Nimeyi-Şəban (Bəraət) gecəsinin əməlləri - şaban ayının 15 i
Şəbanın 15-ci gecəsi Nimeyi-Şəban (“şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həzrət Rəsuləllah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar.\
Bu gecə əziz İmamımızın (ə.f) mövlud gecəsidir ki, Yer üzünü ədalətə bürüyəcək və hər yeri napak insanlardan pak edəcəkdir. Bu gecənin ilk əməli – qüsldur. Bu gecənin əməllərindən biri də budur ki, insan bu gecə dünya nemətlərinə gözünü bağlasın və belə fərz etsin ki, dünya ilə xudahafizləşir. Bu gecənin başqa əməlləri - müstəhəb namazlardır.
Həmçinin bu gecənin ən mühüm əməli Həzrət Peyğəmbərin (s) hədisinə əməl etməkdir. Həzrət buyurur: “Nimeyi-Şəban gecəsində yatmışdım və Cəbrayil (ə) gəldi və dedi: “Muhəmməd! Bu gecədə niyə yatmısan?”. Dedim: “Cəbrayil, məgər nə gecədir ki?”. Dedi: “Nimeyi-Şəban gecəsidir. Muhəmməd! Ayağa qalx!”, Məni ayağa qaldırıb Bəqiyə apardı. Sonra dedi: “Başını qaldır, bu, o gecədir ki, səmanın qapıları onda açılar. Rəhmət qapıları rizvanda, fəzldə, tövbədə, nemətdə, səxavətdə, ehsanda. Allah qoyun və inəklərin yunları və saçlarının sayı qədər insanları cəhənnəm atəşindən azad edər. Ölüm zamanını onda qeyd edər və bir il müddətində ruziləri bölər. Bir il ərzində baş verənləri yerə endirər.
Muhəmməd! Hər kim bu gecəni “Allahu Əkbər”, “Sübhənallah”, “Lə İlahə İlləllah” deyərək, dua oxuyaraq, namaz qılaraq, Quran oxuyaraq, müstəhəb əməlləri yerinə yetirərək, istiğfar edərək əhya saxlayar - behişt onun mənzil və istirahət yeri olar. Keçmiş və gələcək günahları bağışlanar.
Ona görə də bu gecəni oyaq qal və əhya saxla. Bu gecənin əməllərini ümmətinə göstəriş ver, çünki şərəfli gecədir.
Sənin yanına o halda gəlmişəm ki, səmada olan bütün mələklər ayaqlarını cütləşdiriblər. Bəziləri təsbih deyir, bəziləri rüku, bəziləri səcdə və bəziləri də zikr deyirlər. Bu, elə gecədir ki, dualar yerinə yetər. Hər kim bir şey istəyərsə - ona verilər. Hər kim bu gecənin xeyirindən məhrum olar - böyük xeyirdən məhrum olar”.
Bu gecə İmam Zamana (ə.f) yaxın olmaq müstəhəb əməllərdəndir.
İmam Hüseyni (ə) ziyarət etmək bəyənilir.
Bu gecə səcdə halında “Kumeyl” duasını oxumaq müstəhəbdir. Bu gecə əməlləri hesaba çəkməyin böyük əcri vardır.
İmam Zaman ağanın (ə.f) ziyarət duasını oxumaq. Bu dua belə başlayır:
اَللّهُمَّ بِحَقِّ لَیْلَتِنا (هذِهِ) وَ مَوْلُودِها
Nimeyi-Şəbanın gündüzünün əməlləri.
Həzrət Məhdinin (ə.f) zühurunun təcilini dua etmək və Həzrəti (ə.f) hər bir halda və hər bir yerdə ziyarət etmək. Xüsusilə də Samirranın sərdabında.
Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin ən bərəkətli gecələrindəndir ki, yüz min peyğəmbər (ə) həmin gecədə Həzrəti (ə) ziyarət edərlər. Bu həmin gecənin əzəmətindən xəbər verir. Bu gecəni oyaq qalmaq və əhya saxlamaq çox tövsiyə edilmişdir.
Həmin gecənin bəzi əməlləri barədə Sizə məlumat vermək istərdik:
1. Qüsl almaq. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.
3. İmam Hüseynin (ə) ziyarəti. Üstü açıq dama çıxııb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə İmam Hüseynə (ə) salam etmək lazımdır:
السلام عليك يا اباعبدالله السلام عليك و رحمة الله و بركاته
[Əssəlamu ələykə, yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh]
“Salam olsun sənə ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə”
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Həzrə İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.
4. "Kumeyl" duasını oxumaq.
5. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:
«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».
6. Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Ya sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.
7. Cəfər Təyyarın namazını qılmaq.
Bu namaz 4 rükətdir (2 dəfə 2 rəkət). Birinci iki rükətlik namazın 1-ci rükətində “Həmd”dən sonra “Zəlzələ” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “Adiyat” surəsi oxunur. İkinci iki rükətlik namazıən 1-ci rükətində “Həmd”dən sonra “Nəsr” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur.
Hər rükətdə qiraətdən sonra (yəni Həmd-surəni dedikdən sonra və rükuya getməmişdən öncə) 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər rükətdə hər iki səcdədə 10 dəfə, hər rükətdə hər iki səcdədən sonra 10 dəfə “təsbihati-ərbəbə” deyilir:
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
[Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər]
“Allah bütün nöqsanlardan pakdır və həmd olsun Allaha və Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür”
paylaşaq
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.