Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Oruc tutan bu 7 nemətə çatacaqdır.

Oruc tutan bu 7 nemətə çatacaqdır.
0
Mətndə qrammatik səhv var?
Oruc tutan bu 7 nemətə çatacaqdır.


İmam Baqir (ə) buyurur: “İslam beş dayağın üzərində inşa olunmuşdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucu, Beytul-haramın həcci, biz Əhli-Beytin (ə) vilayəti”.

Quran-Kərim oruc barəsində buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən)çəkinəsiniz”. (”Bəqərə” 183).

Bu ayədən də göründüyü kimi, oruc ancaq İslam dininə aid ibadət deyildir, bəlkə əvvəlki dinlərdə də oruc vacib buyurulmuşdur. İnsan o zaman ki, bir çətinliyi üstünə götürür və bilir ki, bu çətinliyi ancaq o çəkmir, bəlkə ondan əvvəl də çəkənlər olmuşdur – bu zaman həmin çətin əməl onun üçün daha asan olur.

Hədislərimiz buyurur ki, behiştdə bir qapı vardır ki, adı Rəyyandır və ancaq oruc tutanlar ondan daxil ola biləcəklər. (Beytutə saytı)

İmam Həsən Müctəba (ə) nəql edir: “Bir dəstə yəhudi Peyğəmbərin (s) yanına gəlmişdi. Həzrətə (s) sual verirdilər və suallarından biri bu idi: “Nə üçün Allah Təala 30 gün oruc tutmağı ümmətinə vacib buyurmuşdur? Ancaq keçmiş ümmətlərə bundan çoxunu vacib buyurmuşdur?”.

Peyğəmbər (s) buyurdu: “O zaman ki, Adəm (ə) o meyvədən yedi, onun təsiri mədəsində 30 gün qaldı. Ona görə də Allah Təala 30 gün aclıq və susuzluğu onun nəslinə vacib etdi. Ona görə də Allah onu mənim ümmətimə də vacib buyurmuşdur”.

Sonra yuxarıdakı ayəni (“Bəqərə” 183) tilavət edir. Və yəhudi deyir: “Ey Muhəmməd! Düz deyirsən. Bəs bu əyyamda oruc tutanın muzdu nədir?”.

Buyurdu: “Elə bir mömin yoxdur ki, Ramazan ayını qürbət qəsdi ilə oruc tutar, məgər o halda ki, Allah Təala onda yeddi sifəti vacib edər:

1. Haramı bədənindən əridər.

2. Onu Allah Təalanın rəhmətinə və Allaha yaxınlaşdırar.

3. Atası Adəmin (ə) xatasını aradan qaldırar.

4. Can verməyin təzyiqlərini onun üçün asan edər.

5. Qiyamət gününün susuzluq və aclığından onu amanda saxlayar.

6. Cəhənnəm atəşindən bəraəti ona əta edər.

7. Allah Təala onu behiştin pakizə yeməkləri ilə yedizdirər”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.