Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Xanım Zəhranın (ə) diqqət etdiyi şəhid.

Xanım Zəhranın (ə) diqqət etdiyi şəhid.
+8
Mətndə qrammatik səhv var?
Xanım Zəhranın (ə) diqqət etdiyi şəhid.


Bismillah.
Xanım Zəhranın (ə) diqqət etdiyi şəhid.

Şəhid İbrahim Himmət haqqında.
Zalım Səddam hüseynin başlatdığı iran və iraq müharibəsi zamanı şəhadətə çatmış iranlı şəhid komandir. "Şəhid İbrahim Himmət barəsində danışmaq üçün söz çoxdur.
Onun əxlaqı təqvası dillər əzbəri olub.
Şəhid İbrahim Himmət müharibə zamanı gözlərim İmam Hüseynin (ə) qızı Xanım Rüqəyyaya qurban olsun deyib, və döyüş zamanı iki gözünü itirən şəhiddir.
Və onun haqqında çox söz demək olar.
Onardan biri isə budur:
Şəhid İbrahim Himmətin xanımı deyir:
Himmət mənimlə ailə qurmamışdan əvvəl, bizə elçi gəlmişdilər.
Amma mən razılıq vermədim.
Və ailəmə bildirdim ki, mən razı deyiləm.
Və ailə üzvlərimdə mənim fikirimə ehtiram edib razılaşdılar.
Bu hadisədən bir neçə vaxt sonra bir yuxu gördüm və bu yuxu məni Himmətlə ailə qurmağa sövq etdi.
Yuxuda gördüm ki, bir qara çarşablı nurani xanım mənə yaxınlaşıb buyurdu:
Qızım mənim səndən bir istəyim var.
İstəyimdə budur ki, sən mənim övladım Himmətlə ailə qurmağa razılıq verəsən.
Əgər belə etsən məni sevindirərsən.
Sual verdim bəs xanım, siz kimsiz?
Buyurdu:
Qızım mən Zəhrayam (ə) (Həzrət Muhəmməd Peyğəmbərin (s) qızı) Bu yuxudan sonra mən fikirləşdim ki, Himmət nə edib ki, Xanım Zəhra (ə) yanında bu qədər hörməti var və onun üçün mənim övladım kəlməsini işlədir.
Və bu yuxudan sonra Himmətin ailəsinə xəbər göndərdik ki, bu evliliyi razıyıq." Ali-İmran surəsi, ayə 169. 'Allah yolunda öldürülənləri (Şəhidlər) heç vaxt ölü hesab etmə.
Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər.'

Allah Şəhid İbrahim Himmətə rəhmət etsin.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.