Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cəsədi ətir iyi verən alim

Cəsədi ətir iyi verən alim
-1
Mətndə qrammatik səhv var?
Cəsədi ətir iyi verən alim

"Şeyx Əhməd Nəraqi ağa zahid,təqvalı bir şəxs kimi şöhrət qazanmış və gözəl əxlaqı dillər əzbəri olmuşdur.
Onun üçün fəzilət olaraq sadəcə bunu qeyd etmək kifayətdir ki, Şeyx Mürtəza Ənsarinin ustadı olmuşdur. Şeyx Ənsari haqqında da nə fəzilət danışsağ bəlkədə yenə azdır.
Ayətullah Əhməd Nəraqi ağa İranın Kaşan şəhəri və onun ətrafında yayılan vəba epidemiyası nəticəsində 1345-ci- hicri - qəməri ilində Nəraq şəhərində dünyadan köçmüş.
İraqın Nəcəfi-Əşrəf şəhərində Həzrət İmam Əlinin (ə) hərəmində (ziyarət), atası Mərhum Ayətullah Şeyx Mehdi Nəraqi ağanın yanında dəfn olunmuşdur.
Şeyx Mehdi Nəraqi ağa da İslam dünyasının böyük şəxsiyyətdir, onun haqqında da çox söz demək olar.
İn şa Allah ömür qismət olsa bu şəxsiyyətlər haqqında gələcəkdə sizlərin xidmətinə çatdırarıq.
Şeyx Əhməd Nəraqi ağanın şagirdlərinin bəzilərinin dilindən onun yüksək məqamını göstərən bir hadisəni nəql edir:
O,yazır:
Mərhum Əhməd Nəraqi ağanın cənazəsini Nəcəfi-Əşrəf şəhərinə apardığımız vaxt yolda havanın həddən artıq isti olmasına görə pis qoxu verməsindən qorxduq.
Cənazə yerə qoyulmuşdu, qarilər də onun ətrafında Quran oxumaqla məşğul idilər.
Mən vəziyyəti araşdırmaq üçün cənazəsinin yaxınlığına getdim.
Lakin xalis müşk ətrinin qoxusuna bənzər gözəl qoxudan başqa heçnə hiss etmədim.
Bu gözəl qoxu Əhməd Nəraqi ağanı məzara qoyanadək davam etdi.
Belə ki, onun mübarək bədənində qətiyyən bir dəyişiklik baş vermədi."

Mərhum Ayətullah Əhməd Nəraqi əxlaq kitabı olan, 'Meracüs-Səadə' (Səadətə gedən yol) kitabının müəllifi, Azərbaycan dilinədə tərcümə olunub.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.