Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam əlinin (ə) yəhudi alimə cavabı

İmam əlinin (ə) yəhudi alimə cavabı
+2
Mətndə qrammatik səhv var?
İmam əlinin (ə) yəhudi alimə cavabı

Yəhudi başçılarından biri Əbubəkrin yanına gəlib soruşur ki,bu ümmətin peyğəmbərinin canişini sənmisən? Əbubəkr: "Bəli" - deyə cavab verir.Bunu eşidən yəhudi başçısı deyir ki,Tövratda yazıldığına görə peyğəmbərin canişinləri ümmətin ən bilikli adamları olurlar. Elə isə onda mənə de görüm Allah-təala hardadır? göydədir yoxsa yerdə?
Əbubəkr: Əlbəttə ki,Allah-təala göydə və ərşdədir.
Yəhudi başçısı : Deməli belə çıxır ki,yerdə Allah yoxdur. Sənin sözündən belə başa düşmək olar ki,bəzi yerlərdə Allah var,bəzi yerlərdə isə yoxdur.
Əbubəkr: Bu,zındıq və dinsizlərin sözüdür.Mənim yanımdan uzaqlaş,yoxsa bu saat öldürərəm səni.
verilən cavablardan razı qalmır və İslam dininə hörmətsizlik edən halda çıxıb gedir. Yolda İmam Əli (ə) ilə rastlaşır.
İmam (ə) ona buyurur ki, verilən sualı və aldığı cavabları bilir. “Ancaq bil ki, bizim əqidəmiz belədir ki, Allah məkanı yaratmışdır, ona görə də məkana malik ola bilməz. Ondan üstündür ki, məkan ona yer versin. Ancaq Allah hər yerdədir, hansısa bir şeylə təmasda olmaqdan və ya nəyinsə yanında qərar tutmaqdan başqa. Onun elmi cəhətdən bütün məkanlara əhatəsi vardır. Heç bir məxluq Onun tədbirindən uzaqda deyildir.
Əgər sizin öz kitabınızdan, dediklərimin doğru olduğuna şəhadət verən şeyi desəm, müsəlman olarsan?”.
Alim dedi: “Bəli”.
İmam (ə) buyurdu: “Sizin dini kitablarınızın birində məgər bu mövzu yoxdur ki, deyir: “Musa ibni İmran (ə) bir gün əyləşmişdi və anidən şərq tərəfdən bir mələk gəldi. Musa (ə) ondan soruşdu: “Haradan gəlmisən?”.
Dedi: “Allah tərəfindən”.
Başqa bir mələk qərb tərəfdən gəldi və Musa (ə) soruşdu: “Sən haradan gəlmisən?”.
Dedi: “Yeddinci torpaqdan və Allahın yanından”.
Musa (ə) bu mənzərini görəndə təəccüblə dedi: “Pakdır o Allah ki, heç bir yer ondan boş deyildir”””.
Bunu deyən zaman yəhudi dedi: “Şəhadət verirəm ki, o şeyi ki, danışdın, doğrudur. ...”.və peyğəmbərin (s) canişini olmağa və onun yerində oturmağa daha layiqsən
Əl-İrşad,c-1.s-192
paylaşaq.
https://imameli.az
.Mövlan
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.