Əsəd, bayram namazını İŞİD-dən alınan şəhərdə qıldı
- 03 sentyabr 2017
- Bölmə: Günün Xəbərləri
- Baxış: 1 781
- Şərhlər: 0
- Müəllif: movlan
Səhər TV Azerinin verdiyi məlumata görə Suriya Prezidenti Bəşər Əsəd Qurban Bayramı namazını ölkəsinin Livan sərhədində olan Kalamun ərazisində IŞİD-dən geri alınan bir şəhərdə qıldı.
Suriya dövlət televiziyası, Prezident Əsədin, Kalamun ərazisinin qərbində yerləşən Qara şəhərindəki bir məsciddə bayram namazı qılarkən çəkilən şəkilləri yayımlandı.
Televiziyaya görə, məscidin imamı Şeyx Mamun əl Qədri bayram moizəsində Əsədə təşəkkür edib, "Xalq və ordudan dəstək alan dözümlülüyünüz və müdrikliyiniz sayəsində vətəni təhlükəsizliyə yaxınlaşdırırsınız" ifadələrini istifadə etdi.
Qara şəhəri, ötən həftə Suriya ordusu tərəfindən IŞİD-dən geri alınmışdı.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.