Fil surəsinin oxunuşu,tərcüməsi və fəzilətləri.
105 Fil surəsi
Bismilləhir-rahmə:nir-rahi:m.
1. Ələm təra kəyfə fəalə rabbukə biashə:bil fi:l.
Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?! (Bu ayədə Kəbəni yıxmaq məqsədilə Məkkəyə hücum edən Əbrəhə və onun fillərdən ibarət olan ordusunun məhv edilməsindən bəhs edilir.)
2. Ələm yəc’əl kəydəhum fi: tadli:l
Allah onların hiyləsini boşa çıxartmadımı?!
3. Və ərsələ aləyhim tayran əbə:bil
Onların üstünə qatar-qatar quşlar göndərdi.
4. Tərmi:him bihicə:ratim min sicci:l
Quşlar onlara bişmiş gildən ibarət sərt daşlar atırdı.
5. Fəcəaləhum kəasfim mə’ku:l
Beləcə, Allah onları yeyilmiş əkin yarpağı kimi etdi.
Fil surəsinin fəziləti
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında Fil surəsini oxusa, Qiyamətdə bütün qumlar dağlar, çəmənliklər onun xeyrinə şəhadət verərlər ki, o namaz qılanlardandır. Haqqın carçısı nida edər ki, mənim bəndəmin barəsində düz dediniz onun haqqında verdiyiniz şəhadət qəbul olundu, onu Behiştə daxil edin, və ondan hesab çəkməyin. Çünki o elə bir kəslərdəndir ki, mən onu və əməlini sevirəm.
2-İmam Sadiq (ə) buyurdu: Allah "Li ilafi Qurəyş" surəsini çox oxuyan şəxs, Qiyamət günündə Behişt atına minmiş halda məşhərə daxil edər ki, Cənnətin nurlu süfrələrinin kənarında əyləşsin.
3-Şeyx Səduq (rəh) buyurub: Hər kəs vacibi namazlarının rükətlərində Fil surəsini oxusa, onda gərək İlaf (Qurəyş) surəsini də onunla birlikdə oxusun. Çünki bu iki surə ikisi birlikdə bir surə hesab olunur. Vacibi namazların bir rükətində onların ikisindən birini oxumağa icazə verilmir.
4-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Fil surəsini oxusa, Allah onua dünyada yaşadığı müddətdə məsx olmaqdan (heyvan surətinə dönməkdən) iftira və böhtana mübtəla olmaqdan qoruyar. Yenədə Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs İlaf (Qurəyş) surəsini oxusa, Allah ona Kəbə evini təvaf etmiş, və orada etikaf (məsciddə ibadətlə məşğul olan) etmiş şəxslərin sayı qədər on həsənə əta edər. (Nəbiyyi-Əkrəm (s.ə.v.v)) hər kəs Fil surəsini müharibədə oxusa, möhkəm, ciddiyyətli olar, və hər cür iradəsizlikdən uzaq olar.
Çahar şənbə (üçüncü) günü bu surənin hərflərinin sayı qədər (yəni 98 dəfə) Fil surəsini oxuyub düşməninə tərəf üfürsən, əlbəttə o məğlub olar.
Əgər bir kəs soltan və hakimlərin yanına getmək istəyirsə, və onlardan qorxursa, Fil surəsini "Təyrən əbabil"-ə qədər oxusun. "Tərmihim" kələməsini oxumaq istədikdə sol əlinin kiçik barmağından başlayıb sağ əlinin kiçik barmağına qədər "Tərmihim" kələməsini deyib barmaqlarını bir-bir yumsun, və gözü ilə mətləbini görməyincə bir kəslə söhbət etməsin. Mətləbi hasil olandan sonra sağ əlinin kiçik barmağından başlayıb "bihicarətin min siccil" cümləsini (on dəfə ) deməklə sol əlinin kiçik barmağına qədər barmaqlarını bir-bir açsın. Sonra surəni qalanını sonuna qədər oxusun, və o zalıma tərəf üfürsün. Allahın izni ilə ucalar. (çox təcrübə olunub).
Fil surəsinin tarixçəsi.
Ən mühüm tarixi-dini hadisələrdən birində Yəmən şahı Kəbəni dağıtmağa çalışsa da, Allah bir möcüzə ilə qüdrətini göstərdi və Kəbənin dağıdılmasının qarşısını aldı.
Qurani-Kərimin 105-ci surəsi “Fil” adlanır. Bu surə 5 ayədən ibarətdir. Otuzuncu cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Fil” İslam Peyğəmbərinə (s) nazil olan 19-cu surədir.
Bu surə “Fil əsahabının” hekayəsindən bəhs etdiyi üçün “Fil” adlanır. Onlar Kəbəni dağıtmaq üçün fillərə minən bir dəstə idi.
Bu surədə Allahın Kəbəni Yəmən torpağından filə minərək gələn kafirlər ordusundan xilas etməsi ilə bağlı məşhur tarixi əhvalatdan bəhs edilir. Bu əhvalatı xatırlamaq İslamın məğrur düşmənlərinə xəbərdarlıqdır ki, onlar Allahın qüdrətinə qarşı heç də güclü deyillər.
