Azan və İqamədə "Əliyyən Vəliyullah" demək olarmı ?
- 14 iyun 2017
- Bölmə: Mübahisəli məsələlərə cavab
- Baxış: 10 926
- Şərhlər: 0
- Müəllif: movlan
Əhli şiəyə bidət əhli deyən əsl əhli bidətə cavab
Söhbət azanda bidətdən gedir. Hz Əlinin (ə) adını azanda işlətməyə bidət deyən nadanlar bilsinlər ki, bu bidət deyil, bunu səhabələr də deyib, peygəmbər də bunu yaxşı bir şey adlandırıb. Biz də həmçinin: yaxşı bir şeydir, müstəhəbdir - deyirik.
Buna əhli sünnə mənbələrindən dəlil:
دخل رجل على رسول الله صلى الله عليه وآله وسلم ، فقال : يا رسول الله ! إني سمعت أمرا لم أسمع قبل ذلك ، فقال صلى الله عليه واله وسلم : ما هو ؟ قال : سلمان قد يشهد في أذانه بعد الشهادة بالرسالة ، الشهادة بالولاية لعلي (عليه السلام) ، قال (صلي الله عليه وآله وسلم ): سمعت خيرا.
السلافة في أمر الخلافة، ص 32.
Bir nəfər Həzrəti Rəsulullahın (s) yanına gəldi və dedi: "Ya Rəsulullah, Əbuzərr Allaha və sənin rəsulluğuna şəhadət verəndən sonra Əlinin vəli olmağına şəhadət verir."
Rəsulullah (s) buyurdu: Məgər Qədir Xumda mənim "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır" deməyimi eşitmədinmi?“
Əssalafə fil umrul xilafət, səhifə 32
Aydın olur ki, biz heç də bidət etmirik, əksinə, sünnətə əməl edirik.
İndi isə keçək əsl bidətə. 2-ci xəlifə Ömər azandan “Həyya ələs salah” cümləsini çıxarıb yerinə “Əssalatu xəyrun minən növm” deyilməsini əmr etmişdir. Bax bu həqiqətən bidətdir.
İmam Malik deyir:
اِن المؤذن جاء الي عمربن الخطاب يؤذنه لصلاة الصبح فوجده نائماً فقال: الصلاة خير من النوم فأمره أن يجعلها في نداء الصبح.
الموطّا 1: 72
Müəzzin gəldi Ömər ibni Xəttaba sübh namazının yetişdiyini desin. Ömərin yatdığını görəndə uca səslə dedi: الصلاة خير من النوم . Ömər ona əmr etdi ki, bu ibarəni sübh azanında qərar versin.
Müvəttə 1:72
İbni Həzm deyir:
الصلاة خير من النوم، ولا نقول بهذا ايضا لأنه لم يأت عن رسول اللّه - صلي اللَّه عليه و سلّم .
المحلي 3: 161
الصلاة خير من النوم biz bunu qəbul etmirik, çünki rəsulullahdan eşitməmişik.
Aydın olur ki, əhli şiəni bidətdə günahlandırmağa çalışanlar özləri əsl bidət əhlidir.
Bir kişi Peyğəmbərin (s.a.v.v) yanına daxil olur və deyir: "Ya Rəsulullah, bir şey eşitmişəm ki, hələ elə şey eşitməmişdim."
Rəsulullah dedi: "Nədir o şey?"
Adam dedi: Səlman azanda sizin Rəsulluğunuza şəhadət verəndən sonra Əlinin (ə) vilayətinə şəhadət verir."
Sonra Rəsulullah (səvv) buyurdu: "Yaxşı və xeyirli şey eşitmisən."
Əssalafə fil umrul xilafət, səhifə 32
vatsap və facebookda paylaşaq
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.