imam Əlinin(ə.s) yəhudini müsəlman etməsi
- 23 dekabr 2018
- Bölmə: Hz. Imam Əli (ə)
- Baxış: 2 544
- Şərhlər: 0
- Müəllif: movlan
Bir gün bir yəhudi Hz. Əlinin (ə) yanına gələrək deyir: “Ey, Əli! Mənə elə bir rəqəm de ki, həm 2-yə, həm 3-ə, həm 4-ə, həm 5-ə, həm 6-ya, həm 7-yə, həm 8-ə, həm 9-a, həm də 10-a tam şəkildə bölünsün.” Hz. Əli (ə): “Sualına cavab versəm müsəlman olarsanmı?” – deyə soruşur və yəhudi qeyri-şərtsiz bu təklifi qəbul edir.
Hz. Əli (ə) suala belə cavab verir: “Həftənin günlərini ayın günlərinə, alınan nəticəni isə ilin günlərinə vur! Əldə edəcəyin rəqəm həm 2-yə, həm 3-ə, həm 4-ə, həm 5-ə, həm 6-ya, həm 7-yə, həm 8-ə, həm 9-a, həm də 10-a tam şəkildə bölünəcəkdir.”
Yəhudi həftənin günlərini (7) ayın günlərinə (30), alınan nəticəni (210) isə ilin günlərinə (360) vuraraq 75.600 rəqəmini əldə edir. Nəticədə alınan rəqəmin istədiyi bütün rəqəmlərə kəsirsiz bölündüyünü görür (75.600 : 2 = 37.800; 75.600 : 3 = 25.200; 75.600 : 4 = 18.900; 75.600 : 5 = 15.120; 75.600 : 6 = 12.600; 75.600 : 7 = 10.800; 75.600 : 8 = 9.450; 75.600 : 9 = 8.400; 75.600 : 10 = 7.560) və qarşılaşdığı bu hikmətin təsiri ilə kəliməyi-şəhadət oxuyaraq müsəlman olur.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.