Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qurban bayramı

Qurban bayramı
0
Mətndə qrammatik səhv var?
Qurban bayramı

Bismilləhirrahmənirrahim.

Salamun ələykum və rahmətullah. Qarşıdan qurban bayramı yaxınlaşır deyə qurban kəsmək haqqında bir sıra suallar yenidən yaranır. Qurban kəsmək Həccdə olanlara vacibdir. Amma Həccdə olmayanlar üçün müstəhəb (bəyənilən) əməldir. Buna görə mühüm nöqtələri qeyd edirik:
Müstəhəb qurbanın hökmləri :

1.Qurban kəsmək imkanı olan şəxs üçün təkid olunmuş müstəhəblərdəndir, və o kəs ki qurbanlıq heyvanı almağa imkanı var amma onu tapa bilmirsə müstəhəbdir ki onun qiymətini sədəqə versin. Və qurban heyvanlarının qiymətləri fərqli olsa ən ucuz qiyməti ilə sədəqə vermək kifayət edir.

2.Caizdir ki insan özü üçün və ailəsi üçün bir heyvan kəssin. Həmçinin caizdir ki bir neçə nəfər yığışıb bir heyvan kəssinlər, xüsusən əgər heyvan tapmaq çətin olsa və ya qiyməti baha olsa.

3.Qurban kəsməyin ən yaxşı vaxtı bayram günü (zilhiccənin 10u) gün çıxandan bayram namazının miqdarında vaxt keçdikdən sonra.. Və onun vaxtı 3 gün davam edir.. Buna baxmayaraq yaxşı olar ki bayram günü kəsilsin.

4.Qurbanlıq heyvanı gərək üç heyvandan biri olsun: dəvə, inək və qoyun. Və ehtiyat vacibə əsasən caiz deyil (yəni kifayət etməz) ki dəvə 5 yaşdan, inək və keçi 2 yaşdan, qoyun 7 aydan balaca olsunlar.

5.Vacib qurbanda (yəni Minada) gərəkli olan xüsusiyyətlər müstəhəb qurbanda vacib deyil, və caizdir ki eybi olan heyvanı kəssinlər (bir gözü olamyan, ayağı əyri, quyruğu və qulağı kəsik, arıq və.s.). Amma ehtiyat müstəhəb və daha yaxşıdır ki sağlam, kök, eyibsiz heyvan olsun. Və məkruhdur ki insan özü tərbiyə etdiyi heyvanı qurban kəssin.

6.Caizdir ki kəsilmiş heyvanın üçdə birini özü və ailəsi üçün götürsün və digər üçdə birini möminlərdən kimə istəsə versin və digər üçdə birini isə yaxşı olar ki müsəlman fəqirlərə sədəqə versin.

7.Qurbanın dərisini sədəqə vermək müstəhəbdir. Və məkruhdur ki o dərini heyvanı kəsənə ücrət (əvəz olaraq) verə, və caizdir ki onu namaz qılmaq üçün qərar versin və ya onunla ev ləvazimatı alsın.

Vəlhəmdulilləh.
Bəşir Badkubei
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.