Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Fələstinlilərin canisi Şimon Peres 94 yaşında öldü

Fələstinlilərin canisi Şimon Peres 94 yaşında öldü
0
Mətndə qrammatik səhv var?
Fələstinlilərin canisi Şimon Peres 94 yaşında öldü

İsrail rejiminin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail rejimi televiziyası məlumat yayıb.

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

Xatırladaq ki, İsrail rejiminin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrail rejiminin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub.

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Şimon Peres prezident olduğu müddətdə fələstinlilərə qarşı qanlı cinayətlər törətmiş cinayətkar kimi tanınır. Onun prezidentliyi dövründə həyata keçirilmiş son Qəzza əməliyyatlarında çoxu uşaq olmaqla 5 minə qədər dinc fələstinli qətliam edilib.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.