Kəbəni dağıtmaq istəyən Yəmən şahı Əbrəhə adlı şəxs idi. Əbrəhə Yəməndə hakimiyyətə gəldikdə, Məkkənin müqəddəs və mühüm mövqeyini gördü. Müxtəlif şəhərlərdən insanların bu şəhərə necə getdiyini gördü. Bunun səbəbini Kəbə evi hesab edərək, böyük və gözəl bir kilsə tikdi ki, Kəbə ilə maraqlananları ora çəksin. Lakin camaat bu kilsəni xoş qarşılamadı. Buna görə də çoxlu sayda fil topladı və ardıcılları ilə birlikdə Məkkəyə doğru hərəkət etdi. Bu şəhərin camaatı Əbrəhənin qoşununu görəndə qorxdular və şəhəri boşaltdılar.
Səhər Əbrəhə Kəbəyə getməyə hazırlaşarkən çoxlu sayda quş dimdiklərində və pəncələrində daşlarla onlara tərəf uçdu. Quşlar daşları Əbrəhənin ordusunun başına atdılar. Tarixi kitablarda deyilənlərə görə, heç bir daş hədəfi deşmədikcə yerə düşmədi. Kiminsə qarnına dəydisə, onu paraladı. Kiminsə sümüyünə dəydisə, onu sındırdı. Əbrəhənin də başına və bədəninə daş o qədər dəydi ki, bədəni dağıldı.
Deyilənə görə, bu, miladi 570-ci ildə baş verib və o il, “Fil ili” adlanıb; Məhəmməd peyğəmbər (s) də həmin ildə doğulub.
Fil surəsi (ərəbcə: سورة الفيل), Quranın 105-ci və Məkkədə nazil olmuş bir surəsi olub, 30-cu cüzdə yer alır. Bu surə, "Fil əshabı" hekayəsindən bəhs etdiyi üçün "Fil" surəsi adlanır. Onlar Kəbəni dağıtmaq məqsədilə öz vətənlərindən çıxan və Allahın göndərdiyi Əbabil quşlarının başlarına daş yağdıraraq məhv etdiyi "Fil əshab"ıdırlar. Bəzi mərcəyi-təqlidlərin fikrinə görə, əgər kimsə "Fil" surəsini gündəlik vacib namazlarda "Həmd" surəsindən sonra oxuyarsa, ehtiyata görə onunla birlikdə Qüreyş surəsini də oxumalıdır, çünki bu iki surə bir surə hökmündədir.
Fil surəsinin fəziləti haqqında İmam Sadiqdən (ə) rəvayət olunub ki, onun vacib namazlarda oxunması Qiyamət günündə bütün məxluqatın namaz qılanlardan olduğuna şəhadət verməsinə səbəb olacaq. Allah onların şəhadətini qəbul edərək həmin şəxsin cənnətə daxil olmasını əmr edəcək.
Bu surəyə "Fil" surəsi deyilir, çünki bu surə Əshabi-Fil (Fil Əhli) hekayəsini təsvir edir. Bəzən isə bu surəyə "Ələm tərə" surəsi də deyilir, çünki bu ifadə ilə başlayır
Fil surəsi Məkkə surələrindən biridir və nazilolma sırasına görə Peyğəmbərə (s) nazil olan 19-cu surədir. Hazırkı Quran düzülüşündə isə bu surə 105-ci surədir və Quranın 30-cu cüzündə yerləşir
Fil surəsi 5 ayədən, 23 sözdən və 97 hərfdən ibarətdir. Bu surə, qısa surələrdən və "müfəssəlat" (ayələri qısa olan) surələrdən biridir. Fil surəsi Peyğəmbərə (s) tam şəkildə bir yerdə nazil olan surələrdəndir.
Allah bu surədə Əshabi-Fil hekayəsinə işarə edir. Əbabil quşlarının vasitəsilə Kəbəni dağıtmaq üçün Yəməndən Məkkəyə doğru hərəkət edən Əbrəhənin ordusunu məhv etdi. Fil surəsi, Quranda "Fil əshabı" hekayəsindən bəhs edir. Əbabil quşları daş parçalarını onların üzərinə ataraq onları məhv etdi, elə ki, onlar çeynənmiş yarpağa bənzədilər. Bu hadisə Peyğəmbərin (s) doğulduğu il baş vermişdir ki, sonralar bu il həmin hadisəyə görə "Fil ili" adlandırılmışdır.
İmam Səccad (ə) tərəfindən "Fil" surəsinin nazilolma səbəbi ilə bağlı nəql edilmişdir: Əbu Talib Peyğəmbərə (s) dedi: "Sən yalnız öz xalqına göndərilmişsən, yoxsa bütün insanlara?" Peyğəmbər (s) belə cavab verdi: "Xeyr, mən ağ və qaradan, ərəb və əcnəbilərdən olan bütün insanlara göndərilmişəm. Mən dağların başında və dənizlərdə olan hər kəsi bu dinə dəvət edirəm, mən bütün Fars və Rumluları dəvət edirəm". Peyğəmbərin (s) bu sözü Qüreyş əhlinə çatdı və onlarda təəccüb və heyrət doğurdu. Qüreyşlilər, Əbu Talibə dedilər: "Əgər qardaşın oğlunun dediklərini eşitmirsənmi, o nə deyir? Allaha and olsun ki, əgər Fars və Rum əhli bu sözləri eşidsələr, bizi vətənimizdən oğurlayıb və Kəbənin daşlarını parçalayıb ayıracaqlar. Bu vaxt Allah, onların Fars və Rum əhlinin Kəbəni dağıdacaqlarına dair sözləri barədə "Fil" surəsini nazil etdi.
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَـٰبِ ٱلْفِيلِ
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ
تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ
فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ
surah Al Fil
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ
تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ
فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ
surah Al Fil
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.