaq qulağın ağırlığını, gözün Özünü tanıdandan sonra insanları beyət etməyə dəvət edəcəkdir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.