Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İlahi höccət haqqında.

İlahi höccət haqqında.
0
Mətndə qrammatik səhv var?


İmam Əskəri (ə) o Həzrətdən sonra olacaq ilahi höccət və imam barəsindəki suala cavab verərkən buyurmuşdur: Oğlum Məhəmməd.

Kim onu tanımadan ölsə cahiliyyət ölüsü kimi ölüb.Bilin !
Onun qeybə çəkilməsi olacaqdır.
Nadanlar bu barədə sərgərdan qalarlar və batil əhli məhvə düçar olarlar.
Onun zühuru üçün vaxt təyin edənlər yalan deyərlər.
O həmin qeybdən sonra zühur edər.
Sanki mən Nəcəfdə onun başı üzərində dalğalanan ağ bayraqları görürəm ... !!!

(Biharul-ənvar, c.51, səh.160, hədis 7)


Təbrani "Əl-əvsət” kitabında Əmru ibn Əlinin təriqəsi ilə Əli ibn Əbu Talibdən nəql etmişdir ki, Peyğəmbərdən(ə) soruşdu:

" Məhdi bizdəndir ya başqalarından, ey Rəsulullah ? " Cavabında buyurdu:

" Bəli o, bizdəndir, Allah bizimlə başladığı kimi bizimlə də qurtaracaqdır. Bizim vasitəmizlə camaat şirkdən qurtuluş tapırlar və bizim vasitəmizlə Allah şirkdən doğan düşmənçiliyin saldığı ədavətdən sonra insanların qəlbləri arasında ülfət və bağlılıq yaradır.”


Səh. 91, bab 2, hədis 7.


Əbu Nəim Huzəyfədən nəql etmişdir ki, dedi: Rəsulullah(s) buyurdu:

" Vay bu ümmətin zülümkar padşahlarına, camaatı öldürərlər, Allaha itaət edənləri – onlara itaət etdiyini aşkara bildirən şəxsdən başqa – qorxudarlar. Bəs, imanlı və təqvalı insan gərək dili ilə onlarla keçinsin, amma, qəlb və batinində onlardan qaçsın . Əgər böyük Allah İslamı əziz etmək istəsə hər inadkar zalimi məhv edəcəkdir və o, istədiyinə qadirdir və ümməti fəsada düşdükdən sonra islah edə bilər ( və vəziyyətlərini düzəldə bilər ). Ey Huzəyfə, əgər dünyanın ömründən bir gündən artıq qalmaya Allah o bir günü o, qədər uzadacaqdır ki, axırda mənim Əhli-beytimdən bir kişi hakimiyyətə yetişəcəkdir, onun əli ilə təəccüblü hadisələr baş verəcəkdir və Allah – onun əli ilə --İslamı qalib edər və o, vədəxilaflıq etməz və o, hesabında sürətlidir.!”

Mənbə: Məhdəviyyət inancı haqqında qırx hədis.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.