İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

  • Hüseyin_Aşiqi 09.06.2019
    Yalançı rəvayət (2)
    Hüseyin_Aşiqi-фото
    Çox gözəl idi.Allah Razı olsun sizdən
  • UMUD 09.03.2019
    Şəfa duası (1)
    UMUD-фото
    Salam.Haci Xaver xanimin "Allaha pənah Allaha təvəkkül".adli kitabi var .Mumkun olarsa bu kitabi sayitinizdan yuklemek isterdik.yani PDF formatinda oxumaq ve yuklemek.cox sax olun
  • Mudafeiherem 20.02.2019
    “Aşura mərasimi dini biznesdir ... (1)
    Mudafeiherem-фото
    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hprmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.

    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hörmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.
  • hacixanim49 25.06.2018
    Sorğu suallarınız (17)
    hacixanim49-фото
    sayta qebul etdiyinize gore teshekkur edirem.allah bizi qurani oxuyub derk edenlerden qerar versin hamimizin imanimizi kamil elsin. AMIN INSHSAALLAH
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir.


İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir.

Bəzi hədislərimizdən belə nəticəyə gəlmək olur ki, Həzrət Zəhra (s.ə) ilə İmam Zaman ağa (ə.f) arasında sıx rabitə mövcuddur. Bu iki əzizin arasında öz sirləri vardır. Həzrət Fatiməni (s.ə) tanımadan, Həzrət Məhdini (ə) tanımaq olmaz. Xanım (s.ə) bu cür övlada malik olduğu üçün fəxr edir. Həmçinin Həzrət Məhdi (ə.f) də bu cür anaya malik olduğu üçün qürur hissi keçirir.



Həzrət Məhdi (ə.f) – Həzrət Zəhranın (s.ə) davamçısıdır. Onun aynası kimidir. Onun hədəfi – Xanımın (s.ə) hədəfidir. Bu haqda gələn bəzi hədislərə işarə edək: Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) - mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır ki, mənim sünnətim əsasında vuruşacaqdır. Necə ki, mən vəhy üzrə vuruşmuşdum”.



Allah Təala buyurur: “Ey Muhəmməd! Sənə o kəsi (Əli) əta etmişəm ki, 11 yol göstərən onun nəslindən xaric olacaqdır. Hamısı sənin nəslindən, Zəhrayi-Bətuldandır (s.ə). Onların sonuncusu o kişidir ki, onun əli ilə həlakətdən nicat verəcəyəm”.



Ümmi Sələmə deyir: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Məhdi (ə.f) – mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır”.



Həzrət Məhdi (ə.f) buyurur: “Allahın Rəsulunun (s) yeganə pak qızının əməl və sünnəti mənim üçün nümunə və bəyənilən örnəkdir”.

Quran bizlərə iki örnəyi belə tanıdır: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə)ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).



“Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur)”. (“Mumtəhənə” 6).



Bu ayələrdə o kəslər ki, Həzrət İbrahim (ə) və Həzrət Rəsulla (s) bir yerdə olar, nümunə kimi tanıdılmışdır. Ona görə də örnək dedikdə, təkcə İlahi peyğəmbərlər (ə) nəzərdə tutulmur. Onların yolunda olan hər kəs örnək sayıla bilər.



İmam Zaman ağanın (ə.f) Həzrət Zəhranın (s.ə) özü üçün örnək qərar verməsi ona görədir ki, Həzrət Zəhra (s.ə) hər bir cəhətdən Peyğəmbərə (s) bənzəyirdi. Yol getməyindən tutmuş, danışmağına qədər.



Bəli, Həzrət Məhdi (ə.f) mütləq gələcəkdir və anası Həzrət Zəhranın (s.ə) yolunu davam etdirəcəkdir. Necə ki, Xanım (s.ə) atasının dininin ayaqda qalması üçün ənsarların və mühacirlərin evinə gedir və beyətlərini yadlarına salırdı və zamanlarının İmamını (ə) onlara tanıdırdı, Həzrət Məhdi (ə.f) də Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.ə) hədəfini yerinə yetirmək üçün inqilab edəcəkdir.

Oxşar xəbərlər
Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti.
Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti. Hədislərə və tarixə nəzər salaraq, Həzrət Fatimənin (s.ə) evinin maddi və mənəvi xüsusiyyətlərinə nəzər sala bilərik: 1. Həzrət Peyğəmbər (s) tərəfindən bağışlanmışdı. Peyğəmbəri-Əkrəm (s) Mədinəyə

Xanım Zəhranın (ə) diqqət etdiyi şəhid.
Bismillah. Xanım Zəhranın (ə) diqqət etdiyi şəhid. Şəhid İbrahim Himmət haqqında. Zalım Səddam hüseynin başlatdığı iran və iraq müharibəsi zamanı şəhadətə çatmış iranlı şəhid komandir. "Şəhid İbrahim Himmət barəsində danışmaq üçün söz çoxdur.

Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günü
Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni

İmam Məhdi (ə.f) hədislərdə
Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir. Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər.

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



       
      Cəmi istifadəçilər: 3
      Qonaqlar: 2

      Online İstifadəçilər: 
      ---

       Saytda olmuş ən son 20 nəfər: 
      ---