İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət  günü

Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

Həzrət Zəhra (s.ə) – həmin həqiqətdir ki, Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) onun haqqında nə qədər danışsalar da, yenə də biz insanlar üçün gizlidir. İmam Sadiq (ə) Qədr gecəsini dərk etmək haqqında buyurur: “Ləylətul - Fatimədir, Qədr isə Allahdır. Ona görə də hər kim Fatimənin (s.ə) həqiqətini tanımaq tofiqinə nail olarsa, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”. (Tebyan)

Bəli, Qədr gecəsinin tək həqiqəti - Həzrəti Zəhradır (s.ə). Bu, Fatimədir (s.ə) ki, on bir Kəlamullahın zühuruna səbəb olmuşdur. Xanımın (s.ə) fəziləti haqqında təkcə o bəsdir ki, Həzrət Peyğəmbər (s) onu elə mədh etmişdir ki, dünyada olan heç bir qadını belə mədh etməmişdir. Hətta öz həyat yoldaşları və başqa qızları haqqında da bu sözləri deməmişdi. Onu bədəninin parçası, gözünün nuru və ürəyinin meyvəsi adlandırmışdır.

Nəql edilir ki, bir gün əziz Peyğəmbər (s) evindən bayıra çıxır və qızı Fatimənin (s.ə) əlindən tutmuşdu. O, bu halda buyurdu: “Hər kim onu tanıyırsa, tanıyır, hər kim tanımırsa, bilsin ki, Fatimə (s.ə) Muhəmmədin (s) qızıdır. O, mənim bədənimin parçasıdır. O, mənim qəlbimdir ki, iki böyrümün arasında yerləşir. Hər kim ona əziyyət verərsə, mənə əziyyət vermiş olar. Hər kim mənə əziyyət verərsə, Allaha əziyyət vermişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) - bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər məni qəzəbləndirmiş olar”.
Əziz Peyğəmbərdən (s) gələn başqa bir hədisdə oxuyuruq: “Allah Fatimənin (s.ə) nurundan göyü və yeri yaratdı. Ona görə də yer və göy qızım Fatimənin (s.ə) nurundandır. Qızımın nuru isə Allahın nurundandır. Qızım Fatimə (s.ə) yer və göydən daha üstündür”.

Həzrət Rəsulallah (s) buyurur: “Mənim zamanımda ən üstün kişi - Əlidir (ə), əvvəlinci və axırıncı üstün qadın isə Fatimədir (s.ə)”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bütün yaxşılıqlar və əxlaq fəzilətləri mücəssəm olsa, layiqlidir ki, Fatimə (s.ə) olsun. Bəlkə Fatimə (s.ə) bunların hamısından daha ucadır”.

Bütün bu hədislərdən göründüyü kimi, Həzrət Zəhra (s.ə) - ən üstün bir xanımdır. Heç kəs fəzilət və məqam ucalığı baxımından Xanıma (s.ə) çata bilməz.
paylaşaq

Oxşar xəbərlər
həzrəti Fatiməyi Zəhranın s.a qatilləri kimdir
Hz Fatimənin qatili kimdir? Əbubəkir və Ömərin hz Fatiməyə etdiyi zülümlər əhli sunnə mənbelerində. Ehli sunnə Alimləri və kitabları iddia edir ki hz Fatimənin Əbubəkir və Ömər kimi 2 zalim qatili var. Oxu və həqiqətləri görməyə caliş. Ehli sunnə

Namaza qarşı etinasızlığın cəzası nədir?
Həzrət Rəsulullahın (s.ə.v) qızı Həzrət Fatimə (s.ə) atasından soruşur: "Atacan, kişi və qadınlardan namaza qarşı etinasızlıq edib, onu məsxərə mövzusuna çevirənin cəzası nədir?” Həzrət Rəsulullah belə cavab verir: Fatimə! Cinsindən asılı

Peyğəmbərimiz (s) Həzrət Zəhraya (s.ə) gizlində hansı xəbəri verdi?
Siddiqeyi-Kubradan (ə) öyrənməli olduğumuz dərslərdən biri də onun sirr saxlamağı bacarması idi. (Tebyan) Şeyx Səduq “Əmali” kitabında yazır ki, Peyğəmbərin (s) zövcələrindən biri demişdir: “Fatimə (s.ə) gəldi və Peyğəmbər (s) buyurdu: “Qızım xoş

Həzrət Fatimeyi Zəhra (s.ə) salavat
Həzrəti Peyğəmbər (s) buyurub: Ey Fatimə (s.ə) hər kəs sənə salavat göndərsə Allah-təala onu bağışlayar və behiştdə mən harda olsam onu mənim yanımda qərar verər. O, salavat beledir: "Allahummə səlli əla Fatimətə və əbiha və bə'liha və bəniha və

Xanımlar oxusun
Xanımlar – zəirf və incə məxluqlardırlar. Ancaq unutmaq lazım deyildir ki, sadəcə hisslərlə yaşamaq kifayət deyildir. Həyatda çox zaman hissləri kənara qoyub, ağılla qərar çıxartmaq lazımdır. İmam Zaman ağanın (ə.f) intizarında olan xanım – o



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



       
      Cəmi istifadəçilər: 9
      Qonaqlar: 7

      Online İstifadəçilər: 
      ---

       Saytda olmuş ən son 20 nəfər: 
      ---