Aşura günü oruc tutmaq
- 12 oktyabr 2016
- Bölmə: Mübahisəli məsələlərə cavab
- Baxış: 14 919
- Şərhlər: 0
- Müəllif: movlan880
Əziz qardaşlar və bacılar xahiş və təkid edirik oxuyun və bölüşün bu vacib Əhli beytin ə.s. göstərişini
Şiə məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə budur ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu öldürənlər şadyanalıq etdilər və İmam Hüseynə (ə) qalib gəldikləri üçün Allaha şükr niyyəti ilə həmin gün oruc tutmaq dəbini qoydular.
Bu barədə bəzi hədislərin tərcüməsini diqqətinizə təqdim edirik.
İmam Rza (ə) buyurub: “...Aşura günündə İmam Hüseyn (ə) qətlə yetirilib. Həmin günü İbn Ziyad mübarək saydı (bayram etdi), amma Ali-Mühəmməd (ə) həmin günü matəm tutur. Hər kim aşura günündə oruc tutsa və təbrik desə, Allah-təala qiyamət günündə onun qəlbini kafirlərin qəlbinin şəklinə salar, həmin adamı aşura günündə oruc tutmağı və təbrik deməyi dəb qoymuş adamlarla bir cərgədə məhşərə gətirər”.
İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “...Məgər belə bir gündə oruc tutularmı? Kəbənin Rəbbinə and olsun ki, həmin gün oruc günü deyil, göyün və yerin əhli üçün, bütün möminlər üçün hüzn və müsibət günüdür...” (hədislər “əl-Kafi” kitabındandır, “Kitabüs-Siyam”, “Ərəfə və aşura günlərinin orucu” babı, hədis 4-7, IV cild, səh. 146-147)
İmam Rza (ə) buyurub:
Aşura Günü Muhəmməd (s) Ailəsinin Təhqir Olunduğu Gündür.
O gün islam əhlinin təhqir olunduğu gündür və islam əhlinin təhqir olunduğu gün Oruc Tutulmaz və Bərəkətli Qəbul Olunmaz.
(Üsuli-Kafi, cild 4, səh 146.)
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.