Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cümə gününün əməlləri və fəziləti

Cümə gününün əməlləri və fəziləti
+5
  • 20 oktyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 12 299
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Cümə gününün əməlləri və fəziləti

Bil ki, cümə gecəsi və cümə günü həftənin sair günlərindən fəzilət cəhətindən daha üstün olduğu üçün onlardan fərqlənir.
1. Qusl: "Cümə gününün qüslun alıram qürbətən iləllah" niyyəti ilə...vaxtı sübh azanından zöhr azanına, qüsl alınacaq vaxtın qalmasına qədərdir.

2. Salavat: "ALLAHUMMƏ SALLİ ƏLA MUHAMMƏDİN VƏ ALİ-MUHAMMƏD VƏ ƏCCIL FƏRƏCƏHUM" ən azı 100 dəfə.

3. Dırnaqları kəsmək (qısaltmaq).

4. Dua etmək, Quran oxumaq xüsusən (Duxan, Muminin və Vaqiə) surələrin oxumaq.

5. Qohumları, dotları, yaxınları və möminləri ziyarət etmək, həmçinin qəbir üstünə gedib ölənləri ziyarət etmək.

6. Sədəqə vermək.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Cümə gecə və gündüzü iyirmi dörd saatdır. Allah taala onun hər bir saatında altı yüz min adamı cəhənnəmdən azad edir”.
İmam Sadiq (ə) buyurmuşdur: "Cümə günü - böyük bir əhəmiyyətə və hörmətə malikdir. Belə isə, onun hörmətini sındırmayın! Bu gün Allah taalanın ibadətində əlindən gələni əsirgəmə və xoşa gələn əməllərlə Allah taalaya doğru müqərrəb və yaxın ol! Bütün haramlardan əl çək, çünki, Allah bu gün yerinə yetirilən savab əməlləri neçə bərabər yazaraq, pis əməllərin əzabını silir. Möminlərin dərəcələrini dünya və axirətdə ucaldır. Fəzilətdə, onun gecəsi də gündüzü kimidir. Əgər mümkün olsa, cüməyə keçən gecəni sübhə qədər oyaq qalıb, namaz qılıb dua oxuyaraq ibadətlə məşğul ol. Allah taala cüməyə keçən gecə, mələkləri möminlərin kəramətlərini artırmaq üçün onların həsənatlarını çoxaldıb, günahlarını silmək üçün birinci asimana göndərər. O Həzrətdən nəql olunmuş başqa bir hədisdə oxuyuruq:: "Bəzi vaxt, mömin bəndə bir hacəti üçün dua edir, amma Allah taala onu icabət etmir. Onu cümə gününə qədər təxirə salır ki, o günün fəzilətinə xatir bəndəsinin istəyini iki bərabər versin.

Sonra buyurur: "Həzrət Yusif (ə)-ın qardaşları, ataları Həzrət Yəqub (ə)-dan onları bağışlamalarını istədikdə, Həzrət Yəqub (ə) dedi: "Səvfə əstəğfiru ləkum Rəbbi (Öz Rəbbimdən tezliklə sizin bağışlanmanızı istəyəcəyəm)”. İmam Sadiq (ə) buyurur: "Yəqub (ə) övladlarının haqqında edəcəyi duanın qəbul olunması üçün onu, cümə gecəsi səhərə (sübhə yaxına) qədər təxirə saldı.”

İmam Sadiq (ə) buyurur: "Cümə gecəsi yaxınlaşanda, dənizlərin balıqları başlarını sudan qaldırıb və səhraların vəhşi heyvanları başlarını göyə tərəf tutub, Allah taalanı nida edərək deyərlər: "İlahi! Bizə adamların etdikləri günahlara görə əzab vermə.”

İmam Məhəmməd Baqir (ə) buyurur: "Allah taala bir mələyi məmur edib, ona cümə axşamı gecənin əvvəlindən sübhə qədər Allah taala tərəfdən nida edib, belə çağırmasını əmr edər: "Elə mömin bəndə var ki, sübh açılmamışdan qabaq dünya va axirəti üçün dua edib, məni çağıra və mən onun duasını qəbul etməyəm?! Mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan qabaq öz günahlarından tövbə etsin və mən onun tövbəsini qəbul etməyəm?! Mömin bir bəndə vardırmı ki, mən onun ruzisini azaltmış olam və indi (sübh açılmamışdan qabaq) məndən istəyə və mən onun ruzisini çoxaltmayam?! Mömin xəstə vardırmı ki, sübh açılmamışdan qabaq sağalması üçün mənə dua edə və mən onun duasını qəbul etməyəm?! Zindanda olan qəm-qüssəli mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan qabaq məndən istəyə və mən onu zindandan xilas etməyib, qəm-qüssəsini aradan qaldırmayam?! Məzlum mömin bir bəndə vardırmı ki, sübh açılmamışdan qabaq zalımın zülmünün aradan getməsi üçün dua edə və mən onun intiqamını alıb haqqını ona qaytarmayam!”
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.