Fərqli görünüş
- 06 sentyabr 2016
- Bölmə: Günün Xəbərləri
- Baxış: 2 731
- Şərhlər: 0
- Müəllif: movlan
Bu heykəl İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Fuarında yer alan İspan heykəltəraş Eugenio Merino tərəfindən hazırlanıb. Heykəltəraşın "Cənnətə gedən nərdivan" adını verdiyi heykəl üst-üstə ibadət edən Müsəlman, Xristian və Müsəvidən ibarətdir. Heykəldə diqqət çəkən başqa xüsusiyyət isə hahamın əlində Qur'an, keşişin əlində Tövrat və səcdə edən müsəlmanın alnını qoyduğu yerin yanında İncilin olmasıdır. Heykəltəraş mübahisələrə səbəb olan çalışması ilə əlaqədar olaraq etdiyi müsahibəsinə əsasən çalışmasında 3 böyük dinin bir arada olmasını göstərmək məqsədilə etdiyini dedi. Özünə işi haqqında tənqidlər gələbiləcəyini deyən Merino xüsusilə kimin üstdə, kimin altda olacağı mövzusunda tənqid gələbiləcəyini ancaq buradakı ana fikrin bu dinlərin Allaha çatmaq üçün ortaq məqsəd dairəsində toplandığını göstərdi. Həmçinin heykəlin düzəldilməsinə başlamadan əvvəl isə dinlər və simvollar haqqında araşdırma etdiyini də sözlərinə əlavə etdi. Digər yandan isə, Madriddəki İsrail Böyük səfirliyi heykəlin Yəhudiliyə, İsrailə və eyni zamanda digər dinlərə edilən bir hücum olduğunu deyərək etiraz etdiyini bildirdi.
Müsəlman dünyasına görə isə, bu onlara həqarətdir. Allahın Quranda " Allahın nəzdində Haqq din İslamdır" buyurduğu İslamı batil dinlərin də aşağısında göstərən bu skandal heykəllə haqq din İslamın təhrif edildiyini, digər dinlərlə eyni mərtəbəyə, hətta onlardan da daha aşağı səviyyəyə endirilir.
Muzeydə baş verən bir mübahisə isə yəhudi tərəfindən aparılmışdır. O heykəli tənqid etdikdə ona " Görmürsən Yəhudinin heykəli ən zirvədə durub, niyə tənqid edirsən?" deyildiyində, o " Bəli, ən üstdə durub ama müsəlman ayağa qalxarsa, hamısı yıxılacaq!" deyə cavab vermişdir.
Müsəlmanın ayağa qalxacağı günün ümidi ilə...!
rəyinizi bildirməyi unutmayın
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.